Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3765/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 və üçüncü şəxs X6 qarşı “miras əmlakın açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 və üçüncü şəxs X6 qarşı “miras əmlakın açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildə vəfat etmiş X7 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməsi öhdəliyinin Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2021-ci ildə vəfat etmiş X7 arvadı İddiaçı1 və oğlu İddiaçı2 Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən miras əmlakdan (daşınmaz əmlaklar və nəqliyyat vasitələri) müvafiq olaraq 2/8 paya İddiaçı1 (X13 ilə İddiaçı1 birgə nikahdan doğulmuş digər oğlu X14 mirası qəbul etməkdən İddiaçı1 xeyrinə imtina etdiyi üçün) və 1/8 paya isə İddiaçı2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı1 həmçinin ümumi birgə əmlakın ½ (4/8) hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə miras əmlakın yerdə qalan 1/8 hissəsinin açıq saxlanılması göstərilmişdir. Miras əmlaka aşağıdakılar daxildir: 1) AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC487498 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SCA681L02FUX74358, mühərrikin nömrəsi - və buraxılış ili 2015-ci il olan X22 minik markalı ** RR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 2) xx.xx.2016-ci il tarixli AC654722 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi ZFF79AMB000217851, mühərrikin nömrəsi - və buraxılış ili 2016-cı il olan Ferrari 488 GTB minik markalı ** HF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 3) 07.062014-ci il tarixli AC090497 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SCBBC63Y6EC019858, mühərrikin nömrəsi - və buraxılış ili 2014-cü il olan Bentley Mulsanne minik markalı ** GF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 4) xx.xx.2013-cü il tarixli AB996374 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1GYS48EF2DR270254, mühərrikin nömrəsi 6DR270254 və buraxılış ili 2013-cü il olan Cadillac Escalade minik markalı ** BU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 5) Bakı şəhəri Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi ev 1B Yeni qaydalarla; ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 1955,80 kv.m. olan fərdi yaşayış evi; 6) ünvan 2çüsü 3 hektar torpaq sahəsi; 7) ünvan 2çüsü 0,26 hektar torpaq sahəsi; 8) ünvan 2çüsü 1,20 hektar torpaq sahəsi. İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notarius qanunun tələbini pozmuşdur. Miras əmlaka tam olaraq şəhadətnamə verməli idi. Üçüncü şəxs olan digər vərəsə X11 atasının vəfat etməsindən məlumatlı idi, dəfndə iştirak etmişdi. X11 üç ay ərzində deyil, üç ay keçəndən sonra xx.xx.2023-cü il tarixdə notariusa mirasın qəbulu barədə ərizə vermişdir. Ərizənin arxasına baxanda xx.xx.2023-cü il tarixdə təsdiq edildiyi görünür. İddiaçılar üçüncü şəxsə qarşı tələb irəli sürməyiblər. İddiaçıların tələbi notariusa qarşı irəli sürülüb. X11 hazır vaxta kimi vərəsəlik şəhadətnaməsi almayıb. X10 ərizəsini düzgün hesab etsəydi şəhadətnamə verərkən 1/8 payı ya Comərd Əliyevə verməli, ya da həmin payı iddiaçılar arasında bölüşdürməli idi, miras payı açıq saxlaya bilməzdi. Comərd Əliyev mirası üç aylıq müddəti buraxmaqla notariusa ərizə verdiyinə görə, notarius ona çatan payı da iddiaçılar arasında bölməli idi. O, iddiaçıların nümayəndəsi kimi xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək, müvafiq şəhadətnamələrin verilməsini xahiş etsə də, notarius iddiaçıların müraciətinə yazılı cavab verməmişdir. Şifahi şəkildə bildirilmişdir ki, əmlakın yerdə qalan 1/8 hissəsinin açıq saxlanılması miras qoyanın digər oğlu (qanun üzrə vərəsəsi) X4 mövcudluğu ilə bağlıdır. Məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Halbuki, üçüncü şəxs vərəsəliyə çağırıldığını bildiyi gündən üç ay ərzində mirası qəbul etməmişdir. İddiaçıların təşəbbüsü ilə üçüncı şəxs Comərd Əliyev məhkəmə prosessinə cəlb edilib. Hesab edir ki, notarius məhkəməyə məktub göndərməklə işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. X17 isə özünü haqlı sayırdısa, hazırkı vaxta kimi notariusdan şəhadətnamə almalı idi. Hesab edir ki, notariusun miras əmlakın açıq qalan 1/8 hissəsinə dair iddiaçıların adına şəhadətnamə verməməsi barədə hərəkəti əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 və üçüncü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X9 xx.xx.2023-cü il tarixli 2257 nömrəli məktubla vərəsəlik işini məhkəməyə göndərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, işdə olan rəsmi sənədlərdən və 2V-17 nömrəli vərəsəlik işinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1934-cü ildə Gəncə şəhərində doğulmuş X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür (xx.xx.2021-ci il tarixli AZ-İİ № 209100 nömrəli ölüm haqqında şəhadətnamə). X13 vəsiyyətnamə qoymamışdır və ölümündən sonra sağ olan qanun üzrə birinci növbə vərəsələri - arvadı - xx.xx.1964-cü il təvəllüdlü İddiaçı1, mərhum X7 İddiaçı1 ilə birgə nikahından doğulmuş oğulları - xx.xx.2001-ci il təvəllüdlü X14 və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2, həmçinin mərhum X7 X12 ilə birgə nikahından doğulmuş oğlu - xx.xx.1963-cü il təvəllüdlü X11 vərəsəliyə çağırılmışlar. X7 ölümündən sonra xx.xx.2015-ci il tarixli AC 487498 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X22 minik markalı, 2015-ci il buraxılışlı, ** RR *** dövlət nömrə nişanlı; xx.xx.2016-ci il tarixli AC654722 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Ferrari 488 GTB minik markalı, 2016-cı il buraxışlı, ** HF *** dövlət nömrə nişanlı; xx.xx.2014-ci il tarixli AC090497 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Bentley Mulsanne minik markalı, 2014-cü il buraxılışlı, ** GF *** dövlət nömrə nişanlı; xx.xx.2013-cü il tarixli AB996374 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cadillac Escalade minik markalı, 2013-cü il buraxışlı, ** BU *** dövlət nömrə nişanlı avtomobillər; Bakı şəhəri Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi ev 1B yeni qaydalarla; ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 1955,80 kv.m. olan fərdi yaşayış evi; ünvan 2çüsü 3 hektar torpaq sahəsi; ünvan 2çüsü 0,26 hektar torpaq sahəsi; ünvan 2çüsü 1,20 hektar torpaq sahəsi miras qalmışdır. X14 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notarit ofisinin notariusu X9 tərəfindən 8İ- 962 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə notariat ofisinə 8V-17/2022 nömrəli vərəsəlik işi üzrə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X7 ölümündən sonra miras qalmış əmlaklardan İddiaçı1 xeyrinə imtina edir və gələcəkdə bununla bağlı məhkəmədə heç bir iddia qaldırmayacaqdır. İddiaçı1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X9 tərəfindən 8İ-959 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə notariat ofisinə 8V-17/2022 nömrəli vərəsəlik işi üzrə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş əri X7 ölümündən sonra miras qalmış daşınar və daşınmaz əmlaklara dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Əgər başqa vərəsə çıxarsa, onların payını qaytarmağa hazır olduğunu, buna görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X9 tərəfindən 8İ-960 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə notariat ofisinə 8V-17/2022 nömrəli vərəsəlik işi üzrə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X7 ölümündən sonra miras qalmış daşınar və daşınmaz əmlaklara dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Əgər başqa vərəsə çıxarsa, onların payını qaytarmağa hazır olduğunu, buna görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X9 tərəfindən 8İ- 2268 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə notariat ofisinə 8V-17/2022 nömrəli vərəsəlik işi üzrə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X7 ölümündən sonra miras qalmış daşınar və daşınmaz əmlaklara dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Əgər başqa vərəsə çıxarsa, onların payını qaytarmağa hazır olduğunu, buna görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Məhkəmə qeyd edir ki, iş üzrə mərhum X7 qanun üzrə birinci növbə vərəsələrindən - arvadı İddiaçı1, oğulları X8 və İddiaçı2 xx.xx.2023-ci il tarixli ərizələri mirasın açıldığı xx.xx.2021-ci il tarixdən üç ay keçdikdən 8 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə, oğlu - X4 xx.xx.2023-cü il tarixli ərizəsi isə 2 ay 14 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə notariat ofisində təsdiq edilmişdir. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin üçüncü şəxs X11 mirasın qəbulu üçün mirasın açıldığı xx.xx.2021-ci il tarixdən üç ay keçdikdən sonra notariat ofisinə vermişlər. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin üçüncü şəxs X11 mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürməmişlər. Çünki mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddətin sonu xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Qanun üzrə birinci növbə vərəsə olan X11 digər qanun üzrə birinci növbə vərəsələr İddiaçı1 və İddiaçı2 kimi mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmiş və bunu şəksiz nümayiş etdirməklə, notariat ofisinə ərizə vermişdir. X11 mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddəti ötürməmişdir. Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X9 xx.xx.2022-ci il tarixdə mərhum X5 miras qalmış daşınmaz əmlaklar və nəqliyyat vasitələrinə dair İddiaçı1 və İddiaçı2 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. İddiaçı1 miras əmlakdan (daşınmaz əmlaklar və nəqliyyat vasitələri) müvafiq olaraq 2/8 pay (X13 ilə İddiaçı1 birgə nikahdan doğulmuş digər oğlu X14 mirası qəbul etməkdən İddiaçı1 xeyrinə imtina etdiyi üçün) və 1/8 pay isə İddiaçı2 verilmişdir. İddiaçı1 həmçinin ümumi birgə əmlakın ½ (4/8) hissəsinə dair ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamələr verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə miras əmlakın yerdə qalan hissəsi, yəni X6 çatan pay - 1/8 hissə mərhum X7 adında açıq saxlanılmışdır. Notarius tərəfindən X6 miras əmlakdan payın verilməsindən imtina edilməmişdir. X1 miras qalmış əmlakdan imtina etməsinə dair vərəsəlik işin yazılı sübut yoxdur və iddiaçıların nümayəndə və vəkilləri də məhkəməyə belə bir sübut təqdim etməmişdir. Odur ki, Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X9 haqlı olaraq xx.xx.2021-ci ildə vəfat etmiş X7 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməkdən imtina etmişdir. Çünki, həmin payı almağa hüququ çatan qanun üzrə birinci növbə vərəsə X11 öz payını qəbul etmək üçün notariat ofisinə iddiaçılarla bərabər yazılı ərizə verməklə öz iradəsini ifadə etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 miras əmlakının açıq saxlanılmış yerdə miras payının iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında ğbölüşdürməkdən imtina barədə hərəkəti qanuni və əsaslıdır. Bu səbəbdən iddia əsasızdır və rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 və üçüncü şəxs X6 qarşı “xx.xx.2021-ci ildə vəfat etmiş X7 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməsi öhdəliyinin Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3765/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3765/2023
02.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver