Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3776/2022 05.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77071 olan İphone 11 128 GB markalı telefon üçün 1062 manat ödənilməmiş hissə, 106 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********22042 və **********22059 olan Xiaomi Poco X3 128 GB markalı telefon üçün 687 manat ödənilməmiş hissə, 68 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Tozsoran Philips FC9732/01 modeli üçün 285,80 manat ödənilməmiş hissə, 28,20 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung WW80R42LXSDLP model üçün 187,50 manat ödənilməmiş hissə, 18,50 manat cərimə olmaqla ümumilikdə, 2443 manat borc, 44,43 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin Cavabdeh göndərilmiş məhkəmə bildirişi geri qaytarıldığından ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixli 20307417 nömrəli müqaviləyə əsasən 3022 manat dəyərində olan İMEİ kodu **********77071 olan İphone 11 128 GB markalı telefon üçün 520 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 139 manat ödəmək şərti ilə; xx.xx.2020-ci il tarixli 22062851 nömrəli müqaviləyə əsasən 1078 manat dəyərində olan İMEİ Kodu **********22042 və **********22059 olan Xiaomi Poco X3 128 GB markalı telefon üçün ilkin ödəniş 16 manat olmaqla 18 ay müddətinə hər ay 59 manat ödəmək şərti ilə; xx.xx.2019-cu il tarixli 01043613 nömrəli müqaviləyə əsasən 1460 manat dəyərində olan Paltaryuyan Samsung WW80R42LXSDLP modeli üçün 2 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 81 manat ödəmək şərti ilə; xx.xx.2019-cu il tarixli 01139537 nömrəli müqaviləyə əsasən 691,20 manat dəyərində olan Tozsoran Philips FC9732/01 modeli üçün ilkin ödənişsiz 24 ay müddətinə hər ay 28,80 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı cihazın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 20307417 nömrəli müqavilə üzrə nisyə aldığı 3022 manat dəyərində olan İMEİ kodu **********77071 olan İphone 11 128 GB markalı telefon üçün 1062 manat ödənilməmiş hissə, 106 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli 22062851 nömrəli müqaviləyə əsasən 1078 manat dəyərində olan İMEİ Kodu **********22042 olan Xiaomi Poco X3 128 GB markalı telefon üçün 687 manat ödənilməmiş hissə, 68 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 01139537 nömrəli müqaviləyə əsasən 691,20 manat dəyərində olan Tozsoran Philips FC9732/01 modeli üçün 285,80 manat ödənilməmiş hissə, 28,20 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 01043613 nömrəli müqaviləyə əsasən 1460 manat dəyərində olan Paltaryuyan Samsung WW80R42LXSDLP modeli üçün 187,50 manat ödənilməmiş hissə, 18,50 manat cərimə olmaqla ümumilikdə, 2443 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli Cavabdeh xx.xx.2020-ci il tarixli 20307417 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********77071 olan İphone 11 128 GB markalı telefon üçün ödənilməmiş qalan 1062 manat əsas borc, 106 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli 22062851 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********22042 olan Xiaomi Poco X3 128 GB markalı telefon üçün ödənilməmiş qalan 687 manat əsas borc, 68 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 01139537 nömrəli tarixli müqaviləsinə əsasən Tozsoran Philips FC9732/01 modeli üçün ödənilməmiş qalan 285,80 manat əsas borc, 28,20 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 01043613 nömrəli müqaviləsinə əsasən Paltaryuyan Samsung WW80R42LXSDLP modeli üçün ödənilməmiş qalan 187,50 manat ödənilməmiş hissə, 18,50 manat cərimə olmaqla, ümumilikdə, 2443 manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 44,43 manat dövlət rüsumu olmaqla, cəmi 2487,43 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20307417 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********77071 olan İphone 11 128 GB markalı telefon üçün ödənilməmiş qalan 1062 manat əsas borc, 106 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli 22062851 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********22042 olan Xiaomi Poco X3 128 GB markalı telefon üçün ödənilməmiş qalan 687 manat əsas borc, 68 manat cərimə pulu; xx.xx.2019cu il tarixli 01139537 nömrəli tarixli müqaviləsinə əsasən Tozsoran Philips FC9732/01 modeli üçün ödənilməmiş qalan 285,80 manat əsas borc, 28,20 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 01043613 nömrəli müqaviləsinə əsasən Paltaryuyan Samsung WW80R42LXSDLP modeli üçün ödənilməmiş qalan 187,50 manat ödənilməmiş hissə, 18,50 manat cərimə olmaqla, ümumilikdə, 2443 manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 44,43 manat dövlət rüsumu olmaqla, cəmi 2487,43 (iki min dörd yüz səksən yeddi manat qırx üç qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-3776/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3776/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver