Məhkəmə qərarları › İş №e-2(004)-3776/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3776/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3776/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh X3 qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X4 İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilə bağlamaqla 18 ay müddətinə ümumi qiyməti 2039 manat olan Hitachi R- B410PUC6 BSL markalı soyuducu almışdır. Azərbaycan Respublikası MM-in tələblərinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malı dəyərindən 300 manat ilkin ödəniş edilməklə cavabdeh hər ay 96,62 manat ödəmək şərti ilə öhdəlik götürmüşdür. Lakin, cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən, cavabdeh X1 1739 (min yeddi yüz otuz doqquz) manat əsas borc və ödənilmiş 37,39 (otuz yeddi manat otuz doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə X4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilədən görünür ki, Hitachi R-B410PUC6 BSL markalı soyuducunu İddiaçı MMC cavabdeh X3 satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh X2 İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 1739 (min yeddi yüz otuz doqquz) manat borcu vardır. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə ödəniş cədvəli məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, X4 İddiaçı MMC-dən xx.xx.2023-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən Hitachi R-B410PUC6 BSL markalı soyuducu almış və nəticədə müqavilə öhdəliklərinə əməl etməyərək 1739 (min yeddi yüz otuz doqquz) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü (əsas borca münasibətdə) maddəsi çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı X4 Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 600.4-cü (əsas borca münasibətdə) maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 37,39 (otuz yeddi manat otuz doqquz qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 1739 (min yeddi yüz otuz doqquz) manat məbləğində borc və 37,39 (otuz yeddi manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 1739 (min yeddi yüz otuz doqquz) manat məbləğində borc və 37,39 (otuz yeddi manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar