Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3797/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış binasının inşaasının tamamlanması və müqavilə üzrə mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış binasının inşaasının tamamlanması və müqavilə üzrə mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli 01/85 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən inşası layihələndirilmiş ünvan 1 ünvanında yaşayış binasının inşasının tamamlanması, binanın 12-ci mərtəbəsində ümumi sahəsi 130 kv.m. 85 saylı mənzili müqavilə şərtinə uyğun tikilib İddiaçı təhvil verilməsi və mənzilə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin təqdim edilməsi Cavabdeh üzərinə öhdəlik qoyulmaqla, ondan tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında “Kooperativ binada mənzil tikintisi haqda” 11 yanvar 2017-ci il tarixində 01/85 saylı müqavilə bağlanmışdır. Həmin müqavilədə Cavabdeh inşa etdiyi ünvan 1 ünvanında tikilən Cavabdeh MMC-yə məxsus binanın 12-ci mərtəbəsində yerləşən, sahəsi 130 kv.m. 3 otaqlı 85 nömrəli mənzili İddiaçı təhvil verəcəyini, iddiaçı isə həmin mənzilə görə 260.000 (iki yüz altmış min) manat məbləğində pulu MMC-yə ödənilməsinə dair qarşılıqlı öhdəliklər şərtləndirilmişdir. Müqaviləyə əsasən mənzilə görə razılaşdırılmış cəmi 260.000 manat məbləğ İddiaçı tərəfindən tam şəkildə MMC-yə ödənilmişdir. Müqavilə üzrə razılaşdırılmış məbləğin tam şəkildə ödənildiyinə və mənzilə görə borcun qalmadığına dair MMC tərəfindən müvafiq olaraq xx.xx.2017-ci il tarixli maliyyə arayışı təsdiqlənib iddiaçıya verilmişdir. Bununla da iddiaçı müqavilədə razılaşdırılmış mənzilin dəyərini ödənişi ilə bağlı öhdəliyini tam şəkildə icra etmişdir. Nəticədə yəni nə qədər ki, iddiaçı müqavilədə müəyyənləşdirilmiş əmlakın dəyərinin tam şəkildə ödəmişdir, həmin əmlaka dair hüququnu əldə etmiş olur və cavabdeh mənzili onun əməli istifadəsinə verməyə vəmülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədləri təqdim etməyə borcludur. Tərəflər arasında mövcud müqavilənin 2.1-ci bəndində əks olunan razılaşdırılmış şərtə əsasən MMC binanı, təməl qoyma işləri başlandığı gündən 24-36 ay müddətində tikinti işlərini başa çatdırıb, mənzili iddiaçıya təhvil verilməlidir. Binanın təməl qoyma işləri 2017ci ilin may ayında başlanmışdır. Müqavilənin şərtinə görə binanın tikintisi maksimum 36 ay müddətində, yəni 2020-ci ilin may ayında başa çatdırılmalı və mənzil müqavilə tərəfi olan iddiaçıya təhvil verilməlidir. Mənzilin verilməsi ilə bağlı müqavilədə şərtləndirilmiş vaxtın üstündən 5 il müddət ötmüşdür. Lakin binanın tikintisini yarımçıq saxlanılıb, ödənişə qarşılıq müqavilədə nəzərdə tutulmuş mənzilin iddiaçıya təhvilini təmin etmir. Bununla da cavabdeh mənzilin verilməsi ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməmişdir. Mənzilin təhvil verilməsi üçün cavabdeh tərəfin rəhbəri ilə dəfələrlə görüşüb məsələnin həll edilməsi tələb edilmiş, 2024-cü ilin martayın 01-də təkrar 14 ay müddət verilmiş, daha sonra da rəsmi olaraq pretenziya göndərilmiş, lakin cavabdehin hərəkətsizliyi üzündən məsələni məhkəmədən kənar həlli mümükün olmamışdır. Ona görə də məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01/85 nömrəli müqavilədə nəzərdə tutulmuş tərəflərin qarşılıqlı icra edilməli olan öhdəliklərin bir başa tələbinə görə və İddiaçı tərəfindən mənzilin razılaşdırılmış dəyəri olan 260.000 manat məbləğin ödənildiyi baxımından, Cavabdeh MMC-dən ünvan 1 ünvanında layihələndirilmiş yaşayış binasının tikintisinin başa çatdırılması, binanın 12-ci mərtəbəsində, ümumi sahəsi 130 kv.m. 3 otaqlı 85 nömrəli mənzili müqavilə şərtinə uyğun tikilib İddiaçı təhvil verməyi MMC-dən tələb olunmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli 01/85 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən inşası layihələndirilmiş ünvan 1 ünvanında yerləşən mənzilin inşasının tamamlanması, binanın 12-ci mərtəbəsində ümumi sahəsi 130 kv.m. 85 saylı mənzili müqavilə şərtinə uyğun tikilib iddiaçıya təhvil verilməsi və mənzilə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin təqdim edilməsi cavabdehin üzərinə öhdəlik qoyulmaqla, ondan tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldırıb, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli 01/85 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən inşaası layihələndirilmiş ünvan 1 ünvanında yaşayış binasının inşasının tamamlanması, binanın 12-ci mərtəbəsində ümumi sahəsi 130 kv.m. 85 saylı mənzili müqavilə şərtinə uyğun tikilib İddiaçı təhvil verilməsi və mənzilə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin təqdim edilməsi Cavabdeh üzərinə öhdəlik qoyulmaqla, ondan tələb edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası kimi ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli 01/85 nömrəli müqavilədə şərtləndirilmiş razılaşmaya əsasən Cavabdeh MMC tərəfindən inşaası layihələndirilmiş ünvan 1 ünvanında yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 130 kv.m. 85 saylı mənzili tikib istifadəsinə verməli, bunun da əvəzində onun tərəfindən mənzilin razılaşdırılmış dəyəri olaraq 260.000 manat məbləğində vəsaiti MMC-yə ödəməlidir. Həmin məbləğ onun tərəfindən tam şəkildə MMCyə ödənilmişdir. Lakin müqavilənin üstündən uzun müddət keçməsinə baxmayaraq, mənzilin ona təhvil verilməsi öhdəliyini cavabdeh yerinə yetirmir. İlkin olaraq qeyd etmişdir ki, iddia ərizəsində tərəflər arasında müqavilənin mövcudluğu, müqavilədə şərtləndirilmiş razılaşmalar və iddiaçı tərəf üçün müqavilədə müəyyən edilmiş öhdəliyin tam şəkildə icra edildiyi ilə bağlı qeyd edilənlər doğru. Belə ki, tərəflər arasında mənzil tikintisi ilə bağlı müqavilə xx.xx.2017-ci il tarixdə təsdiqlənmişdir və müqavilədə iddiaçı üçün ödənişlə bağlı müəyyən edilmiş 260.000 manatın ödənilməsi həmin tarixdə iddiaçı tərəfindən təmin edilmişdir. Müqavilədə mənzilin təhvil verilməsi ilə bağlı MMC üçün 36 ay müddət müəyyən edilmişdir. Lakin müqavilədə MMC üçün müəyyən edilmiş vaxtda mənzilin təhvil verilməsinin reallaşdırılması mümkün olmamışdır. Çünki öhdəliyin vaxtında icra edilməməsində MMC-dən asılı olmayan və qabaqcadan bilinməyən müəyyən problemlər olmuşdur. Məsələ ondan ibarətdir ki, qonşu ərazidə tikinti işləri aparan "xxxx" MMC-nin iddiası ilə bağlı uzun müddət məhkəmələr davam etmiş və bu müddətlər ərzində icra hakimiyyəti tikintini dayandırmış və mübahisə ilə bağlı məhkəmələrin yekunlaşmasını gözləməsi bildirilmişdir. Məhkəmədə mübahisə 36 aydan çox müddətə davam etdiyindən müqavilədə mənzilin təhvil verilməsi üçün xx.xx.2017-ci il tarixdən başlayaraq müəyyən edilmiş 36 aylıq müddət ötmüşdür. Bu müddət mübahisə üzrə son qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bu hesabla 36 aylıq müddət xx.xx.2026-cı il tarixdə tamamlanır. Ona görə də iddiaçının mənzilin ona təhvil verilməsini xx.xx.2026-cı il tarixdən tez tələb etməsində haqlı deyildir. Qeyd edilməlidir ki, tərəflər arasında mənzil tikintisi haqqında tərəflər arasında mövcud müqavilə şərtləri və icra edilməsi ilə bağlı tikinti bazarında mövcud təcrübəyə görə adı çəkilən mənzilin iddiaçıya razılaşdırılmış vaxtda təhvil verilməsi və mənzilə əldə edilmiş hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin təqdim edilməsi Cavabdeh MMC-nin bir başa vəzifəsi və öhdəliyi olduğu işin mübahisəsiz halıdır. Təhvil verilməsi tələb olunan mənzil inşa edilən binanın 12-ci mərtəbəsində yerləşdiyindən, mənzilin təhvil verilməsi ilə bağlı öhdəliyin yerinə yetirməsi üçün binanın 12-ci mərtəbəsinin, mənzilin istismarına icazə verilməsi üçün isə binanın dam örtüyünü vurulmaqla, istismara hazır vəziyyətə gətirilmiş şəklində inşaasınin tamamlanması vacibliyi də hamıya məlum və bəllidir. Ona görə də yəni nə qədər binanın inşaası tam şəkildə başa çatdırılmamışdır, mənzilin ona təhvil verilməsinin də reallaşdırılması mümkün deyildir. İddiaçı mənzili ona təhvil verilməsi üçün binanın inşasının tam şəkildə tamamlanıb, istismara hazır olmasını gözləməlidir. İddiaçı ilə müqavilə bağlanılanda binanın tikintisi ilə bağlı hər hansı problemlər olmamış və mübahisələr gözlənilmirdi. Həmin müddətdə tikinti işləri sürətlə davam etmiş, qısa müddətdə binanın 3 mərtəbəsi tikilmişdir və sözsüz ki, 36 ay müddətində bina tam şəkildə istismara hazır inşası tamamlanacaqdır. Binanın tikintisinin gecikməsi MMC-nin günahı üzündən baş verməmişdir. Bu baxımdan iddia ərizəsinə baxılarkən qeyd olunanları nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə AZEMİS elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, istehsalla bağlı təxirə salınmaz işlərin ortaya çıxdığı səbəbindən, xx.xx.2025-ci il tarixdə saat 09:15-ə təyin edilmiş iclasa gələ bilmədiklərini üzürlü sayılmasını xahiş etmişdir. Cavabdeh tərəf olaraq məhkəkəmənin baxış iclasının iştirakları olmadığın keçirilməsinə etirazları yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 Hətəçəli oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər doğrudur, iddiaçı ilə aralarında 2017-ci ilin yanvar ayında müqavilə bağlanmış və iddiaçı tərəf öz üzərinə qoyulmuş öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Onların tərəfindən binanın təməl qoyulma işləri 2017-ci il tarixdən başlanılmışdır və müqavilədə göstərilən tarixdə, yəni 2020-ci ildə təhvil verilməli idi. Lakin, onlardan aslı olmayan səbəbdən binanın tikintisində problemlər yarandı, "xxxx" MMC-nin onlara qarşı qaldırdığı iddia Bakı şəhəri İnzibati Məhkəməsinin icraatına daxil olmuş və 2023-cü ilin dekabr ayında iddia təmin edilməyərək, onların xeyrinə qətnamə qəbul edilmişdir. Həmin müddət ərzində İcra Hakimiyyəti binanın tikintisinə davam etdirilməsinə icazə verməmişdir. Onlar tərəfə ödənilmiş məbləğin geri qaytarılmasını da təklif etmişlər, lakin bugünki məzənnə ilə ağlabatan məbləğ deyil. Onlarda bilirlər ki, aaralarında olan müqavilə üzrə mənzili təhvil verməlidirlər. Onların iddiaçıdan xahişi binanın tikintisinin sonlanmasına qədər vaxtın verilməsidir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı müqavilə üzrə 188000 manat pul ödəmişdir. Hazırda binanın tikintisinə başlanılmamışdır. Mövcud sənədlər var ki, yenilənməlidir. Ancaq o halda, binanın tikintisi davam etdirilə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli 01/85 №li müqavilədən görünür ki, müqavilənin predmetini ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının Baş plan üzrə 1 saylı yaşayış binasının 85 saylı mənzili təşkil edir. Podratçı inşa edilmiş binanın 2-ci blok, 12-ci mərtəbə, 85 saylı mənzili Sifarişçiyə verməyi öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 130 kv.m. təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən Sifarişçi 260000 manat məbləğini ilkin ödəniş kimi Podratçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən mənzili - elektrik və qaz xəttlərinin mənzilin girəcəyinə qədər, su və kanalizasiya xəttlərinin mənzilin şaxtasına kimi təmin etməklə, otaqlarda və eyvanlarda plastik pəncərə və plastik qapılar olmaqla (daxili qapılar istisna şərti ilə) həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24-36 ay müddətində tikinti işlərini başa çatdıraraq “Sifarişçi”yə təhvil verir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən cədvəl üzrə ödəmə gecikdirildiyi təqdirdə “Sifarişçi” gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1 % həcmində cərimə faizini “Podratçı”ya ödəməlidir. 6.2.2-ci bəndinə əsasən müqavilədə göstərilən öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirmək, mənzil tikintisi ilə əlaqədar “Sifarişçi” tərəfindən bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş qaydada ödəmələr 15 gün ərzində yerinə yetirilmədikdə “Podratçı” tərəfindən xəbərdarlıq edilərək bu müqaviləyə xitam verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə ödənişin qəbul edilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. - Cavabdeh MMC-nin 01/85 saylı, xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının Baş plan üzrə 1 saylı yaşayış binasının 2-ci blokunda 12-ci mərtəbədə 3 (üç) otaqlı ümumi sahəsi (oxdan-oxa, tikilən hörgülərin alt hissəsi, pərdə altları və balkon sahəsi tam şəkildə nəzərə alınmaqla) 130,0 kv.m., yaşayış sahəsi 72,4 kv.m. olan 85 saylı mənzilin sahibidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 112.2-ci maddəsinə əsasən Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 428.1-ci maddəsinə əsasən əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 568-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılaraq iş materialları ilə müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 11 yanvar 2017-ci il tarixli 01/85 №li müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən inşa edilmiş yaşayış binasının Baş plan üzrə 1 saylı yaşayış binasının 2-ci blokunda 12-ci mərtəbədə 3 (üç) otaqlı ümumi sahəsi 130,0 kv.m., yaşayış sahəsi 72,4 kv.m. olan 85 saylı mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzilə görə ilkin olaraq 260000 manat, daha sonra hər ay mənzilin haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin 01/85 saylı, xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının Baş plan üzrə 1 saylı yaşayış binasının 2-ci blokunda 12-ci mərtəbədə 3 (üç) otaqlı ümumi sahəsi (oxdan-oxa, tikilən hörgülərin alt hissəsi, pərdə altları və balkon sahəsi tam şəkildə nəzərə alınmaqla) 130,0 kv.m., yaşayış sahəsi 72,4 kv.m. olan 85 saylı mənzilin sahibidir. Müqavilənin şərtinə görə binanın tikintisi maksimum 36 ay müddətində, yəni 2020-ci ilin may ayında başa çatdırılmalı və mənzil müqavilə tərəfi olan iddiaçıya təhvil verilməlidir. Mənzilin verilməsi ilə bağlı müqavilədə şərtləndirilmiş vaxtın üstündən 5 il müddət ötmüşdür. Hal-hazırda iddiaçı onunla cavabdeh arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli 01/85 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən inşası layihələndirilmiş ünvan 1 ünvanında yerləşən mənzilin inşasının tamamlanmasını, binanın 12-ci mərtəbəsində ümumi sahəsi 130 kv.m. 85 saylı mənzili müqavilə şərtinə uyğun tikilib iddiaçıya təhvil verilməsini və mənzilə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin təqdim edilməsini cavabdehin üzərinə öhdəlik qoyulmaqla, ondan tələb edilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Göründüyü kimi Cavabdeh MMC onunla iddiaçı arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli 01/85 nömrəli müqavilənin 2.1-ci bəndini pozaraq, mənzilin inşasını tamamlanmamış və mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim olunsa da məhkəmə qeyd edir ki, həmin etirazın dəlillərini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Belə ki, sözügedən müqaviləyə və xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Sifarişçi İddiaçı tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilsə də, İcraçı Cavabdeh MMC üzərinə düşən öhdəlikləri icra etməmiş, mübahisə predmeti olan mənzili İddiaçı təhvil verməmişdir. Nəticədə, MM-in 157.4-cü maddəsinin tələbləri əsas götürülməklə, iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bundan əlavə müəyyən edilmişdir ki, tərəflər arasında 11 yanvar 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilsə də, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi haqlı tələbdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m. olan 85 nömrəli mənzilin inşasının tamamlanması, həmin binanın 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m. olan 85 nömrəli mənzilin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi öhdəliyi Cavabdeh MMC -nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, sübutetmə yükünün cavabdehin üzərində olmasına baxmayaraq iddia tələbinin təkzib edilməsi istiqamətində hər hansı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv prosessual sübutetmə fəaliyyəti cavabdeh tərəfindən təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Beləliklə, məhkəmə müqavilə üzrə öhdəliklərin tərəflər üçün məcburi olmasını, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gələrək xx.xx.2017-ci il tarixli müqaviləni imzalamalarını, müqavilədə əvvəlcədən ifadə edilmiş standart şərtlərin olmasını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m. olan 85 nömrəli mənzilin inşasının tamamlanması, həmin binanın 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m. olan 85 nömrəli mənzilin müqavilə şərtlərinə uyğun tikilib İddiaçı təhvil verilməsi və İddiaçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m. olan 85 nömrəli mənzilə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m. olan 85 nömrəli mənzilin inşasının tamamlanması, həmin binanın 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m. olan 85 nömrəli mənzilin müqavilə şərtlərinə uyğun tikilib İddiaçı təhvil verilməsi və İddiaçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m. olan 85 nömrəli mənzilə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3797/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3797/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver