Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3798/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "X6" Mənzil-Tikinti Kooperativinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “binanın istismarına icazə alınması, mənzilə çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "X6" Mənzil-Tikinti Kooperativi, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2952923Cavabdeh2, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2952923Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “mənzilə çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X6” MTK tərəfindən inşa edilmiş, hazırda çoxsaylı sakinlərin yaşadığı, istismarına icazə verilməmiş 41 saylı yaşayış binası ilə bağlı qanunvericiliyin tələbinə uyğun təxirəsalınmaz tədbirlər görülməsi, tələb olunan sənədlər müvafiq dövlət qurumlarına təqdim edilərək qısa müddət ərzində həmin binanın istismarına icazə alınması və binanın 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 150 kv.m olan 3 (üç) otaqlı, 129 saylı mənzilin dövlət qeydiyyatına (çıxarış) alınması məqsədi ilə Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdeh "X7" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı şəhəri, Moskva prospekti, 8 ünvanda inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 37 saylı bina sakini X5 ərizə ilə məhkəməyə müraciət edərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işə qoşulmasını xahiş etmişdir. Vəsatət təmin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X6” MTK-nın sədri Cavabdeh2 ilə X4 (iddiaçının arvadı) arasında bağlanmış fərdi mənzilin alqı-satqına dair xx.xx.2021-ci il tarixli, 1589 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Moskva prospekti, 8 ünvanda inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 41 saylı binasının 129 saylı mənzili iddiaçıya satılmışdır və MTK tərəfindən verilmiş maliyyə arayışına uyğun olaraq, həmin mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Həmin mənzil əldə edilən vaxt yəni, 2021ci ilin mart ayında "X7" MTK-nın sədri Cavabdeh2 25, 27, 29, 31, 37, 39, 41 nömrəli binalar bütün kommunal təchizatlarla təmin olunsa da, mənzillərə mülkiyyət hüququna dair çıxarış verilmədiyini, 2-3 ay ərzində tələb olunan sənədlərin müvafiq dövlət qurumlarına təqdim edildikdən dərhal sonra çıxarış alınması üçün mənzil sahiblərinə zəruri sənədlər veriləcəyini söyləmişdir. Həmin yaşayış binasının tikintisi uzun müddətdir ki, başa çatmışdır, lakin, mənzilə çıxarış alınması üçün zəruri sənədlər təqdim edilməmişdir. İddiaçıməhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan “X6” MTK-nın sədri Cavabdeh2 ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1589 nömrəli alqı-satqı (payçı) müqaviləsinə əsasən, İcraçı “X6” MTK Bakı şəhəri, Moskva prospekti, 8 ünvanda inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 41 saylı binasının 129 saylı mənzilini payçı X3 tikib verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “X6” MTK tərəfindən verilmiş 1589 nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Moskva prospekti, 8 ünvanda inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 41 saylı binasının 129 saylı mənzilin dəyəri X4 tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən məüyyən edilir ki, sifarişçi “X6” MTK tərəfindən qeyd edilmiş ünvanda (Bakı şəhəri, Moskva prospekti, 8 ünvanında “X6” MTK tərəfindən inşa edilmiş və istismarına icazə verilməmiş 25, 27, 29, 31, 39, 41 saylı binalar) inşa edilmiş yaşayış binalarının istismarına icazə verilməsi ilə bağlı Baş İdarəyə müraciət edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, həmin ünvanda inşa edilmiş yaşayış binalarının istismarına hazırlıq aktının verilməsi ilə bağlı Agentliyə müraciət edilməmişdir. İş materiallarında olan V-ЖГ № 253595 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2952923İddiaçı ilə Nəsirova (Sadıqova) Yeganə Sultan qızı xx.xx.1989-cu ildən hal-hazıradək rəsmi nikahdadırlar. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh “X6” MTK-nın sədri Cavabdeh2 ilə iddiaçının arvadı X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1589 nömrəli alqı-satqı (payçı) müqaviləsinə əsasən, “X6” MTK tərəfindən Bakı şəhəri, Moskva prospekti, 8 ünvanda inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 41 saylı binasının 129 saylı mənzili payçı X1. Mənzilin dəyəri payçı tərəfindən tam ödənilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqları əsassız formada məhdudlaşdırılaraq çıxarış alınması üçün zəruri olan sənədlərin təqdim edilməsi təmin edilmir. İş materiallarında olan müvafiq dövlət orqanları tərəfindən təqdim edilmiş məktublara əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sözügedən mənzilin yerləşdiyi binanın istismarına icazə verilməsi və çıxarışın verilməsi üçün dövlət orqanlarına müraciət edilməmişdir. Mənzilin alqı-satqısı barədə müqaviləsi üzrə hazırki mülki iş üzrə İddiaçı müqavilə tərəfi olmasa da, mənzilin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilmiş əmlak olması prezumpsiyası nəzərə alınmaqla, hesab edilir ki, iddiaçı daşınmaz əmlak üzrə birgə mülkiyyətçidir. Deməli, iddiaçının hazırki mübahisə üzrə subyektiv hüququ vardır. Nəzərə alınır ki, iddiaçı ailəsi ilə birlikdə həmin mənzildə faktiki olaraq yaşayır. İddiaçı tərəf sözügedən mənzili mülkiyyət qismində faktiki olaraq əldə etsə də (faktiki sahiblik və istifadə baxımından), həmin mənzilin daşınmaz əşya olması və daşınmaz əşyaya dair mülkiyyət hüququnun, həmçinin daşınmaz əşyanın özünün mövcudluğunun (varlığı), əmlaka dair sərəncam hüququnun dövlət reyestrinə qeydiyyata alındığı andan yaranması xüsusatı və bu istiqamətdə mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınan xüsusi marağının olması əsas götürülür. Qanunculuq prinsipinin tələblərinə əsasən mülkiyyət hüququ xəyali xarakter daşımamalı, hüquqi baxımdan dövlət tərəfindən tanınmalı və müdafiə edilməlidir. Bunun təmin edilməsi istiqamətindən aktiv fəaliyyət göstərmək cavabdehin müqavilədən və qanundan irəli gələn öhdəliyidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “X6” MTK tərəfindən inşa edilmiş 41 saylı yaşayış binası ilə bağlı qanunvericiliyin tələbinə uyğun təxirəsalınmaz tədbirlər görülməsi, tələb olunan sənədlərin müvafiq dövlət qurumlarına təqdim edilərək qısa müddət ərzində həmin binanın istismarına icazə alınması, binanın 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 150 kv.m olan, 3 (üç) otaqlı, 129 saylı mənzilin dövlət qeydiyyatına (çıxarış) alınması məqsədi ilə Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi cavabdeh "X6" MTK-nın üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X6" Mənzil-Tikinti Kooperativinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “binanın istismarına icazə alınması, mənzilə çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair iddiası təmin edilsin. “X6” MTK tərəfindən inşa edilmiş 41 saylı yaşayış binası ilə bağlı qanunvericiliyin tələbinə uyğun təxirəsalınmaz tədbirlər görülməsi, tələb olunan sənədlərin müvafiq dövlət qurumlarına təqdim edilərək qısa müddət ərzində həmin binanın istismarına icazə alınması, binanın 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 150 kv.m olan, 3 (üç) otaqlı, 129 saylı mənzilin dövlət qeydiyyatına (çıxarış) alınması məqsədi ilə Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi cavabdeh "X6" MTK-nın üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3798/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3798/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver