Məhkəmə qərarları › İş №e-2(004)-382/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-382/2025

17.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-382/2025 17.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdehnə qarşı "ödənilməmiş əmək haqqının, son haqq-hesabın, əmək haqqının gecikdirildiyi hər günə görə 1 % ödəncin və məcburi sosial sığorta haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdehnə qarşı "ödənilməmiş əmək haqqının, hesablanmış ödənclərin və məcburi sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edib iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdehndən 2023-cü ilin iyun ayından xx.xx.2024-cü il tarixədək işlədiyi müddətə ona hesablanmış ödənilməmiş qalan 17.424 (on yeddi min dörd yüz iyirmi dörd) manat əmək haqqının, son haqq-hesab olaraq ona ödənilməli olan 4000 (dörd min) manatın və həmin məbləğləri vaxtında ödəmədiyi üçün əmək qanunvericiliyinə əsasən 560 (beş yüz altmış) gün gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 97.574,40 (doxsan yeddi min beş yüz yetmiş dörd manat qırx qəpik) manat ödəncin ümumilikdə 118.998.40 (bir yüz on səkkiz min doqquz yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğin, 60 (altmış) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödədiyi haqqın ona ödənilməsi; cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1444,63 (bir min dörd yüz qırx dörd manat altmış üç qəpik), 2023-cü il üzrə 2520,42 (iki min beş yüz iyirmi manat qırx iki qəpik) manat, 2024-cü il üzrə 1800 (bir min səkkiz yüz) maııal ümumilikdə 5765,05 manat məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeharasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh başçısının aparatına “ştatdankənar” hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış müqavilə bir il müddətinə müddətli əmək müqaviləsi olaraq imzalansa da hər il bir il müddətinə uzadılmaqla əmək münasibətləri xx.xx.2024-cü il tarixədək davam etmişdir. İşlədiyi dövr ərzində nümunəvi işçi olmuş, əmək funksiyalarının icrası zamanı hər hansı pozuntulara yol verməmiş, müəssisədaxili intizam qaydalarına ciddi riayət etmiş, barəsində hər hansı intizam tənbehi tədbiri tətbiq olunmamışdır. Cavabdehndə işlədiyi dövrdə tapşırılmış vəzifələri vaxtında və peşəkarcasına yerinə yetirmişdir. Aralarında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdıqdan sonra müqavilənin müddəti uzadılmamışdır. Bildirir ki, aralarında olan müqaviləyə əsasən onun rəsmi əmək haqqı 1440 manat təşkil edirdi. Cavabdeh əmək münasibətlərinin ilk illərində ona əmək haqqını vaxtında və lazımi qaydada ödəyirdi. 2023-cü ilin iyun, ayından xx.xx.2024-cü il tarixədək işlədiyi müddətə Cavabdeh tərəfindən ona ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, maliyyə vəziyyəti ilə əlaqədar müəyyən çətinliklər vardır və gecikdirilmiş hər ayın əmək haqqı, digər ödənişlər və gecikdirməyə görə kompensasiya şəklində ödəniləcək faiz şəklində ödənclər cəm şəkildə ödəniləcəkdir, işimizə davam edək. Cavabdehlə aralarında olan əmək münasibətləri artıq uzun müddətdir davam etdiyindən və əvvəllər cavabdehin əmək haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etdiyini nəzərə alaraq, həmin vədə inanaraq, əmək fəaliyyətini davam etdirmişdir. Lakin cavabdeh ona verdiyi öz vədini yerinə yetirməmiş və gözlədiyim vaxtda almalı olduğu əmək haqqı və digər ödənişlər, habelə əmək haqqının gecikdirilməsinə görə faiz şəklində ödənclər cavabdeh tərəfindən ödənilməmişdir. Beləliklə hesab edir ki, işçi hüquqlarım etibarından sui-istifadə edilərək işəgötürən tərəfindən kobud şəkildə pozulmuşdur. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də bu günkü günə kimi onunla son haqq-hesab da aparılmamışdır. Əmək haqqı və digər ödənişlərin, habelə əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclərin veriləcəyini nəzərə alaraq, öz şəxsi həyatı ilə bağlı əvvəlcədən planlaşdırdığı bir sıra məsələləri təxirə salmalı olmuş, maddi baxımdan çətinliklərlə üzləşməyə başlamışdır. Cavabdeh tərəfindən əmək haqqı, əlavə faiz şəklində ödənclər və digər ödənişlər ödənilməməkdə davam edir. Bundan başqa işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı 2022-ci il üzrə 3696,89 manat hesablandığı halda 2552,26 manat ödəniş edilmiş, 2023-cü il üzrə 4303 manat ödənilməli olduğu halda 1783,35 manat ödəniş edilmiş, 2024-cü il üzrə 1800 manat ödənilməli olduğu halda heç bir ödəniş edilməmişdir. 06 sentyabr 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu ilə müraciət edərək 2023-cü ilin iyun, ayından xx.xx.2024-cü il tarixədək işlədiyi müddətə mənə hesablanmış ödənilməmiş qalan 17280 manat əmək haqqını, son haqq-hesab olaraq ona ödənilməli olan 4000 manatı və həmin məbləğləri vaxtında ödəmədiyi üçün əmək qanunvericiliyinə əsasən 462 gün gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 86.048,40 manat ödəncin də ona ödənilməsini və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1444,63, 2023-cü il üzrə 2536,65 manat, 2024-cü il üzrə 1800 manat ümumilikdə 5781,28 manat məcburi sosial sığorta haqqının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini təklif etmişdir. Tərəfindən ünvanlanmış müraciətinə hər-hansı bir cavab verilməmiş və cavabdehdən ödənilməsini tələb etdiyi məbləğlər ona ödənilməmişdir. Cavabdehlə aralarında olan əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün xx.xx.2024-cü il tarixdə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərdi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi və aralarında barışıq əldə olunması mümkün olmadı. Bununla bağlı xx.xx.2024-cü il tarixli, № MŞB/14/2024- 00558 nömrəli mediasiya arayışı məhkəməyə təqdim olunur. Məhkəmə gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Cavabdehndən 2023-cü ilin iyun ayından xx.xx.2024-cü il tarixədək işlədiyi müddətə ona hesablanmış ödənilməmiş qalan 13.910,40 (on üç min doqquz yüz on manat qırx qəpik) manat əmək haqqının, 2023-cü ilin may ayında az ödənilmiş 52,26 manat əmək haqqının, məzuniyyət haqqı olaraq ona ödənilməli olan 3767,84 (üç min yeddi yüz altmış yeddi manat səksən dörd qəpik) manatın və həmin məbləğləri vaxtında ödəmədiyi üçün əmək qanunvericiliyinə əsasən gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 71.450 (yetmiş bir min dörd yüz əlli) manat ödəncin və 60 (altmış) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödədiyi haqqın, ümumilikdə 89.239,94 (səksən doqquz min iki yüz otuz doqquz manat doxsan dörd manat) manat məbləğin ona ödənilməsi; cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1444,63 (bir min dörd yüz qırx dörd manat altmış üç qəpik), 2023-cü il üzrə 2520,42 (iki min beş yüz iyirmi manat qırx iki qəpik) manat, 2024cü il üzrə 1800 (bir min səkkiz yüz) maııal ümumilikdə 5765,05 manat məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2023 cü ilin və 2024-cü ilin iyun ayınadək əmək haqqı ödənilməyib. Ekspertiza nəticəsində məlum oldu ki, may ayında da 52,26 manat az ödəniş edilib. Ekspertlər dekabr ayınadək hesablayıblar. Hesab edir ki, 13 may 2025-ci il tarixədək hesablanmalı idi. Buna görə hazırda maddi çəkinlik çəkir, ödənişlərini edə bilmir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 izahatında iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehnə və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh məhkəmənin sorğusuna 5-21/2- 1909/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli məktubla cavab ünvanlayaraq, iddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqavilələri və əmrlərin təstiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş: Bakı şəhəri Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 11 aprel 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri Cavabdeh başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, kontrakt bağlanarkən işçiyə 1 ay sınaq müddəti müəyyən olunmuş və müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 600 manat məbləğində məvacib ödənilməsi, 4.14-cü bəndinə əsasən, əmək məzuniyyətinin müddəti 21 təqvim günü olması müəyyən edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 11 aprel 2019-cu il tarixli 42 nömrəli əmrinə əsasən, İddiaçı 11 aprel 2019-cu il tarixindən 1 (bir) il müddətinə rayon İcra Hakimiyyəti başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 21 iyun 2019-cu il tarixli 86 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (öz arzusu ilə) 2019-cu il 21 iyun tarixindən xitam verilmişdir. Bakı şəhəri Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 18 may 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri Cavabdeh başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, kontrakt bağlanarkən işçiyə 1 ay sınaq müddəti müəyyən olunmuş və müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 900 manat məbləğində məvacib ödənilməsi, 4.14-cü bəndinə əsasən, əmək məzuniyyətinin müddəti 21 təqvim günü olması müəyyən edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 18 may 2020-ci il tarixli 62 nömrəli əmrinə əsasən, İddiaçı 18 may 2020-ci il tarixindən 1 (bir) il müddətinə rayon İcra Hakimiyyəti başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 18 may 2021-ci il tarixli 59 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2021-ci il 18 may tarixindən xitam verilmişdir. Əsas kimi əmək müqaviləsinin 2.1-ci bəndi (müqavilənin 12 ay müddətinə bağlanması) göstərilmişdir. Bakı şəhəri Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 01 iyun 2021-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri Cavabdeh başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, kontrakt bağlanarkən işçiyə 1 ay sınaq müddəti müəyyən olunmuş və müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 900 manat məbləğində məvacib ödənilməsi, 4.14-cü bəndinə əsasən, əmək məzuniyyətinin müddətinin 21 təqvim günü olması müəyyən edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 01 iyun 2021-ci il tarixli 63 nömrəli əmrinə əsasən, İddiaçı 01 iyun 2021-ci il tarixindən 1 (bir) il müddətinə rayon İcra Hakimiyyəti başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 31 may 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında müqaviləyə əsasən, əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 1440 manat məbləğində dövlət məvacibi ödənilir. Hər iki tərəfin razılığı ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının Əmək Məcəlləsinə olaraq qüvvəyə minir və xx.xx.2021-ci il tarixdə bağlanan 622 nömrəli əmək müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Bakı şəhəri Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 01 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri Cavabdeh başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, kontrakt bağlanarkən işçiyə 1 ay sınaq müddəti müəyyən olunmuş və müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 1440 manat məbləğində məvacib ödənilməsi, 4.14-cü bəndinə əsasən, əmək məzuniyyətinin müddətinin 21 təqvim günü olması müəyyən edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 01 iyun 2023-cü il tarixli 48 nömrəli əmrinə əsasən, İddiaçı 01 iyun 2023-cü il tarixindən 1 (bir) il müddətinə rayon İcra Hakimiyyəti başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə təyin edilmişdir Bakı şəhəri Cavabdeh Başçısının 03 iyun 2024-cü il tarixli 56 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2024-cü ilin 03 iyun tarixindən xitam verilmişdir. Əsas kimi əmək müqaviləsinin 2.1-ci bəndi (müqavilənin 12 ay müddətinə bağlanması) göstərilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh məhkəmənin sorğusuna 5-21/2- 410/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, hesablama cədvəlini məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş hesablama cədvəlindən görünür ki, İddiaçı oğluna 2019-cu ilin aprel-may aylarında vergilər tutulduqdan sonra ümumilikdə 1415,15 manat, 2020-ci ilin iyun-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 6637,50 manat, 2021-ci ilin yanvar-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 10367,93 manat, 2022-ci ilin yanvar-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 14787,54 manat, 2023-cü ilin yanvar-may aylarında vergilər tutulduqdan sonra ümumilikdə 7135,08 manat əmək haqqı ödənilmişdir. 2023-cü ilin iyun ayından dekabr ayınadək isə əmək haqqı ödənilməmişdir. 2024-cü ilin ərzində əmək haqqının ödənilibödənilməməsi barədə məlumat qeyd olunmamışdır. Həmin cədvələ əsasən işögötürən tərəfindən sonuncu dəfə əmək haqqı ödənişi 2023-cü ilin may ayı üzrə edilmişdir. xx.xx.2024-cü il tarixli Əmək və məşğulluq alt sistemindən-ƏMAS çıxarışdan görünür ki, 2022-ci ilin yanvar-dekabr ayları üçün hesablanmış 3696,89 manat sosial sığorta haqqından Cavabdeh tərəfindən 2552,56 manat ödənilmiş, 2023-cü ilin yanvarmay ayları üçün hesablanmış 1783,77 manat sosial sığorta haqqından 1783,35 manat ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-xx.xx.2024-cü illər üzrə İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarində 1010,94 manat, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində 742,50 manat, xx.xx.2021-ci il tarixdə 845,48 manat, xx.xx.2025-ci il tarixdə 255,71 manat, xx.xx.2021-ci il tarixdə 724,50 manat, xx.xx.2021-ci il tarixdə 714,50 manat, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində 742,50 manat, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 1159,20 manat, xx.xx.2022-ci il tarixdə 891,56 manat, xx.xx.2022-ci il tarixdə 1149,20 manat, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 1159,20 manat, xx.xx.2023-cü il tarixdə 1106,94 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-9/2222/2025 saylı, 29 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: 1-ci sual üzrə: Hazırki tədqiqatla ekspertiza təyini haqqında qərarda ekspert qarısında qoyulan birinci suala cavab olaraq bildirilmişdir ki, İddiaçı Cavabdehndə hüquqşünas vəzifəsində çalışdığı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək işlədiyi müddətdə ona ödənilməli olan əmək haqqı məbləği iş materiallarında olan əmək haqqı hesabından çıxarış məlumatlarına əsasən (c.i.v 18-22) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmişdir. Bildirilir ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 13.910,40 manat məbləğində əmək haqqı ödənilməli idi. 2 və 3-cü suallar üzrə: Ekspertiza təyini haqqında qərarda ekspert qarısında qoyulan ikinci və üçüncü suala cavab olaraq bildirilir ki, iş materiallarında işçinin məzuniyyət, ezamiyyət əmrləri, xx.xx.2019-xx.xx.2024-cü illər üzrə istifadə olunmamış məzuniyyət günləri, tabel cədvəlləri, məzuniyyətin hesablanma qaydası və s. öz əksini tapmadığından İddiaçı ödənilməmiş məzuniyyət haqqının hesablanması və son haqq-hesabın müəyyən edilməsi mümkün olmadı. 4-cü sual üzrə: Ekspert qarşısında qoyulmuş dördüncü suala cavab olaraq bildirilir ki, hazırki tədqiqatla Cavabdehn tərəfindən İddiaçı əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə xx.xx.2024-cü il tarixə (4-cü sualda soruşulan tarixə) 50.309,28 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdehnə ünvanlan pretenziya məktubundan görünür ki, cavabdehə 2023-cü ilin iyun, ayından xx.xx.2024-cü il tarixədək işlədiyi müddətə iddiaçıya hesablanmış ödənilməmiş qalan 17.280 manat əmək haqqını, son haqq-hesab olaraq ona ödənilməli olan 4000 manatı və həmin məbləğləri vaxtında ödəmədiyi üçün əmək qanunvericiliyinə əsasən 462 gün gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 86.048 manat ödəncin də ona ödənilməsini və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1444,63, 2023-cü il üzrə 2536,65 manat, 2024-cü il üzrə 1800 manat ümumilikdə 5781,28 manat məcburi sosial sığorta haqqının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini təklif edilmiş, Pretenziyaya alındığı gündən üç gün sonra münasibət bildirilməsi xahiş olunmuş, əgər qeyd edilən müddətdə müraciətə cavab verilməzsə və ya imtina edərlərsə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/14/2024-00558 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 110.1-ci maddəsinə əsasən, İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 111.1-ci maddəsinə əsasən, Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 113.1-ci maddəsinə əsasən, Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 113.3-cü maddəsinə əsasən, Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. 114.2-ci maddəsinə əsasən, İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 139.1-ci maddəsinə əsasən, Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. 140.1-ci maddəsinə əsasən, Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 140.2-ci maddəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 143.1-ci maddəsinə əsasən, Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2-ci maddəsinə əsasən, İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 156.1-ci maddəsinə əsasən, Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 172.1-ci maddəsinə əsasən, Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.2-ci maddəsinə əsasən, Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 172.3-cü maddəsinə əsasən, Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. 172.4-cü maddəsinə əsasən, İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun: 14.2-ci maddsinə əsasən, Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3-cü maddəsinə əsasən, Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.17-ci maddəsinə əsasən, sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeharasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh başçısının aparatına “ştatdankənar” hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış müqavilə bir il müddətinə müddətli əmək müqaviləsi olaraq imzalanmış,xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq bir il müddətinə yenidən əmək müqavilələri bağlanmışdır. Bakı şəhəri Cavabdeh Başçısının 03 iyun 2024-cü il tarixli 56 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2024-cü ilin 03 iyun tarixindən xitam verilmişdir. Əsas kimi əmək müqaviləsinin 2.1-ci bəndi (müqavilənin 12 ay müddətinə bağlanması) göstərilmişdir. Lakin işçi ilə son haqq hesab aparılmamış, işlədiyi dövrdə müəyyən müddətlərdə ödənilməmiş əməh haqqı qalmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondununa ödənilməli olan sosial sığorta haqqından da ödənilməyən məbləğlər qalmışdır. Hazırda iddiaçı ödənilməmiş əmək haqqının, son haqq-hesabın, əmək haqqının gecikdirildiyi hər günə görə 1 % ödəncin və məcburi sosial sığorta haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 5-21/2-410/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli məktuba əlavə edilmiş hesablama cədvəlindən görünür ki, İddiaçı oğluna 2019-cu ilin aprel-may aylarında vergilər tutulduqdan sonra ümumilikdə 1415,15 manat, 2020-ci ilin iyun-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 6637,50 manat, 2021-ci ilin yanvar-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 10367,93 manat, 2022-ci ilin yanvar-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 14787,54 manat, 2023-cü ilin yanvar-may aylarında vergilər tutulduqdan sonra ümumilikdə 7135,08 manat əmək haqqı ödənilmişdir. 2023-cü ilin iyun ayından dekabr ayınadək isə əmək haqqı ödənilməmişdir. 2024-cü ilin ərzində əmək haqqının ödənilib-ödənilməməsi barədə məlumat qeyd olunmamışdır. Həmin cədvələ əsasən işögötürən tərəfindən sonuncu dəfə əmək haqqı ödənişi 2023-cü ilin may ayı üzrə edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-9/2222/2025 saylı, 29 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Cavabdehndə hüquqşünas vəzifəsində çalışdığı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək işlədiyi müddətdə ona ödənilməli olan əmək haqqı məbləği iş materiallarında olan əmək haqqı hesabından çıxarış məlumatlarına əsasən (c.i.v 18-22) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmişdir. Bildirilir ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 13.910,40 manat məbləğində əmək haqqı ödənilməli idi. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin may ayında iddiaçıya 52,26 manat az əmək haqqı ödənilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-xx.xx.2024-cü illər üzrə İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə əvvəlki iki ayın əmək haqqı olan 1159,20 manat deyil, 1106,94 manat əmək haqqı ödənilmişdir. (1159,20 – 1106,94 = 52,26 manat). Beləliklə məhkəmə müəyyən etmişdir ki, iddiaçıya ödənilməmiş əmək haqqının məbləği 13.910,40 manat + 52,26 manat = 13.962,66 manat olmuşdur. İddiaçı həmin məbləğin ona ödənilməsini tələb etməkdə haqı olmuşdur. İddia tələbinin ödənilməmiş məzuniyyət haqqının ödənilməsi hissəsində məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının orta aylıq əmək haqqı 2020-2021-ci illər üzrə 732,88 manat, 2021-2022-ci illər üzrə 759,89 manat, 2022-2023-cü illər üzrə 1131,70 manat, 2023- 2024-cü illər üzrə 1159,20 manat edir. Əmək müqaviləsinə əsasən işçinin illik məzuniyyət hüququ 21 gün təşkil edir. Beləliklə, 732,88 : 30,40 x 21 gün = 507,60 manat, 759,89 : 30,40 x 21 gün = 524,92 manat, 1131,70 : 30,40 x 21 gün = 781,76 manat, 1159,20 : 30,40 x 21 gün = 800,76 manatdır. Məhkəmə qeyd edir edir ki, iddiaçıya işlədiyi dövrlər üçün ödənilməmiş məzuniyyət haqqı 507,60 + 524,92 + 781,76 + 800,76 = 2615,04 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140.3-cü maddəsinə əsasən, məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Həmin Məcəllənin 140.4-cü maddəsinə əsasən, Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcələsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Göründüyü kimi iddiaçıya ödənilməmiş əmək haqqının məbləği 13.962,66 manat, məzuniyyət haqqı isə 2615,04 manat olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, son haqq-hesab olaraq ümumilikdə 16.577,7 (on altı min beş yüz yetmiş yeddi manat yetmiş qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il Qərarında qeyd olunur: “...Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər. Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarı). Əmək Məcəlləsinin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır...” İddia tələbinin əmək haqqının gecikdirildiyi hər günə görə 1 % ödəncin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-9/2222/2025 saylı, 29 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, hazırki tədqiqatla Cavabdehn tərəfindən İddiaçı əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə xx.xx.2024-cü il tarixə (4-cü sualda soruşulan tarixə) 50.309,28 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir. Hər gecikdirilən günə üçün düşən faiz məbləği 11,59 % təşkil edir. Göründüyü kimi eskpert rəyində xx.xx.2024-cü il tarixə qədər olan gecikdirilmiş günlər üçün əmək haqqı məbləği hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin tarixdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə daxil olduğu, yəni xx.xx.2025-ci il tarixədək olan müddətlərdə gecikdirilmiş əmək haqqı da hesablanmalıdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan günlərin sayı 152 gündür. Belə olan halda 2023-cü ilin ayı üçün gecikdirilmiş günləri sayı 682 gün, iyul ayı üçün 651 gün, avqust ayı üçün 620 gün, sentyabr ayı üçün 590 gün, oktyabr ayı üçün 559 gün, noyabr ayı üçün 529 gün, dekabr ayı üçün 498 gün, 2024-cü ilin yanvar ayı üçün 467 gün, fevral ayı üçün 438 gün, mart ayı üçün 407 gün, aprel ayı üçün 377 gün, may ayı üçün 346 gün edir. Beləliklə, İddiaçı əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə xx.xx.2025-ci il tarixə 71,440,76 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir. Məhkəmə iddianı məcburi sosial sığorta haqqının ödənilməsi hissəsində də əsaslı hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixli Əmək və məşğulluq alt sistemindən-ƏMAS çıxarışdan görünür ki, 2022-ci ilin yanvar-dekabr ayları üçün hesablanmış 3696,89 manat sosial sığorta haqqından Cavabdeh tərəfindən 2552,56 manat ödənilmiş, 2023-cü ilin yanvar-may ayları üçün hesablanmış 1783,77 manat sosial sığorta haqqından 1783,35 manat ödənilmişdir. Göründüyü kimi, 2022-ci il üzrə ödənilməli olan 1444,63 manat sosial sığorta haqqı, 2023-cü il üzrə ödənilməli olan məbləğ 2520,42 manat, 2024-cü il üçün ödənilməli olan 360 x 5 ay (yanvar-may) = 1800 manat, ümumilikdə 5765,05 manat sosial sığorta haqqı işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2022-2024-cü illər üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5765,05 (beş min yeddi yüz altmış beş manat beş qəpik) manat məbləğində məcburi sosial sığorta haqqı Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən son haqq-hesab olaraq 16.577,7 (on altı min beş yüz yetmiş yeddi manat yetmiş qəpik) manat pul və əmək haqqının verilməsinin gecikdirildiyi hər günə görə 1 % hesablanmaqla 71.440,76 (yetmiş bir min dörd yüz qırx manat yetmiş altı qəpik) manat ödənc, ümumilikdə 88.018,46 (səksən səkkiz min on səkkiz manat qırx altı qəpik) manat məbəğində pul tutularaq İddiaçı ödənilməli, 2022-2024-cü illər üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5765,05 (beş min yeddi yüz altmış beş manat beş qəpik) manat məbləğində məcburi sosial sığorta haqqı Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməli, ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən son haqq-hesab olaraq 16.577,7 (on altı min beş yüz yetmiş yeddi manat yetmiş qəpik) manat pul və əmək haqqının verilməsinin gecikdirildiyi hər günə görə 1 % hesablanmaqla 71.440,76 (yetmiş bir min dörd yüz qırx manat yetmiş altı qəpik) manat ödənc, ümumilikdə 88.018,46 (səksən səkkiz min on səkkiz manat qırx altı qəpik) manat məbəğində pul tutularaq İddiaçı ödənilsin. 2022-2024-cü illər üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5765,05 (beş min yeddi yüz altmış beş manat beş qəpik) manat məbləğində məcburi sosial sığorta haqqı Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilsin. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar