Məhkəmə qərarları › İş №e-2(004)-3836/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3836/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3836/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Y20K542497 saylı müqavilə üzrə 67 manat əsas borc, 20 manat dəbbə pulu, Y20K5658676 saylı müqavilə üzrə 390 manat əsas borc, 117 manat dəbbə pulu, Y20K5703880 saylı müqavilə üzrə 966 manat əsas borc, 290 manat dəbbə pulu və ödənilmiş 39 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1889 manatın tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Y20K542497 saylı alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı müqavilədə göstərilmiş ümumi dəyəri 844 manat olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefonu alıcıya satmağı, alıcı isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qaiməyə əsasən müəyyən olunur ki, sözügedən əşya Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 40 manat ilkin ödəniş etməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 67 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Y20K5658676 saylı alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı müqavilədə göstərilmiş ümumi dəyəri 860 manat olan 1 ədəd “Samsyng Galaxy A7” markalı telefonu, 1 ədəd “X2 PR” markalı ekran qoruyucusunu və 1 ədəd “Mobile Cover”-i alıcıya satmağı, alıcı isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qaiməyə əsasən müəyyən olunur ki, sözügedən əşyalar Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 80 manat ilkin ödəniş etməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 65 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Y20K5703880 saylı alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı müqavilədə göstərilmiş ümumi dəyəri 1124 manat olan 2 ədəd “Beko” markalı kondisioneri alıcıya satmağı, alıcı isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qaiməyə əsasən müəyyən olunur ki, sözügedən əşyalar Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 20 manat ilkin ödəniş etməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 46 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, Y20K542497 saylı; xx.xx.2018-ci il tarixli, Y20K5658676 saylı və xx.xx.2019-cu il tarixli, Y20K5703880 saylı alqı-satqı müqavilələri üzrə xx.xx.2022-ci il tarixə olan qalıq borcu müvafiq olaraq 67 manat əsas, 20 manat dəbə pulu; 390 manat əsas, 117 manat dəbbə pulu; 966 manat əsas, 290 manat dəbbə pulu olmaqla, cəmi 1850 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, Y20K542497 saylı alqı-satqı müqaviləsi üzrə 67 manat əsas, 2 manat dəbə pulu, xx.xx.2018-ci il tarixli, Y20K5658676 saylı müqavilə üzrə 390 manat əsas, 12 manat dəbbə pulu və xx.xx.2019cu il tarixli, Y20K5703880 saylı müqavilə üzrə 966 manat əsas borc, 29 manat dəbbə bocu olmaqla, ümumilikdə 1466 manat borc və 39 manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından azaldılmalı, xx.xx.2018-ci il tarixli, Y20K542497 saylı alqı-satqı müqaviləsi üzrə 2 manat, xx.xx.2018-ci il tarixli, Y20K5658676 saylı müqavilə üzrə 12 manat və xx.xx.2019-cu il tarixli, Y20K5703880 saylı müqavilə üzrə 29 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 39 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Y20K542497 saylı müqavilə üzrə 67 manat əsas, 2 manat dəbbə, Y20K5658676 saylı müqavilə üzrə 390 manat əsas, 12 manat dəbbə, Y20K5703880 saylı müqavilə üzrə 966 manat əsas, 29 manat cərimə, ümumilikdə 1466 (min dörd yüz altmış altı) manat borc və 39 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar