Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3845/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Y20K5703095 nömrəli müqaviləyə əsasən 238 manat əsas borc və 71 manat dəbbə pulunun; Y20K5703660 nömrəli müqaviləyə əsasən 500 manat əsas borc və 150 manat dəbbə pulu və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 12 fevral 2019-cu il və 05 aprel 2019-cu il tarixlərində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 12 fevral 2019-cu il tarixli Y20K5703095 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 429 manat olan 1 ədəd “Samsung Galaxy J6” markalı telefon almış, ilkin ödəniş olaraq 21 manat ödəniş etmiş, nəticədə 408 manat borc yaranmış və 05 aprel 2019-cu il tarixli Y20K5703660 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 821 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon almış, ilkin ödəniş olaraq 101 manat ödəniş etmiş, nəticədə 720 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 12 fevral 2019-cu il tarixli Y20K5703095 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 14 manat, 05 aprel 2019-cu il tarixli Y20K5703660 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 40 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti Y20K5703095 saylı müqavilə üzrə 429 manat olan 1 ədəd “Samsung Galaxy J6” markalı telefon üçün ümumilikdə 238 manat ödənilməmiş hissə, 71 manat dəbbə pulu və alqı-satqı qiyməti Y20K5703660 saylı müqavilə üzrə 821 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 500 manat ödənilməmiş hissə və 150 manat dəbbə pulu olmaqla borc yaranmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bütün məhkəmə baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini və Cavabdeh 989 manat məbləğində borcun onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, tərəfindən 29 iyun 2022-ci il tarixdə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və iş icraata götürülmüşdür. Səhhətində olan problemlərlə əlaqədar məhkəmə baxış iclaslarında iştirakının mümkün olmadığını və iddiasını müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” sistemi vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmiş, lakin məhkəmənin bildirişləri ona rəsmi qaydada çatdırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraqi iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 fevral 2019-cu il tarixli Y20K5703095 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh dəyəri 429 manat olan 1 ədəd “Samsung Galaxy J6” markalı telefonu 21 manat ilkin ödəniş etməklə 12 ay müddətinə aylıq 34 manat ödəmək şərti ilə, 05 aprel 2019-cu il tarixli Y20K5703660 nömrəli müqaviləyə əsasən dəyəri 821 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefonu 101 manat ilkin ödəniş etməklə 12 ay müddətinə aylıq 60 manat ödəmək şərti ilə nisyə satmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı cihazın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh həmin tarixə 12 fevral 2019-cu il tarixli Y20K5703095 nömrəli alqı-satqı müqaviləsi üzrə 238 manat əsas borcu və 71 manat cərimə borcu və 05 aprel 2019-cu il tarixli Y20K5703660 nömrəli alqı-satqı müqaviləsi üzrə 500 manat əsas borcu və 150 manat cərimə borcu olmaqla, cəmi 959 manat borcu yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilədən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olunan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur. Beləliklə məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12 fevral 2019-cu il tarixli Y20K5703095 saylı müqavilə üzrə yaranmış 238 manat əsas, 71 manat dəbbə pulu və 05 aprel 2019-cu il tarixli Y20K5703660 saylı müqavilə üzrə yaranmış 500 manat əsas, 150 manat dəbbə pulu və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 12 fevral 2019-cu il tarixli Y20K5703095 saylı müqavilə üzrə yaranmış 238 manat əsas, 71 manat dəbbə pulu, 05 aprel 2019-cu il tarixli Y20K5703660 saylı müqavilə üzrə yaranmış 500 manat əsas, 150 manat dəbbə pulu və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-3845/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3845/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver