Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3854/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 xx.xx.2020-cu il tarixli PQA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 550 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh1 MMC-yə məxsus olan və Cavabdeh2 tərəfindən etibarnamə əsasında idarə olunan 99 B 721 dövlət qeydiyyat nişanlı “Haojue TZ 125” markalı motosiklet "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinə (müqaviləsi) əsasən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış və xx.xx.2020-ci il tarixdə saat 12:50-də qüvvəyə minmişdir. Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi 99 B 721 dövlət qeydiyyat nişanlı “Haojue TZ 125” markalı motosiklet ilə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və "xxxx" MMC-yə məxsus olan “Saipa Saina” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Bu fakt Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP ******* nömrəli protokol ilə təsdiq edilir. Zərərçəkən zərərin əvəzində sığorta ödənişi verilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilindiyi üçün 550 manat sığorta ödənişi zərərçəkənin təqdim etdiyi hesaba "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmişdir. Lakin bugünə qədər cavabdehlər tərəfindən iddiaçının tələbi təmin olunmamışdır. Bu səbəbdən "xxxx" ASC ödənilmiş vəsatin subroqasiya hüququ əsasında geri qaytarılması üçün cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Həmçinin “AZEMİS” vasitəsilə ********** mobil telefon nömrəsinə bildiriş göndərilməklə xəbər verilmişdir. AZ1023 nömrəli poçt tərəfindən “evdə yoxdur” qeydi yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin digər Cavabdeh1 MMC-yə elektron kabinetinə “AZEMİS” vasitəsilə bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh1 MMC-nin nümayəndəsinin və cavabdeh X1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan 99 B 721 dövlət qeydiyyat nişanlı “Haojue TZ 125” markalı motosiklet "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli PQA********** nömrəli sığorta şəhadətnaməsinə (müqaviləsi) əsasən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır, müqavilə xx.xx.2020-ci il tarixdə saat 12:50-də qüvvəyə minmişdir və xx.xx.2021-ci il tarixə kimi qüvvədə olmuşdur. "xxxx" ASC tərəfindən sığortalanmış Cavabdeh1 MMC-yə məxsus 99 B 721 dövlət qeydiyyat nişanlı “Haojue TZ 125” markalı motosiklet xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Naximov küçəsi yaxınlığında Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Saipa Saina” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Saipa Saina” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 550 manat sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhər BPİ DYPİ-nin rəisi Rəşid Piriyev xx.xx.2020-ci il tarixlii İPX ******* nömrəli protokola və inzibati xəta haqqında işin materiallarına baxaraq xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, ona 100 manat inzibati tənbeh tədbiri tətbiq etmişdir. Qərardan müəyyən edilir ki, 99 B 721 dövlət qeydiyyat nişanlı “Haojue TZ 125” markalı motosikletin sürücüsü Cavabdeh2 yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. "xxxx" ASC-nin HT və ZTD tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 1709/20 nömrəli “Qiymətləndirmə akt”ından görünür ki, “Saipa Saina” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 550 manat maddi zərər dəymişdir. "xxxx" ASC xx.xx.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən “Saipa Saina” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" MMC-yə 550 manat sığorta ödənişi vermişdir. Odur ki, Cavabdeh1 MMC-yə məxsus olan sığortalanmış 99 B 721 dövlət qeydiyyat nişanlı “Haojue TZ 125” markalı motosikletin sürücüsü Cavabdeh2 hadisə yerindən yayındığına görə, sığorta ödənişini etmiş "xxxx" ASC xx.xx.2020-cu il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verlbqb 550 manat sığorta ödənişini və ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat pulun ödənilməsini Cavabdeh1 MMC-dən və onun işçisi Cavabdeh2 subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Çünki, “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə Sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hadisənin araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi (kuryeri) olmuşdur. Həmçinin Cavabdeh1 MMC qeyd olunan faktı təsdiq etmişdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəyə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 17 may 2023-cü il tarixli 0670/23 nömrəli məktubla cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı 550 manat subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hazırkı vaxtadə cavabdehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbiin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “'Sığorta haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 xx.xx.2020-cu il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 550 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 xx.xx.2020-cu il tarixli PQA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 550 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3854/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3854/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver