Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3860/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Lev Tolstoy, Zərgərpalan, S.Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan və yaşayış kompleksinin 3 saylı blokunun 12-ci (axırıncı) mərtəbədə yerləşən 141 saylı, 3 otqlı, 145 m sahəsi olan mənzilin təmir işlərini aparılmağı və həmin mənzilə dair tam hüquqlarının həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdə iddiaçı (“Payçı“ adlandırılan, ünvan 1 ünvanında yaşayan İddiaçı) ilə cavabdeh (“Sifarişçi“ adlandırılan Cavabdeh Mənzil Tikinti Kooperativi) arasında bağlanılan müqavilənin 6 bəndinə əsasən, Payçı olaraq mən 3 saylı evdə, 8-ci mərtəbədə mənə düşən 4 (dörd) otaqlı, tam sahəsi 170,4 kv/metr olan, 27 saylı mənzilinsahəsinin hər kv/metri üçün 190 abş dolları olmaqla, cəmi 32.376,00 (otuziki min üç yüz yetmiş altı) abş dollarını Milli Bankın kursuna ekvivalent olaraq, manatla Sifarişçinin hesabına ödəməyi öz öhdəmə götürmüşdü. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş və möhürü ilə təsdiqlənmiş xx.xx.2004-cü il tarixli, 71 saylı Kassa mədaxil orderindən göründüyü kimi, mənzilin alqısatqısı barədə müqavilə bağlandığı vaxtdan iki həftə sonra o, İddiaçı mənzil almaq üçün 32.376 (otuz iki min üç yüz yetmiş altı) abş dollarını, yəni mənzilin tam (100%) dəyərini cavabdehə ödəmiş və bu məbləği cavabdehin kassasına mədaxil edilmişdi. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş və möhürü ilə təsdiqlənmiş xx.xx.2014-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, İddiaçı Cavabdeh MTK-dan aldığı,12-ci (axırıncı) mərtəbədə 141 saylı, 3 otqlı, 145 kv/metr sahəsi olan mənzilin haqqını tam (100%) ödəmişdir, heç bir borcu yoxdur. Göründüyü kimi, o mənzil-tikinti kooperativinin üzvü olaraq, pay haqqını tam ödəməklə mənzilə mülkiyyət hüququnu əldə etmişdir. Bununla əlaqədar mənzilin mülkiyyətçisi olaraq, mənzilə dair sərbəst surətdə sahiblik etmək və sərəncam vermək hüququ vardır. Hazırda 12-ci (axırıncı) mərtəbədə yerləşən 141 saylı, 3 otqlı, 145 kv/metr sahəsi olan mənzilin açarları ondadır və həmin mənzilə maneəsiz daxil ola bilir. Lakin, cavabdehin nümayəndəsi X1 ona, qanunsuz və əsasssız olaraq bildirir ki, bina rəhbərliyinin dəyişməsi və layihədə dəyişiliklərin olunması ilə əlaqədar sahib olduğu mənzildə təmir işlərini aparılmağına hələ ki, icazə verə bilmir və bunun üçün əlavə pul ödəməli, həmçinin, onun həmin mənzilə olan hüquqları məhkəmə qətnaməsi ilə də tanınmalıdır. Hesab edir ki, cavabdeh tərəfdən artıq bir dəfə satın olaraq və tam dəyərini (100%) ödənilməklə aldığı mənzilə görə yenidən ondan pul istəməsi qanunsuz və əsassızdır. Baxmayaraq ki, o 170,4 kv/metr sahəsi olan 4 (dörd) otaqlı mənzilin tam olaraq (100%) ödənişini etdiyi, yəni cavabdehlə bağlanılan müqavilə üzrə üzərimə düşən öhdəliyi tam yerinə yetirdiyi halda, cavabdeh üzərinə düşən öhdəliyi icra etmədən, ona faktiki olaraq, zərər vurmaqla, dəyəri daha az olan 12-ci (axırıncı) mərtəbədə yerləşən, 140 kv/metr sahəsi olan 3 (üç) otaqlı mənzilin açarları verilmişdir. Sözügedən binada təmirsiz mənzillərin 1 kv/metr-in dəyəri 2.900 (iki min doqquz) manat təşkil edir. Bununla da, cavabdehin ona vurduğu zərərin məbləği 88.160 (səksən səkkiz min yüz altmış) manat təşkil edir. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsin xx.xx.2022-ci il tarixli, 2(004)-5445/2022 nömrəli qətnaməsinin surətindən göründüyü kimi, cavabdehin tək onunla deyil, digər payçılarla da alqı-satqı məsələlərində problemləri əmələ kəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini və məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 iyun 2004-cü il tarixli müqaviləsindən görünür ki, podratçı Bakı şəhəri, M.Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçəsində yerləşən 252 saylı məhəllədə sifarişçi üçün 3 ədəd 14 mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməyi, sifarişçi isə tikilinin dəyərini və tikinti ilə bağlı podratçının çəkdiyi digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən xx.xx.2014-cü il tarixdə verilən arayışdan görünür ki, İddiaçı Cavabdeh MTK-dan aldığı 141 saylı 3 otaqlı, 145 kv.m sahəsi olan mənzilin haqqını tam ödəmişdir.Heç bir maddi və mənəvi borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 16 iyun 2014cü il tarixli müqaviləyə əsasən müəyyən edilmiş öhdəliklərin icrası üçün razılaşmışlar, lakin İddiaçı müqavilədə müəyyən edilmiş öhdəlikləri icra etməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Bakı şəhəri, Lev Tolstoy, Zərgərpalan, S.Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan və yaşayış kompleksinin 3 saylı blokunun 12-ci (axırıncı) mərtəbədə yerləşən 141 saylı, 3 otqlı, 145 m sahəsi olan mənzilin təmir işlərini aparılmağı və həmin mənzilə dair tam hüquqlarının həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Lev Tolstoy, Zərgərpalan, S.Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan və yaşayış kompleksinin 3 saylı blokunun 12-ci (axırıncı) mərtəbədə yerləşən 141 saylı, 3 otqlı, 145 m sahəsi olan mənzilin təmir işlərini aparılmağı və həmin mənzilə dair tam hüquqlarının həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3860/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3860/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver