Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3866/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92 a, mənzil 1042 (abonent kodu: **********042) ünvana dair sudan istifadəyə görə əsassız olaraq, hesablanmış 84 (səksən dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a ünvanında yerləşən 1042 nömrəli mənzil 2021-ci ilin avqust ayından onun mülkiyyətindədir. Su və kanalizasiya xidməti üzrə abonent kodum **********042-dir. Mənzil onun mülkiyyətinə keçdiyi vaxt kommunal xidmətlərdə, o cümlədən su və kanalizasiya xidmətlərində intizamlı olmuş, fakturalar üzrə yazılmış sərfiyyat borclarını tam və vaxtında ödəmişdir. Lakin cari ilin aprel ayında su və kanalizasiya xidməti üzrə faktura onu çox heyrətləndirdi. Belə ki, qeyd edilən mənzildə yaşadığı 3 ilə yaxın bir müddət ərzində su və kanalizasiya istifadəsi üzrə aylıq sərfiyyatları 11-14 manat civarında olduiğu halda faktura üzrə sərfiyyat 84 manat qeyd edilmişdir. Məsələ ilə əlaqədar Yasamal rayon Sukanal İdarəsinin onların ünvan üzrə nəzarətçisi ilə əlaqə saxlamağa çalışsalar da, nəticəsiz qalmışdır. xx.xx.2024-cü il tarixdə çap edilmiş faktura ilə daha öncəki aylar təqdim edilmiş bir neçə fakturanı müqayisə etdikdə aşkar etdi ki, öncəki fakturalardakı sayğac və plomb nömrələri fərqlidirlər. Təxmin etdi ki, sayğac dəyişdirilmişdir. May ayının 10-da nəzarətçi özü 077 *** ** ** kombinasiyalı mobil nömrə ilə onunla əlaqə saxladı və bu nömrənin whatsapp messencerindən xx.xx.2024-xx.xx.2024cü il dövrü üçün fakturanı göndərdi və aprel ayı üzrə təqdim edilmiş faktura üzrə 84 manatı ödəməyəcəyi təqdirdə suyun verilməsinin dayandırılacağını yazdı. Onun mobil nömrəsinə zəng etdi və 84 manatın hansı şəraitdə yarandığını soruşdu. Nəzarətçi öncə heç bir problemin olmadığını, normal şəraitdə olan sərfiyyat olduğunu bildirdi. Amma o bunun mümkün olmadığını, həmçinin öncəki aylar üzrə təqdim edilmiş fakturalarla xx.xx.2024-cü il tarixdə təqdim edilmiş fakturadakı sayğac və plomb nömrələrinin fərqli olduğunu bildirdikdə, nəzarətçi sayğacın dəyişdirildiyini etiraf etdi. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, onun binanın mənzillərinin, o cümlədən onun mənzilimin sayğacı pilləkən qəfəsində yerləşir. Bir məqamı da xüsusi qeyd etmək istərdi ki, xx.xx.2024-cü il tarixdə verilmiş faktura ilə xx.xx.2024-cü il tarixdə verilmiş fakturanı müqayisə etdikdə sayğac nömrələrinin eyni olmasına baxmayaraq, plomb nömrələrinin fərqli olduğu görünür. Bu da onun üçün anlaşılan deyil.. Yuxarıda göstərilən halları nəzərə alaraq, hesablanmış 84 manat borcu əsassız hesab edir. Artıq yuxarıda qeyd etdiyi kimi suölçən sayğac pilləkən qəfəsində yerləşdiyi üçün onun işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM cavabdehlik daşıyır. Suölçən sayğacın dəyişdirilməsinin işin mübahisəsiz halı olduğunu, dəyişdirilmənin dəqiq səbəbi mənə məlum olmasa da, onun dövlət yoxlamasından keçirilməsi və ya dəyişdirilməsi üçün məndən vəsait tələb edilməməsi, istehlakçı olaraq onun təqsirimin müəyyən edilmədiyini göstərir. Belə nəticəyə gəlinir ki, suölçən cihazın dəyişdirilməsi ona müdaxilə səbəbindən deyil, pozuntu aşkar edildiyinə görə həyata keçirilmişdir. Belə olan halda isə suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi Qaydaların 6.15.2-ci maddəsinə uyğun olaraq mənzili üzrə əvvəlki 12 (on iki) aylq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən müəyyənləşdirilməli və hesablaşma aparılmalı idi. Şərti olaraq, tərəfindən sayğaca müdaxilənin aşkar edildiyini nəzərə alsalar, onda sərf edilmiş suyun həcmi Qaydaların 4 nömrəli əlavəsinə, başqa sözlə 1 nəfərə düşən aylıq normaya uyğun hesablanmalı idi. 1 nəfərə düşən aylıq normanın 5 kubmetr, ailə tərkibimin isə 4 nəfər olduğunu nəzərə alsaq, aylıq sərfiyyat 20 kubmetr, 3 aylıq sərfiyyat isə 60 kubmetr olmalı idi. Hazırki halda isə nəzarətçinin hansı qaydada müəyyən etməsi ümumiyyətlə məlum deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qurbanova Vüsalə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, yanvarda iddiaçının sayğacı dəyişdirilmişdir. X4 ilə sayğacları dəyişiklik olub, rəqəmlərin oxunmasında səhvlik olubdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92 a, mənzil 1042 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 153, M9, m 6) İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı məxsus 478141 saylı, 488200 nömrəli plomb müvafiq olaraq, 23235031 saylı sayğac, E582186 nömrəli plombla dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixli abonent kartının (Abonent kodu: **********042) surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92 a, mənzil 1042 üçün su sərfiyyatına görə 3 aylıq dövr üçün 84 manat borc məbləği hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.15.2-ci maddəsinə əsasən Suölçən cihaza pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının əvvəlki 12 (on iki) aylq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları keçirilmiş məhkəmə iclaslarında tərəflərin vermiş olduqları izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92 a, mənzil 1042 iddiaçının mülkiyyətindədir. 2024-cü ilin yanvar ayında iddiaçıya məxsus mənzilin özünün iştiraki ilə sayğac və plombu dəyişdirilmişdir. Məhkəmə prosesində cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının qonşusu Leyla Rzayeva ilə sayğaclarında dəyişiklik olub, rəqəmlərin oxunmasında səhvlik olubdur. Nəticə etibarilə, iddiaçıya yanlış olaraq, 84 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının aylıq (12 aylıq istehlak dövrünə əsasən) istifadə etdiyi orta istehlak normasını əsas götürərək, 3 aylıq dövr üçün (4 nəfərlik ailə tərkibinin olmasını nəzərə alaraq) 50 manat əsassız hesablanmış borcun silinməsini məqsədə müvafiq hesab etmişdir. Odur ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 (abonent kodu: **********042) ünvana dair sudan istifadəyə görə əsassız olaraq hesablanmış 50 (əlli) manat borcun abonent İddiaçı hesabından silinməsi vəzifəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 həvalə edilməli; iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 (abonent kodu: **********042) ünvana dair sudan istifadəyə görə əsassız olaraq, hesablanmış 50 (əlli) manat borcun abonent İddiaçı hesabından silinməsi vəzifəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3866/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3866/2024
08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver