Məhkəmə qərarları › İş №e-2(004)-3870/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3870/2024

08.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3870/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsi ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilərək onun bazasında "Təzə Bazar” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması), "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15731,7 kv.m. torpaq sahəsinin əsas səhmdar Cavabdeh mülkiyyətinə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 004350 nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamənin etibarsız sayılmasına və əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında aparılmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 9 saylı notariat ofisinin 18 aprel 2024-cü il tarixli "Qanun üzrə vərəsəlik haqqında" şəhadətnaməsinə əsasən İddiaçı X6 hüquqi varisidir. X10 "Ticarət Mərkəzi-1” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 8 ədəd özəlləşmə çeki təqdim etmiş və nəticədə hər birinin dəyəri 10000 manat olan 67 ədəd səhm əldə etmişdir."Ticarət Mərkəzi-1” ASC öz fəaliyyətini "xxxx" kimi tanınan və cəmiyyətə məxsus olan daşınmaz əmlak kompleksində həyata keçirtmişdir. X10 adı çəkilən ASC-nin səhmdarı olmaqla yanaşı, həmçinin həmin cəmiyyətdə əmək fəaliyyəti ilə 2017-ci ildə pensiyaya çıxana qədər məşğul olmuşdur. İşdən çıxdıqdan sonra ASC-nin fəaliyyət göstərdiyi mülkiyyətçisi olduğu həmin daşınmaz əmlak kompleksinin qanunsuz şəkildə özgəninkiləşdirildiyini şifahi şəkildə öyrənmişdir. X10 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu ilə müraciət edilmişdir və xx.xx.2021-ci il tarixli, **********36 nömrəli cavab məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilərək onun bazasında "Təzə Bazar” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını, o cümlədən ləğvetmə prosesində həmin ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 15731,7 kv.m. torpaq sahəsinin əsas səhmdar X3 mülkiyyətinə verilməklə onun adına xx.xx.2005-ci il tarixli 004350 nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verildiyini öyrənmişdir. Belə ki, araşdırmalar nəticəsində məlum olmuşdur ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətininadına ünvan 1 ünvanında yerləşən 15731,7 kv.m. torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli 000091 nömrəli "Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən" şəhadətnamə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətininsəhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətiləğv edilmiş və onun bazasında "xxxx" MMC yaradılmışdır. X10 bu barədə məlumat alan kimi dərhal bütün dövlət qurmlarına şikayət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmişdir və Hacıyev Tofiq 2022-ci ilin dekabr ayının 12-də vəfat etdiyindən araşdırma başa çatmamışdır və qanunu pozanlar məsuliyyətdən kənarda qalmışdır. Bundan sonra İddiaçı vərəsə kimi tanındıqdan sonra yarımçıq qalan işi araşdırımaq və atasına vurulan zərəri tələb etmək qərarına gəlmişdir. Azərbaycan Respublkası ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin məktubundan məlum olur ki, X6 da səhmdarı olduğu "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 3 ünvandakıəmlaka dair alqı-satqı aparılmışdır; 1. Bakışəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 775 reyestr nömrəli alqı-satqı müqaviləsi. 2. Baki şəhəri 14 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 405 reyestr nömrəli alqı-satqı müqaviləsi. 3. Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 426 reyestr nömrəli alqı-satqı müqaviləsi. 4. 3 saylı Bakı“ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2017-ci il tarixdə 1094 reyestr nömrəli alqı-satqı müqaviləsi. 5. 1 sayli Bakı“ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2017-ci il tarixdə 715 reyestr nömrəli alqı-satqı müqaviləsi. 6. Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 463 reyestr nömrəli alqı-satqı müqaviləsi. 7. Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 958 reyestr nömrəli alqı-satqı müqaviləsi. 8. Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 959 reyestr nömrəli alqı-satqı müqaviləsi. 9. Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 960 reyestr nömrəli alqı-satqı müqaviləsi. 10. Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 961 reyestr nömrəli alqı-satqı müqaviləsi. 11. Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 962 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmaqla əmlaklar özgəninkiləşdirilmişdir. Qeyd olunan müqavilələr rəsmiləşdirilərkən səhmdar kimi X6 razılığı alınmamışdır. Bu da X6 qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. X1 Tofiq Ağaşərif oğlunun ona olan etibarından sui-istifadə edərək razılığı olmadan həmin əmlakları özəlləşdirmiş və başqa şəxslərə satmışdır. X1 Tofiq Ağaşərif oğluna vurduğu ziyanın milyonlarla manatdır. Göründüyü kimi Məmmədağa X2 ona olan etibarından sui-istifadə edərək X7 qarşı milyonlarla manat məbləğində dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il·tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadəvə ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Yuxarıda qeyd olunanları nəzərə alaraq X4 adlı şəxs dələduzluq yolu ilə aldatdığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işinin başlanılmasını və o, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanındığı halda Azərbaycan Respublikasi CPM-nin 155.1-ci maddəsində qeyd olunanları nəzərə alaraq onun barəsində prosessaul qanunvericilikdə nəzərdə tutulmuş müstəsna qətimkan tədbiri qismində həbsin seçilməsi zəruridir. Beləliklə Ticarət Mərkəzi-1” ASC səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixdə digər səhmdarlardan gizli keçirmişdir və qərar qərar qəbul etməklə Səhmdarların əmlakını mənimsəmişdir. Məhkəmə hesab edir ki, işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğundan baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarına əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) kommersiya məhkəmələri baxır. Beləliklə, məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırki mübahisə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə aid olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3870/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar