Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3932/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilməmiş kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilməmiş kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə ilə nəzərdə tutulmuş qaydada İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, həmin ərazidə inşa ediləcək çoxmənzilli binada iddiaçı üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MTK-nın iddiaçıya kirayə haqqı olaraq hər ay 350 manat ödəniş etmək öhdəliyi nəzərdə tutulsa da, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ödənilməli kirayə haqqı ödənilməmişdir. Göstərilənlər nəzərə alınmaqla, müvafiq dövr üçün ödənilməmiş 2450 (iki min dörd yüz əlli) manat kirayə haqqının ödənilməsi xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinin xx.xx.2021-ci il tarixli Əlavəsinin 1-ci bəndinə əsasən müəyyən edilir ki, mənzil təhvil verilənədək hər ay 350 (üç yüz əlli) manat kirayə pulu Cavabdeh MTK tərəfindən İddiaçı ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MTK-ya yazılı qaydada müraciət edərək müqavilə öhdəlikləri üzrə hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ödənilməli olan kirayə haqqının 3 gün ərzində ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsasını İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinin xx.xx.2021-ci il tarixli Əlavəsinin 1-ci bəndi təşkil edir. Tərəflər arasında hüquq münasibətinin hüquqi əsası müqavilə olmaqla öhdəlik münasibətləridir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbi üzrə sübutetmə(iddianın təkzib edilməsi) yükü Cavabdeh MTK-nın üzərindədir. Məhz Cavabdeh MTK prosessual baxımdan iddianın əsassız olmasını, müvafiq ödənişlərin isə cavabdeh tərəfindən həyata keçirilməsini sübut edə bilər. İddiaçının üzərinə tam şəkildə müqavilə öhdəlikləri üzrə Cavabdeh MTK tərəfindən ödənişin həyata keçirilməməsinin sübut edilməsi öhdəliyinin qoyulması əsaslı və ədalətli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 2 (iki) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, Cavabdeh MTK məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, iddianın əsassız olmasını və ya müvafiq ödənişlərin həyata keçirilməsini təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Araşdırma zamanı müəyyən edilir ki, Cavabdeh MTK İddiaçı qarşısında müqavilə öhdəliklərinə əməl etməmişdir. Öhdəlikdən yayınmanın həcmi 7 (yeddi) ay olmaqla hər ay üçün 350 (üç yüz əlli) manat ödəniş məbləği toplamda 2450 (iki min dörd yüz əlli) manat edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-dan ödənilməmiş 2450 (iki min dörd yüz əlli) manat kirayə haqqı və dövlət rüsumu qismində ödənilmiş 45 (qırx beş) manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilməmiş kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MTK-dan ödənilməmiş 2450 (iki min dörd yüz əlli) manat kirayə haqqı və dövlət rüsumu qismində ödənilmiş 45 (qırx beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3932/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3932/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver