Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3954/2022 29.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə İMEİ Kodu **********90101 olan Samsung Galaxy A40 markalı telefon üçün 227.4 (iki yüz iyirmi yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 22.6 (iyirmi iki manat altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, paltaryuyan Bosch, soyuducu Hoffman üçün 2754.81 (iki min yeddi yüz əlli dörd manat səksən bir qəpik) manat ödənilməmiş hissə, 275.19 (iki yüz yetmiş beş manat on doqquz qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, paltaryuyan Hoffman üçün 329.1 (üç yüz iyirmi doqquz manat 10 qəpik) manat ödənilməmiş hissə, 32.9 (otuz iki manat doxsan qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********22695 olan Samsung Galaxy A30 markalı telefon üçün 135.16 (yüz otuz beş manat on altı qəpik) manat ödənilməmiş hissə, 13.84 (on üç manat səksən dörd qəpik) manat cərimə, ümumilikdə, 3791 manat borc, 57.91 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********90101 olan Samsung Galaxy A40 markalı telefon, paltaryuyan Bosch, soyuducu Hoffman, paltaryuyan Hoffman, İMEİ Kodu **********22695 olan Samsung Galaxy A30 markalı telefon almışdır. Cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 3791 (üç min yeddi yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 277.5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manat (9 ay x 27.75 manat + 27.75 manat ilkin ödəniş) olan İMEİ Kodu **********90101 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 250 (iki yüz əlli) manat olmaqla ondan, 227.4 (iki yüz iyirmi yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.6 (iyirmi iki manat altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2856.84 (iki min səkkiz yüz əlli altı manat səksən dörd qəpik) manat (27 ay x 102.03 manat + 102.03 manat ilkin ödəniş) olan paltaryuyan Bosch, soyuducu Hoffman üçün ümumilikdə, 3030 (üç min otuz) manat olmaqla ondan, 2754.81 (iki min yeddi yüz əlli dörd manat səksən bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 275.19 (iki yüz yetmiş beş manat on doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 371.52 (üç yüz yetmiş bir manat əlli iki qəpik) manat (15 ay x 23.22 manat + 23.22 manat ilkin ödəniş) paltaryuyan Hoffman üçün ümumilikdə, 362 (üç yüz altmış iki) manat olmaqla ondan, 329.1 (üç yüz iyirmi doqquz manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.9 (otuz iki manat doxsan qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 193.86 (yüz doxsan üç manat səksən altı qəpik) manat (5 ay x 32.31 manat + 32.31 manat ilkin ödəniş) İMEİ Kodu **********22695 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 149 (yüz qırx doqquz) manat olmaqla ondan, 135.16 (yüz otuz beş manat on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.84 (on üç manat səksən dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 253.25 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 277.5 manat təşkil edən Samsung Galaxy A40 markalı telefonun, xx.xx.2020-cİ il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 2856.84 manat təşkil edən paltaryuyan Bosch, soyuducu Hoffman, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 371.52 manat təşkil edən paltaryuyan Hoffman, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə ümumilikdə dəyəri 193.86 manat təşkil edən Samsung Galaxy A30 markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20021433 nömrəli, xx.xx.2020-ci il tarixli 20360378 nömrəli, xx.xx.2019-cu il tarixli 00964902 nömrəli və xx.xx.2019-cu il tarixli 00865022 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2020-ci il tarixli, 20021433 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 22.6 manat, xx.xx.2020-ci il tarixli, 20360378 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 275.19 manat, xx.xx.2019-cu il tarixli 00964902 saylı müqavilə üzrə 32.9 manat, xx.xx.2019-cu il tarixli 00865022 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 13.84 manat təşkil edir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20021433 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A40 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20360378 nömrəli alqı-satqı müqaviləsi üzrə paltaryuyan Bosch, soyuducu Hoffman tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00964902 nömrəli alqı-satqı müqaviləsi üzrə paltaryuyan Hoffman tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00865022 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A30 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 57.91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2020-ci il tarixli, 20021433 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehə 227.4 manat əsas borc, 22.6 manat cərimə borcu, cəmi 250 manat; xx.xx.2020-ci il tarixli, 20360378 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehə 2754.81 manat əsas borc, 275.19 manat cərimə borcu, cəmi 3030 manat; xx.xx.2019-cu il tarixli, 00964902 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci tarixli müqavilə üzrə cavabdehə 329.1 manat əsas borc, 32.9 manat cərimə borcu, cəmi 362 manat və xx.xx.2019-cu il tarixli 00865022 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehə 135.16 manat əsas borc, 13.84 manat cərimə borcu, cəmi 149 manat olmaqla, ümumilikdə 3791 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixli, 20021433 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22.6 manat; xx.xx.2019-cu il tarixli, 00964902 nömrəli müqaviləyə 01 saylı əlavə sayılan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 32.9 manat, xx.xx.2019-cu il tarixli, 00865022 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 13.84 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Bununla yanaşı, məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20360378 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 275.19 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20021433 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 227.4 manat, cərimə borcu üzrə 22.6 manat; xx.xx.2020-ci il tarixli, 20360378 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 2754.81 manat, cərimə borcu üzrə 100 manat; xx.xx.2019-cu il tarixli, 00964902 nömrəli müqaviləyə 01 saylı əlavə sayılan xx.xx.2021-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 329.1 manat, cərimə borcu üzrə 32.9 manat və xx.xx.2019-cu il tarixli, 00865022 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 135.16 manat, cərimə borcu üzrə 13.84 manat olmaqla ümumilikdə hər dörd müqavilə üzrə 3791 manat borc və dövlət rüsumu kimi ödənilmiş 57.91 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 20021433 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 227.4 (iki yüz iyirmi yeddi manat qırx qəpik) manat, cərimə borcu üzrə 22.6 (iyirmi iki manat altmış qəpik) manat; xx.xx.2020-ci il tarixli, 20360378 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2754.81 (iki min yeddi yüz əlli dörd manat səksən bir qəpik) manat, cərimə borcu üzrə 100 (bir yüz) manat; xx.xx.2019-cu il tarixli, 00964902 nömrəli müqaviləyə 01 saylı əlavə sayılan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 329.1 (üç yüz iyirmi doqquz manat on qəpik) manat, cərimə borcu üzrə 32.9 (otuz iki manat doxsan qəpik) manat və xx.xx.2019-cu il tarixli, 00865022 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 135.16 (bir yüz otuz beş manat on altı qəpik) manat, cərimə borcu üzrə 13.84 (on üç manat səksən dörd qəpik) manat olmaqla, ümumilikdə 3615.81 (üç min altı yüz on beş manat səksən bir qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57.91 (əlli yeddi manat doxsan bir qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3954/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3954/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver