Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3957/2022 29.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X1 Pozulmasına görə Tutulan Məbləğ, PİZA FS-11 mebel üçün 235 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, PİZA FS-11 mebel üçün 84,3 manat ödənilməmiş hissə, 8,7 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.20212-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********59076 olan İphone XR markalı telefon üçün 1853,5 manat ödənilməmiş hissə, 185,5 manat cərimə olmaqla, ümumilikdə 2367 manat borc və 43,67 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00287460 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı PİZA FS-11 mebelini cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh 24 ay müddətinə, hər ay 33 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 792 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2018-ci il tarixli 00287460 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən müəyyən olunur ki, cavabdeh 5 ay müddətinə, hər ay 16,86 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 101,16 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00969458 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ kodu **********59076 olan İphone XR markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh 18 ay müddətinə, hər ay 144 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 2594 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2019-cu il tarixli 00969458 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən müəyyən olunur ki, cavabdeh 23 ay müddətinə, hər ay 80,61 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 1934,73 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 23029630№ li Razılaşmaya əsasən müəyyən olunur ki, X1 pozulmasına görə məbləğ 281 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli X1 Pozulmasına görə Tutulan Məbləğ üzrə 235 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 84,3 manat ödənilməmiş hissə, 8,7 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 1853,5 manat ödənilməmiş hissə, 185,5 manat cərimə olmaqla, ümumilikdə 2367 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X1 Pozulmasına görə Tutulan Məbləğ, PİZA FS-11 mebel üçün 235 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, PİZA FS-11 mebel üçün 84,3 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********59076 olan İphone XR markalı telefon üçün 1853,5 manat ödənilməmiş hissə, 9,3 manat cərimə olmaqla, ümumilikdə 2183,1 manat borc və 43,67 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə üzrə 8,7 manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə üzrə 185,5 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə üzrə 1 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə üzrə isə 9,3 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X1 Pozulmasına görə Tutulan Məbləğ, PİZA FS-11 mebel üçün 235 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, PİZA FS-11 mebel üçün 84,3 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********59076 olan İphone XR markalı telefon üçün 1853,5 manat ödənilməmiş hissə, 9,3 manat cərimə olmaqla, ümumilikdə 2183,1 manat borc və 43,67 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3957/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3957/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver