Məhkəmə qərarları › İş №e-2(004)-3964/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3964/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3964/2022 29.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********31211 olan İPhone 8 markalı telefon üçün 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Smart Segway üçün 172 (yüz yetmiş iki) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Monitor üçün 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********87933 olan İPhone Xs markalı telefon üçün 97 (doxsan yeddi) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, ümumilikdə 1549 manat borc, 35.49 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********31211 olan İPhone 8 markalı telefon, Smart Segway, Samsung Monitor, İMEİ Kodu **********87933 olan İPhone Xs markalı telefon almış və nəticədə 1549 (min beş yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1572 (min beş yüz yetmiş iki) manat (12 ay x 131 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********31211 olan İPhone 8 markalı telefon üçün ümumilikdə, 1089 (min səksən doqquz)) manat olmaqla ondan, 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99 (doxsan doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 (dörd yüz qırx dörd) manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan Smart Segway üçün ümumilikdə, 189 (yüz səksən doqquz) manat olmaqla ondan, 172 (yüz yetmiş iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 (on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) Samsung Monitor üçün ümumilikdə, 165 (yüz altmış beş) manat olmaqla ondan, 150 (yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 (on beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2532 (iki min beş yüz otuz iki) manat (12 ay x 211 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********87933 olan İPhone Xs markalı telefon üçün ümumilikdə, 106 (yüz altı) manat olmaqla ondan, 97 (doxsan yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3499 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 1572 manat təşkil edən İphone 8 markalı telefonun, xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 444 manat təşkil edən Smart Segway, xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 360 manat təşkil edən Samsung Monitor, xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 2532 manat təşkil edən İphone Xs markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00891904 nömrəli, xx.xx.2019-cu il tarixli 00849645 nömrəli, xx.xx.2019-cu il tarixli 00724212 nömrəli və xx.xx.2019-cu il tarixli 00874211 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2019-cu il tarixli, 00891904 saylı müqavilə üzrə 99 manat, xx.xx.2019-cu il tarixli, 00849645 saylı müqavilə üzrə 17 manat, xx.xx.2019-cu il tarixli 00724212 saylı müqavilə üzrə 15 manat, xx.xx.2019-cu il tarixli 00874211 saylı müqavilə üzrə 9 manat təşkil edir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00891904 nömrəli alqı-satqı müqaviləsi üzrə İPhone 8 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00849645 nömrəli alqı-satqı müqaviləsi üzrə Smart Segway tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00724212 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Monitor tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00874211 nömrəli alqı-satqı müqaviləsi üzrə İphone Xs tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35.49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2019-cu il tarixli, 00891904 nömrəli müqavilə üzrə cavabdehə 990 manat əsas borc, 99 manat cərimə borcu, cəmi 1089 manat; xx.xx.2019-cu il tarixli, 00849645 nömrəli müqavilə üzrə cavabdehə 172 manat əsas borc, 17 manat cərimə borcu, cəmi 189 manat; xx.xx.2019-cu il tarixli, 00724212 nömrəli müqavilə üzrə cavabdehə 150 manat əsas borc, 15 manat cərimə borcu, cəmi 165 manat və xx.xx.2019-cu il tarixli 00874211 nömrəli müqavilə üzrə cavabdehə 97 manat əsas borc, 9 manat cərimə borcu, cəmi 106 manat olmaqla, ümumilikdə 1549 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixli, 00891904 nömrəli müqavilə üzrə 99 manat, xx.xx.2019-cu il tarixli, 00849645 nömrəli müqavilə üzrə 17 manat, xx.xx.2019-cu il tarixli, 00724212 nömrəli müqavilə üzrə 15 manat, xx.xx.2019-cu il tarixli, 00874211 nömrəli müqavilə üzrə 9 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00891904 nömrəli müqavilə əsasında əsas borc üzrə 990 manat, cərimə borcu üzrə 99 manat; xx.xx.2019-cu il tarixli, 00849645 nömrəli müqavilə əsasında əsas borc üzrə 172 manat, cərimə borcu üzrə 17 manat; xx.xx.2019-cu il l tarixli, 00724212 nömrəli müqavilə əsasında əsas borc üzrə 150 manat, cərimə borcu üzrə 15 manat və xx.xx.2019-cu il tarixli 00874211 nömrəli müqavilə əsasında əsas borc üzrə 97 manat, cərimə borcu üzrə 9 manat olmaqla ümumilikdə hər dörd müqavilə üzrə 1549 manat borc və dövlət rüsumu kimi ödənilmiş 35.49 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00891904 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 990 (doqquz yüz doxsan) manat, cərimə borcu üzrə 99 (doxsan doqquz) manat; xx.xx.2019-cu il tarixli 00849645 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 172 (bir yüz yetmiş iki) manat, cərimə borcu üzrə 17 (on yeddi) manat; xx.xx.2019-cu il tarixli 00724212 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 150 (bir yüz əlli) manat, cərimə borcu üzrə 15 (on beş) manat və xx.xx.2019-cu il tarixli 00874211 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 97 (doxsan yeddi) manat, cərimə borcu üzrə 9 (doqquz) manat olmaqla, ümumilikdə 1549 (bir min beş yüz qırx doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35.49 (otuz beş manat qırx doqquz qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar