Məhkəmə qərarları › İş №e-2(004)-3977/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3977/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3977/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdəki müqavilələrinə əsasən, hımo electroscooter, İmei kod **********80642 Samsung Galaxy A04E markalı telefon, vinil şəffaf, vinil mat, car holder ıntaleo , İmeı kod **********04611 Huaweı Nova Y61 markalı telefon , İmeı Kod **********48436 Huaweı P Smart markalı telefon, İmei Kod **********02972 Oppo A38 markalı telefon almış və ümumilikdə 1379 (bir min üç yüz yetmiş doqquz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1069,92 (bir min altmış doqquz manat doxsan iki qəpik) manat (18 ay x 59.44 manat + 0 manat ilkin ödəniş) olan Hımo electroscooter üçün ümumilikdə 54 (əlli dörd) manat olmaqla ondan, 49,44 (qırx doqquz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 4,56 (dörd manat əlli altı qəp) manat cərimə borcu, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 475,02 (dörd yüz yetmiş beş manat iki qəpik) manat (18 ay x 26.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********80642 Samsung Galaxy A04E markalı telefon, vinil şəffaf, vinil mat, car holder ıntaleo üçün ümumilikdə 283 (iki yüz səksən üç) manat olmaqla ondan 257,09 (iki yüz əlli yeddi manat doqquz qəpik) manat ödənilməmiş hissə, 25,91 (iyirmi beş manat doxsan bir qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 237,96 (iki yüz otuz yeddi manat doxsan altı qəpik) manat (18 ay x 13.22 manat + 0 manat ilkin ödəniş) olan İmeı kod **********04611 Huaweı nova Y61 markalı telefon üçün ümumilikdə 174 (yüz yetmiş dörd) manat olmaqla ondan 158,64 (yüz əlli səkkiz manat altmış dörd qəp) manat ödənilməmiş hissə, 15,36 (on beş manat otuz altı qəpik) manat cərimə borcu,xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 216 (iki yüz on altı) manat (12 ay x 18 manat + 0 manat ilkin ödəniş) olan İmeı kod **********48436 Huaweı P smart markalı telefon üçün ümumilkdə 118 (yüz on səkkiz) manat olmaqla ondan 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 731,88 (yeddi yüz otuz bir manat səksən səkkiz qəpik) manat (18 ay x 40.66 manat + 0 manat ilkin ödəniş) olan, İmei kod **********02972 OPPO A38 markalı telefon üçün ümumilkdə 750 (yeddi yüz əlli) manat olmaqla ondan 681,22 (altı yüz səksən bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 68,78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1476,39 (min dörd yüz yetmiş altı manat otuz doqquz qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli 03782210 nömrəli müqaviləyə əsasən Hımo Electroscooter üçün 49,44 (qırx doqquz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 4,56 (dörd manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 54 (əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 03214093 nömrəli müqaviləyə əsasən vinil şəffaf, vinil mat, car holder ıntaleo və İmei kod **********80642 Samsung Galaxy A04E markalı telefon üçün 257,09 (iki yüz əlli yeddi manat doqquz qəpik) manat ödənilməmiş hissə, 25,91 (iyirmi beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 283 (iki yüz səksən üç) manat, xx.xx.2023-cü il tarixli 03924950 nömrəli müqaviləyə əsasən, İmeı kod **********04611, Huaweı Nova Y61 markalı telefon üçün 158,64 (yüz əlli səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 15,36 (on beş manat otuz altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174 (yüz yetmiş dörd) manat, xx.xx.2023-cü il tarixli 13864256 nömrəli müqaviləyə əsasən, İmeı Kod **********48436 Huaweı P Smart markalı telefon üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə 118 (yüz on səkkiz) manat, xx.xx.2023-cü il tarixli 03784682 nömrəli müqaviləyə əsasən, İmei Kod **********02972, Oppo A38 markalı telefon üçün 681,22 (altı yüz səksən bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 68,78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat, yekun olaraq 1379 (min üç yüz yetmiş doqquz) manat pul və ödənilmiş 33,79 (otuz üç manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 03782210 nömrəli müqavilədən görünür ki, Hımo Electroscooteri İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 03214093 nömrəli müqavilədən görünür ki, vinil şəffaf, vinil mat, car holder ıntaleo və İmei kod **********80642 Samsung Galaxy A04E markalı telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 03924950 nömrəli müqavilədən görünür ki, İmeı kod **********04611, Huaweı Nova Y61 markalı telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 13864256 nömrəli müqavilədən görünür ki, İmeı Kod **********48436 Huaweı P Smart markalı telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 4-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 03784682 nömrəli müqavilədən görünür ki, İmei Kod **********02972, Oppo A38 markalı telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 5-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli 03782210 nömrəli müqavilə üzrə 49,44 (qırx doqquz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 4,56 (dörd manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 54 (əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 03214093 nömrəli müqavilə üzrə 257,09 (iki yüz əlli yeddi manat doqquz qəpik) manat ödənilməmiş hissə, 25,91 (iyirmi beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 283 (iki yüz səksən üç) manat, xx.xx.2023-cü il tarixli 03924950 nömrəli müqavilə üzrə 158,64 (yüz əlli səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 15,36 (on beş manat otuz altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174 (yüz yetmiş dörd) manat, xx.xx.2023-cü il tarixli 13864256 nömrəli müqavilə üzrə 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə 118 (yüz on səkkiz) manat, xx.xx.2023-cü il tarixli 03784682 nömrəli müqavilə üzrə 681,22 (altı yüz səksən bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 68,78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat,yekun olaraq 1379 (min üç yüz yetmiş doqquz) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli 03782210 nömrəli müqaviləyə əsasən Hımo Electroscooter üçün 49,44 (qırx doqquz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 4,56 (dörd manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 54 (əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 03214093 nömrəli müqaviləyə əsasən vinil şəffaf, vinil mat, car holder ıntaleo və İmei kod **********80642 Samsung Galaxy A04E markalı telefon üçün 257,09 (iki yüz əlli yeddi manat doqquz qəpik) manat ödənilməmiş hissə, 25,91 (iyirmi beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 283 (iki yüz səksən üç) manat, xx.xx.2023-cü il tarixli 03924950 nömrəli müqaviləyə əsasən, İmeı kod **********04611, Huaweı Nova Y61 markalı telefon üçün 158,64 (yüz əlli səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 15,36 (on beş manat otuz altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174 (yüz yetmiş dörd) manat, xx.xx.2023-cü il tarixli 13864256 nömrəli müqaviləyə əsasən, İmeı Kod **********48436 Huaweı P Smart markalı telefon üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə 118 (yüz on səkkiz) manat, xx.xx.2023-cü il tarixli 03784682 nömrəli müqaviləyə əsasən, İmei Kod **********02972, Oppo A38 markalı telefon üçün 681,22 (altı yüz səksən bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 68,78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat, yekun olaraq 1379 (min üç yüz yetmiş doqquz) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli 03782210 nömrəli, xx.xx.2023-cü il tarixli 03214093 nömrəli , xx.xx.2023-cü il tarixli 03924950 nömrəli, xx.xx.2023-cü il tarixli 13864256 nömrəli, xx.xx.2023-cü il tarixli 03784682 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 33,79 (otuz üç manat yetmiş doqquz qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 03782210 nömrəli müqaviləyə əsasən Hımo Electroscooter üçün 49,44 (qırx doqquz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 4,56 (dörd manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 54 (əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 03214093 nömrəli müqaviləyə əsasən vinil şəffaf, vinil mat, car holder ıntaleo və İmei kod **********80642 Samsung Galaxy A04E markalı telefon üçün 257,09 (iki yüz əlli yeddi manat doqquz qəpik) manat ödənilməmiş hissə, 25,91 (iyirmi beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 283 (iki yüz səksən üç) manat, xx.xx.2023-cü il tarixli 03924950 nömrəli müqaviləyə əsasən, İmeı kod **********04611, Huaweı Nova Y61 markalı telefon üçün 158,64 (yüz əlli səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 15,36 (on beş manat otuz altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174 (yüz yetmiş dörd) manat, xx.xx.2023-cü il tarixli 13864256 nömrəli müqaviləyə əsasən, İmeı Kod **********48436 Huaweı P Smart markalı telefon üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə 118 (yüz on səkkiz) manat, xx.xx.2023-cü il tarixli 03784682 nömrəli müqaviləyə əsasən, İmei Kod **********02972, Oppo A38 markalı telefon üçün 681,22 (altı yüz səksən bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 68,78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat, yekun olaraq 1379 (min üç yüz yetmiş doqquz) manat pul və 33,79 (otuz üç manat yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03782210 nömrəli müqaviləyə əsasən Hımo Electroscooter üçün 49,44 (qırx doqquz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 4,56 (dörd manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 54 (əlli dörd) manat, xx.xx.2023-cü il tarixli 03214093 nömrəli müqaviləyə əsasən vinil şəffaf, vinil mat, car holder ıntaleo və İmei kod **********80642 Samsung Galaxy A04E markalı telefon üçün 257,09 (iki yüz əlli yeddi manat doqquz qəpik) manat ödənilməmiş hissə, 25,91 (iyirmi beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 283 (iki yüz səksən üç) manat, xx.xx.2023-cü il tarixli 03924950 nömrəli müqaviləyə əsasən, İmeı kod **********04611, Huaweı Nova Y61 markalı telefon üçün 158,64 (yüz əlli səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 15,36 (on beş manat otuz altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174 (yüz yetmiş dörd) manat, xx.xx.2023-cü il tarixli 13864256 nömrəli müqaviləyə əsasən, İmeı Kod **********48436 Huaweı P Smart markalı telefon üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə 118 (yüz on səkkiz) manat, xx.xx.2023-cü il tarixli 03784682 nömrəli müqaviləyə əsasən, İmei Kod **********02972, Oppo A38 markalı telefon üçün 681,22 (altı yüz səksən bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 68,78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat, yekun olaraq 1379 (min üç yüz yetmiş doqquz) manat pul və ödənilmiş 33,79 (otuz üç manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar