Məhkəmə qərarları › İş №e-2(004)-4045/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4045/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4045/2022 02.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********63048 olan Samsung Galaxy A21s markalı telefon üçün 567 (beş yüz altmış yeddi) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED Tv üçün 1277.3 (min iki yüz yetmiş yeddi manat otuz qəpik) manat ödənilməmiş hissə, 127.7 (yüz iyirmi yeddi manat yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sony HT-RT40 üçün 577.5 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 57.5 (əlli yeddi manat əlli qəpik) manat cərimə olmaqla ümumilikdə 2663 manat borc, 46.63 manat dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********63048 olan Samsung Galaxy A21s, Samsung LED Tv və Sony HT-RT40 almış və nəticədə 2663 (iki min altı yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 671.4 (altı yüz yetmiş bir manat qırx qəpik) manat (18 ay x 37.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********63048 olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 623 (altı yüz iyirmi üç) manat olmaqla ondan, 567 (beş yüz altmış yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56 (əlli altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1819.8 (min səkkiz yüz on doqquz manat səksən qəpik) manat (24 ay x 70.2 manat + 135 manat ilkin ödəniş) Samsung LED Tv üçün ümumilikdə, 1405 (min dörd yüz beş) manat olmaqla ondan, 1277.3 (min iki yüz yetmiş yeddi manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 127.7 (yüz iyirmi yeddi manat yetmiş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 736.2 (yeddi yüz otuz altı manat iyirmi qəpik) manat (18 ay x 40.9 manat + 0 manat ilkin ödəniş) Sony HT-RT40 üçün ümumilikdə, 635 (altı yüz otuz beş) manat olmaqla ondan, 577.5 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.5 (əlli yeddi manat əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 805.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 671.4 manat təşkil edən İMEİ kodu **********63048 olan Samsung Galaxy A21s markalı telefon, xx.xx.2020-ci il tarixdə ümumilikdə dəyəri 1819.8 manat təşkil Samsung LED Tv, xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 736.2 manat təşkil edən Sony HT-RT40 alqısatqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22313244 nömrəli, xx.xx.2020-ci il tarixli 22091291 nömrəli, xx.xx.2021-ci il tarixli 22259198 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2021-ci il tarixli, 22313244 saylı müqavilə üzrə 56 manat, xx.xx.2020-ci il tarixli, 22091291 saylı müqavilə üzrə 127.7 manat, xx.xx.2021-ci il tarixli 22259198 saylı müqavilə üzrə 57.5 manat təşkil edir. xx.xx.2021-cu il tarixli təhvil-təslim aktına əsasən 22313244 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********63048 olan Samsung Galaxy A21s markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22091291 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung LED Tv tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 22259198 nömrəli alqı-satqı müqaviləsi üzrə Sony HT-RT40 tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2021-ci il tarixli, 22313244 nömrəli müqavilə üzrə cavabdehə 567 manat əsas borc, 56 manat cərimə borcu, cəmi 623 manat; xx.xx.2020-ci il tarixli 22091291 nömrəli müqavilə üzrə cavabdehə 1277.3 manat əsas borc, 127.7 manat cərimə borcu, cəmi 1405 manat; xx.xx.2021-ci il tarixli 22259198 nömrəli müqavilə üzrə cavabdehə 577.5 manat əsas borc, 57.5 manat cərimə borcu, cəmi 635 manat olmaqla, ümumilikdə 2663 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli, 22313244 nömrəli müqavilə üzrə 56 manat, xx.xx.2020-ci il tarixli 22091291 nömrəli müqavilə üzrə 127.7 manat, və xx.xx.2021-ci il tarixli 22259198 nömrəli müqavilə üzrə 57.5 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 22313244 nömrəli müqavilə əsasında əsas borc üzrə 567 manat, cərimə borcu üzrə 56 manat; xx.xx.2020-ci il tarixli 22091291 nömrəli müqavilə əsasında əsas borc üzrə 1277.3 manat, cərimə borcu üzrə 127.7 manat; xx.xx.2020-ci il tarixli 22091291 nömrəli müqavilə əsasında əsas borc üzrə 577.5 manat, cərimə borcu üzrə 57.5 manat, ümumilikdə hər üç müqavilə üzrə 2663 manat borc və dövlət rüsumu kimi ödənilmiş 46.63 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 22313244 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 567 (beş yüz altmış yeddi) manat, cərimə borcu üzrə 56 (əlli altı) manat; xx.xx.2020ci il tarixli 22091291 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1277.3 (bir min iki yüz yetmiş yeddi manat otuz qəpik) manat, cərimə borcu üzrə 127.7 (bir yüz iyirmi yeddi manat yetmiş qəpik) manat; xx.xx.2021-ci il tarixli 22259198 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 577.5 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat, cərimə borcu üzrə 57.5 (əlli yeddi manat əlli qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2663 (iki min altı yüz altmış üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46.63 (qırx altı manat altmış üç qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar