Məhkəmə qərarları › İş №e-2(004)-4049/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4049/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4049/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı mobil telefona görə 378,40 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən “Zimmer” markalı televizora 299,90 manat ödəməyi sonuncu öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 39,60 manat ödəniş etmiş və qalıq əsas 90,4 (doxsan manat qırx qəpik) manat, cərimə 13,5 (on üç manat əlli qəpik) manat, xx.xx.2022ci il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 33 manat ödəniş etmiş və qalıq əsas 95,9 (doxsan beş manat doxsan qəpik) manat, cərimə 14,3 (on dörd manat otuz qəpik) manat miqdarında borcu yaranmışdır. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 90,4 (doxsan manat qırx qəpik) manat əsas, 13,5 (on üç manat əlli qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 95,9 (doxsan beş manat doxsan qəpik) manat əsas, 14,3 (on dörd manat otuz qəpik) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı “Samsung” markalı mobil telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 12 ay müddətinə, hər ay 32 manat ödəməyi, xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı “Zimmer” markalı televizoru Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 18 ay müddətinə, hər ay 17 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 20 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 90,4 (doxsan manat qırx qəpik) manat əsas, 13,5 (on üç manat əlli qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 95,9 (doxsan beş manat doxsan qəpik) manat əsas, 14,3 (on dörd manat otuz qəpik) manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı mobil telefona görə 378,40 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən “Zimmer” markalı televizora 299,90 manat ödəməyi sonuncu öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq müqavilə öhdəliklərinə əməl olunmamış, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 39,60 manat ödəniş etmiş və qalıq əsas 90,4 (doxsan manat qırx qəpik) manat, cərimə 13,5 (on üç manat əlli qəpik) manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 33 manat ödəniş etmiş və qalıq əsas 95,9 (doxsan beş manat doxsan qəpik) manat, cərimə 14,3 (on dörd manat otuz qəpik) manat miqdarında borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə cərimə pulunu 13,5 manat məbləğində deyil, 7 (yeddi) manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə cərimə pulunu 14,3 manat məbləğində deyil, 8 (səkkiz) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğlərdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 90,4 (doxsan manat qırx qəpik) manat əsas, 7 (yeddi) manat cərimə olmaqla ümumilikdə 97,4 (doxsan yeddi manat qırx qəpik) manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 95,9 (doxsan beş manat doxsan qəpik) manat əsas, 8 (səkkiz) manat cərimə olmaqla ümumilikdə 103,9 (yüz üç manat doxsan qəpik) manat miqdarında pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 90,4 (doxsan manat qırx qəpik) manat əsas, 7 (yeddi) manat cərimə olmaqla ümumilikdə 97,4 (doxsan yeddi manat qırx qəpik) manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 95,9 (doxsan beş manat doxsan qəpik) manat əsas, 8 (səkkiz) manat cərimə olmaqla ümumilikdə 103,9 (yüz üç manat doxsan qəpik) manat miqdarında pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar