Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4061/2025 20.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakda paya kompensasiya ödənilməklə xitam verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “ əmlakda paya kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 83, mənzil 4-dən Cavabdeh ¼ hissə payına kompensasiya verməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 saylı yaşayış evinin 4 saylı mənzili atası Qasımov Hüseyn Paşa oğluna məxsus olmuş, 1996-cı il tarixində DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Atası Qasımov Hüseyn Paşa oğlu xx.xx.2013-cü il tarixində, anam X8 isə xx.xx.2004-cü il tarixində vəfat etmişlər. Valideynlərinin vəfatından sonra vərəsəlik açılmışdır. ¼ hissədə ona, ¼ hissədə Qasımova Dilarə Hüseyn qızına, ¼ hissədə X3 və ¼ hissədə isə Cavabdeh miras pay ayrılmışdır. X9 Hüseyn qızı və qardaşım Qasımov Həsrət Hüseyn oğlu hər biri öz paylarını ona bağışlamış və onun payı ¾ hissə olmuşdur. Qardaşı- Cavabdeh Hüseyn oğlu mütəmadi olaraq onlara hücum etdiyi, döyüb tərbiyəsiz küçə söyüşləri ilə təhqir etdiyi, suyu, qazı kəsdiyi və yaşamağa imkan vermədiyi üçün o, məcburiyyət qarşısında qalaraq Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 83, mənzil 4-dən paylarımıza düşən hissələrin, yəni ¾ hissədə mənim və ¼ hissədə isə Cavabdeh payına düşən hissənin naturada bölünməsini Bakı şəhəri, Yasamal rayon məhkəməsinə iddia ərizəsilə müraciət edərək tələb etmişdir. Cavabdeh Hüseyn oğluna qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiam üzrə mülki iş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cüil tarixli 2(004)-41/2023 saylı qətnaməsilə qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 saylı ünvanda yerləşən 4 saylı yaşayış evinin onun mülkiyyətində olan ¾ hissədən ibarət payının (ekspert rəyinə uyğun olaraq) naturada ayrılması, iş üzrə məhkəmə məsrəfi olan 300 manat ekspertiza xərcinin 150 manatının ondan, 150 manatının da Cavabdeh Hüseyn oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qətnaməsindən Cavabdeh Hüseyn oğlu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-197/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsilə Cavabdeh Hüseyn oğlunun apellyasiya şikayəti təmin edilmiş, 1-ci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və s. qət edilmişdir. O, Bakı Apellyasiya məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-4039/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-197/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yuxarıda qeyd etdiyi kimi əmlakın naturada bölünməsinin mümkün olmaması barədə ekspert rəyi vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə izahatlarında iddia tələbini qəbul etməyərək bildirmişlər ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 saylı yaşayış evinin 4 saylı mənzil paylı mülkiyyət əsasında cavabdehin mülkiyyətindədir. Cavabdeh hər hansı kompensasiya ödənişinə razı deyil, işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(004)- 480/2020 saylı qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X4 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X1 ¼ hissədə, Cavabdeh ¼ hissədə, X5 ¼ hissədə vərəsəlik hüquqları tanınmış və payları müəyyən edilmiş, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə ¼ hissəsi X1, ¼ hissəsi X2, ¼ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X7 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ¼ hissəni bacısı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X6 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ¼ hissəni bacısı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə ¾ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-197/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli qərardadın 37-ci bəndinə əsasən hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin qərardadın 14-cü bəndinə əsasən naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Məhkəmə qeyd edir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlaka mülkiyyət hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-197/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbi rədd edilmişdir. Ümumi paylı mülkiyyətdə olan evin natura ayrılması mümkün olmadığından iddiaçı hazırda Cavabdeh kompensasiya ödənilməklə ona məxsus ¼ hissədə payına xitam verilməsini xahiş edir. Cavabdehin isə ona kompensasiya ödənilməsinə razılığı yoxdur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, ümumi mülkiyyətdə olan əmlak barədə payın ayrılması 2 halda mümkündür: 1. Payın ayrılmasını tələb edən şəxs ona kompensasiya verilməsi tələbi ilə müraciət etməlidir. 2. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin hazırki işin faktiki hallarından görünür ki, mübahisəli mənzil ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə ¾ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu halda, ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən biri qarşı tərəfə deyil, yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. İkinci halda, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması ilə müəyyən edilən hallar onu deməyə əsas verir ki, Cavabdeh ümumi mülkiyyətdə olan əmlaka dair payı yaşayış evinin kifayət qədər böyük hissəsini, yəni ¼ hissəsini təşkil etməklə, cüzi hesab edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin, cavabdeh mübahisəli evdə yaşamaqla, həmin əmlak faktiki olaraq onun istifadəsindədir. Buna görə də, həmin əmlaka dair cavabdehin mühüm mənafeyi mövcuddur. Bu halda, Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə istisna qayda tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı “əmlakda paya kompensasiya ödənilməklə xitam verilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 09 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat pul İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “əmlakda paya kompensasiya ödənilməklə xitam verilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 09 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4061/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4061/2025
20.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver