Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4066/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 720 (yeddi yüz iyirmi) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 750,40 (yeddi yüz əlli manat qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində, Yasamal rayonu ərazisində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilən “Mercedes Benz” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil “BMW” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 720 (yeddi yüz iyirmi) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal RPİ TŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə (nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsi) müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək, inzibati cərimə edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 13 senyabr 2019-cu il tarixli, PAZ ********** saylı İcbari sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən edilir ki, “Mercedez Benz” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC tərəfindən icbari sığorta növündə sığortalanmışdır. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Hacıyev tərəfindən tərtib edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Mercedes-benz markalı **-XP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində «Yol hərəkəti haqqında» Azərbaycair Respublikası Qanunun 50-ci maddəsinin 1-ci, 5-ci bəndinin və Azərbaycan Respublika İXM-nin 333.3-cü maddəsinin tələblərinə görə onun inzibati qaydada cəzalanmasından ötrü toplanmış rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, “Təhqiqat zamanı izahatı alınmış Mercedes-benz markalı **-XP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh izahatında göstərmişdir ki, 29 oktyabr 2019-cu il tarixdə axşam saat 23 radələrində idarə etdiyi Mercedes-benz markalı, **-XP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ilə təxminən 30 km sürətlə üzü Bizim market istiqamətində hərəkətdə olan zaman həmin küçədə yolun sağ hissəsində olan köməkçi yoldan BMW markalı **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın onun idarə etdiyi avtomaşının qarşısına çıxmış, o da, hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomaşının ön sol hissəsi ilə həmin avtomaşının ön sol hissəsindən vurmuşdur. Bundan sonra BMW markalı **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü adı sonradan ona məlum olan X3 DİN-nin 102-xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparmışlar.” Qeyd olunan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 333.3-cü maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati xətanı törədən şəxs həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. 30 oktyabr 2019-cu il tarixli, 2/9109 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Cavabdeh alkoqol sərxoşluğu müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2019-cu il tarixli, CML-2672/2019-AKT4028 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 720 manat təşkil edir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən X1 (avtomobilin etibarnamə əsasında idarə edən) 720 manat məbləğində sığorta ödənişi edilmişdir. “İcbari Sığortalar haqqında” qanunun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. AR Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, “Mercedez Benz” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC ilə icbari sığorta növündə sığortalanmışdır. Sığorta hadisəsi 29 oktyabr 2019-cu il tarixdə baş vermiş, belə ki, Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “Mercedez Benz” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, Cavabdeh AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Həmin hadisə nəticəsində “BMW” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyərini təşkil edən 720 manat pul sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 720 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli bilinməsini və iddiaçı tərəfindən 720 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 720 (yeddi yüz iyirmi) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 750.40 (yeddi yüz əlli manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 720 (yeddi yüz iyirmi) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30.40 manat (otuz manat qırx qəpik) ümumilikdə, 750.40 manat (yeddi yüz əlli manat qırx qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4066/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4066/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver