Məhkəmə qərarları › İş №e-2(004)-4070/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4070/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4070/2022 09.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 0841 kodlu mebel üçün 1646,40 manat ödənilməmiş hissə, 164 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə HP Notebook üçün 367,60 manat ödənilməmiş hissə, 36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə HANSA Aspirator, Plitə üçün 621 manat ödənilməmiş hissə, 62 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Themza-Yataq-Carpayi- Bazali, Dolab, Tumba, Amur-Yataq-Carpayi, Dolab, Termo, Tumba, DOSHEK URETAN, Soft-Yumşaq üçün 408 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********86862 olan Xiaomi Redmi 9A markalı telefon, 2 ədəd CASİO saat üçün 154 manat ödənilməmiş hissə, 15 manat cərimə olmaqla, ümumilikdə 3514 manat borcun və 55,14 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2019-cu il və xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-yə 0841 kodlu mebel, HP Notebook, HANSA Aspirator, Plitə, Themza-Yataq-Carpayi-Bazali, Dolab, Tumba, Amur-Yataq- Carpayi, Dolab, Termo, Tumba, DOSHEK URETAN, Soft-Yumşaq, İMEİ kodu 3**********86862 olan Xiaomi Redmi 9A markalı telefon, 2 ədəd CASİO saat üçün 3514 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1646,40 manat (24 ay x 68,6 manat + 0 manat ilkin ödəniş) olan 0841 kodlu mebel üçün ümumilikdə, 1810,40 manat olmaqla ondan 1646,40 manat ödənilməmiş hissə, 164 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1108,80 manat (12 ay x 92,4 manat + 0 manat ilkin ödəniş) olan HP Notebook üçün ümumilikdə, 403,60 manat olmaqla ondan 367,60 manat ödənilməmiş hissə, 36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 932,40 manat (18 ay x 51,8 manat + 0 manat ilkin ödəniş) olan HANSA Aspirator, Plitə üçün ümumilikdə, 683 manat olmaqla ondan 621 manat ödənilməmiş hissə, 62 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 3264 manat (24 ay x 136 manat + 0 manat ilkin ödəniş) olan Themza-Yataq- Carpayi-Bazali, Dolab, Tumba, Amur-Yataq-Carpayi, Dolab, Termo, Tumba, DOSHEK URETAN, Soft-Yumşaq üçün ümumilikdə, 448 manat olmaqla ondan 408 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 577,80 manat (12 ay x 36,9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********86862 olan Xiaomi Redmi 9A markalı telefon, 2 ədəd CASİO saat üçün ümumilikdə, 169 manat olmaqla 154 manat ödənilməmiş hissə, 15 manat cərimə olmaqla borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4332,40 manat təşkil edir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin bildirişi xx.xx.2022-ci il tarixdə Cavabdeh çatdırılmışdır. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə hazırda iddiaya qarşı etirazın olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22094809 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 1646,40 manat olan 0841 kodlu mebel almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22100762 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 1108,80 manat olan HP Notebook almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22192078 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 932,40 manat olan HANSA Aspirator, Plitə almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00897887 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 3264 manat Themza-Yataq-Carpayi-Bazali, Dolab, Tumba, Amur-Yataq-Carpayi, Dolab, Termo, Tumba, DOSHEK URETAN, Soft-Yumşaq almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22127880 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 577,80 manat olan İMEİ kodu **********86862 olan Xiaomi Redmi 9A markalı telefon, 2 ədəd CASİO saat almışdır. - xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 5CG0335B94 kodlu HP Notebook Cavabdeh təhvil verilmişdir. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, HANSA Aspirator, Plitə Cavabdeh təhvil verilmişdir. - xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Themza-Yataq- Carpayi-Bazali, Dolab, Tumba, Amur-Yataq-Carpayi, Dolab, Termo, Tumba, DOSHEK URETAN, Soft-Yumşaq Cavabdeh təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********86862 olan Xiaomi Redmi 9A markalı telefon, 2 ədəd CASİO saat Cavabdeh təhvil verilmişdir. - 07 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22094809 saylı müqaviləyə əsasən 24 ay müddətində hər ay 68,6 manat ödəmək şərti ilə nisyə aldığı, qiyməti 1646,40 manat olan 0841 kodlu mebelə görə heç bir ödəniş etməmiş və hazırda onun qalıq qalmış 1810,40 manat borcu ödənilməmişdir. - 07 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 22100762 saylı müqaviləyə əsasən 12 ay müddətində hər ay 92,40 manat ödəmək şərti ilə nisyə aldığı, qiyməti 1108,80 manat olan HP Notebooka görə 741,20 manat ödəniş etmiş və hazırda onun qalıq qalmış 403,60 manat borcu ödənilməmişdir. - 07 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22192078 saylı müqaviləyə əsasən 18 ay müddətində hər ay 51,80 manat ödəmək şərti ilə nisyə aldığı, qiyməti 932,4 manat olan HANSA Aspirator və Plitəyə görə 311,40 manat ödəniş etmiş və hazırda onun qalıq qalmış 683 manat borcu ödənilməmişdir. - 07 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 00897887 saylı müqaviləyə əsasən 24 ay müddətində hər ay 136 manat ödəmək şərti ilə nisyə aldığı, qiyməti 3264 manat olan Themza-Yataq-Carpayi- Bazali, Dolab, Tumba, Amur-Yataq-Carpayi, Dolab, Termo, Tumba, DOSHEK URETAN, Soft-Yumşaq görə 2856 manat ödəniş etmiş və hazırda onun qalıq qalmış 448 manat borcu ödənilməmişdir. - 07 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 22127880 saylı müqaviləyə əsasən 12 ay müddətində hər ay 135 manat ödəmək şərti ilə nisyə aldığı, qiyməti 577,80 manat olan İMEİ kodu **********86862 olan Xiaomi Redmi 9A markalı telefon, 2 ədəd CASİO saata görə 423,80 manat ödəniş etmiş və hazırda onun qalıq qalmış 169 manat borcu ödənilməmişdir. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2019-cu il və xx.xx.2020ci il tarixli müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, həmçinin cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 1646,40 manat olan 0841 kodlu mebeli, xx.xx.2020-ci il tarixli 22100762 saylı müqaviləyə əsasən ümumi dəyəri 1108,80 manat olan HP Notebooku, xx.xx.2021-ci il tarixli 22192078 saylı müqaviləyə əsasən ümumi dəyəri 932,4 manat olan HANSA Aspiratoru, Plitəni, xx.xx.2019-cu il tarixli 00897887 saylı müqaviləyə əsasən ümumi dəyəri 3264 manat Themza-Yataq-Carpayi- Bazali, Dolab, Tumba, Amur-Yataq-Carpayi, Dolab, Termo, Tumba, DOSHEK URETAN, Soft-Yumşaq və xx.xx.2020-ci il tarixli 22127880 saylı müqaviləyə əsasən ümumi dəyəri 577,80 manat olan İMEİ kodu **********86862 olan Xiaomi Redmi 9A markalı telefonu, 2 ədəd CASİO saatı nisyə almış, borcundan hazıradək cəmi 4332,40 manat ödəniş etmiş və nəticədə onun 3514 manat əsas, 55,14 manat cərimə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 7529,40 manat ümumi dəyərindən cəmi 4332,40 manat ödəniş etmiş və nəticədə 3514 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əlavədə ödəniş vaxtında icra edilmədikdə ödənilməyən məbləğə gündəlik 1% cərimə hesablanması nəzərdə tutulmuşdur. Müqavilədən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olunan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur və iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 55,14 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin Cavabdeh 0841 kodlu mebel üçün 1646,40 ödənilməmiş hissə, 164 cərimə, HP Notebook üçün 367,60 ödənilməmiş hissə, 36 cərimə, HANSA Aspirator, Plitə üçün 621 ödənilməmiş hissə, 62 cərimə, Themza-Yataq-Carpayi-Bazali, Dolab, Tumba, Amur-Yataq- Carpayi, Dolab, Termo, Tumba, DOSHEK URETAN, Soft-Yumşaq üçün 408 ödənilməmiş hissə, 40 cərimə, İMEİ kodu **********86862 olan Xiaomi Redmi 9A markalı telefon, 2 ədəd CASİO saat üçün 154 ödənilməmiş hissə, 15 manat cərimə borcu və 55,14 məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3569,14 (üç min beş yüz altmış doqquz manat on dörd qəpik) tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar