Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4072/2025 03.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "yeni mənzilin verilməsi və kirayə haqqı ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "yeni mənzilin verilməsi və kirayə haqqı ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 45.23 m olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 45.23 m olan evin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməsinə; Sökülməsi nəzərdə tutulan evin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 45.23 m olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 45.23 m olan evin əvəzinə Cavabdeh 140000 manat kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.20226-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 45.23 m olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 45.23 m olan evin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməsinə; Sökülməsi nəzərdə tutulan evin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının və qeyri yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1ci maddəsinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 28 aprel 2020-ci il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır; Yükdaşıyan divarlarda müxtəlif istiqamətli bir və ikitərəfli çatlar mövcuddur; Torpaqla təmasda olan daxili divarlarda nəmlik, xarici divarlarında isə suvaq qatları və hörgü məhlulları aşınmışdır; Evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir; Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır; Baxış keçirilərin bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir; Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Bu tikililər metal borular və mövcud daş hörgülərin üzərində müxtəlif tikinti materiallarından olmaq yerinə yetirilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir ki, bu da zəlzələ təhlükəsi mövcud olan bu region üçün çox faciəvi nəticələrin baş verməsinə səbəb ola bilər; Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir; Yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov, S. Dağlı, İ. Qutqaşınlı və M. Müşfiq küçələrinin əhatəsində yerləşən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, № 1603 saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli Sərancamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X3 və Mikayıl Müşfiq küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14-16-20 mərtəbəli yaşayış binalarının “Bakı Dövlət Layihə İnstitutu” BDLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, № Tİ- 133/22 saylı obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X3 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə obyektin tikintisinə icazə verilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. "Lux Residence” MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 saylı Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X3 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsinin əhatə etdiyi ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Nəzərinizə çatdırmaq istəyirik ki, İddiaçı MMC tərəfindən ayrılmış torpaq sahəsində onlarla mülkiyyətçi ilə razılığa gəlinərək köçürülmüş, tikilməli olan yeni binaların əksəriyyəti tamamlanmışdır. Lakin razılığa gəlinməsi mümkün olmayan sakinlər səbəbindən layihə üzrə tikilməli olan bəzi binaların inşasına başlamaq mümkün olmamışdır. İddiaçı MMC cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov, S. Dağlı, İ. Qutqaşınlı və M. Müşfiq küçələrinin kəsişməsində olan ərazidə yerləşən evlərin 250-dən artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1 ünvanında yerləşən qanunsuz tikili olan evin mülkiyyətçisi Cavabdeh ilə də danışıqlar aparılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 1 ünvanında yerləşən 45.23 m sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada təmirli 60 m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 (beş yüz) manat kirayə haqqı təklif olunur. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıqaşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və küli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Söküləcək evinin əvəzində sahələri 100 kv.m və 150 kv.m təşkil edən iki ədəd mənzilin verilməsini tələb edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “LUX RESİDENCE'' Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1603 saylı, 31 avqust 2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 42000 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “LUX RESİDENCE'' Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı xx.xx.2020ci il tarixdən hesablanır və icarəçi hər il 146.764 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 28 aprel 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş, müəyyən edilmişdir ki, evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir. Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır. Baxış keçirilən bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikitni norma və saydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/1xx/xx-2025 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.23 kv.m olan mənzilin orta bazar dəyəri 115000 manat və orta aylıq kirayə haqqı məbləği 400 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 500 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli, CC/2xx/xx-2026 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus evin ümumi sahəsi 45.23 kv.m təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “LUX RESİDENCE'' Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İddia tələbinə əsasən cavabdehin istifadəsində olan özbaşına tikili ev Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikilinin sökülməsi qarşılığında tamamilə əsassız tələblər irəli sürməsi və əks təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən ünvan 1 ünvanında yerləşən özbaşına tikilinin ümumi sahəsi 45.23 kv.m təşkil edir. Ümumilikdə, tədqiq olunan obyekt köhnə tikili olub və müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmişdir. Mövcud texniki göstəricilərə görə, tədqiq olunan ev yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab vermir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı, 21 avqust 2020-ci il tarixli sərəncamı təşkil edir və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququəldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının vəya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə yaşamağa davam etməsi onun həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh mənzilini boşaltdığı halda, əvvəl yaşadığı mənzilə uyğun təmirli mənzilin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahələrinə əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasınınəsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin yaşayış üçün yararlı olmayan özbaşına tikilidən aylıq kirayə haqqı verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi və cavabdehə təhvil verilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Məhkəmə həmçinin iddia tələbinin İddiaçı MMC tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 45.23 kv.m olan evin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməsi və sökülməsi nəzərdə tutulan evin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən ərazidə yaşayan sakinlərə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehin mülkiyyət hüququna müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus evin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf evin sökülməsi ilə bağlı olmamış, cavabdehin sökülməli olan evinin müqabilində ona veriləcək evin ümumi sahəsi ilə bağlıdır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. Belə ki, cavabdeh izahatında söküləcək evin əvəzinə sahələri 100 kv.m və 150 kv.m təşkil edən iki ədəd mənzilin verilməsini məqsədəmüvafiq hesab etdiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməlidir. Məhkəmə tərəfinən keçirilmiş ekspertizanın nəticəsi olaraq, mübahisəli mənzilin ümumi sahəsinin 45.23 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə cavabdehə mübahisə predmeti olan evin ümumi sahəsindən daha artıq sahəyə malik evin – ümumi sahəsi 60 kv.m olan təmirli mənzilin təklif edilməsinə baxmayaraq cavabdehin sahələri 100 kv.m və 150 kv.m təşkil edən iki ədəd mənzilin verilməsini tələb etməsi iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla əmlaka olan hüquqlarından suiistifadə edir. Cavabdeh istisna olmaqla digər mülkiyyətçilərlə razılıq əldə edilib, lakin tikinti məhz cavabdehin mülkiyyətində olan evin sökülməsi mümkün olmadan tikintinin aparılmasını mümkünsüz edir. Kirayə haqqının məbləğinə münasibətdə məhkəmə bildirir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/1xx/xx-2025 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.23 kv.m olan mənzilin orta bazar dəyəri 115000 manat və orta aylıq kirayə haqqı məbləği 400 manat müəyyən edilmişdir. Məhkəmə bu halda iddia tələbində təklif edilən 500 manat kirayə məbləğini faktiki sahəsi 45.23 kv.m olan mənzilə görə ağlabatan və ədalətli hesab edir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli, CC/2xx/xx-2026 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus evin ümumi sahəsi 45.23 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus ev boşaldılaraq sökülməsi üçün "xxxx" MMC-yə təhvil verilməli, ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin əvəzinə iddiaçı "xxxx" MMC tərəfindən həmin ərazidə yeni tikiləcək binanın 10-cu bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh verilməli, Cavabdeh yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh hər ay cəmi 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 24 noyabr 2025-ci il tarixində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul və iş üzrə xx.xx.2026-cı il tarixində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul iddiaçı "xxxx"xxxx"X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Müştərinin hesab nömrəsi: ********************; Müştərinin İBAN-ı: AZ77İBAZ********************; Bankin müxbir hesabı: AZ03NABZ********************; SWİFT: İBAZAZ2X) ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus ev boşaldılaraq sökülməsi üçün "xxxx" MMC-yə təhvil verilsin. ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin əvəzinə iddiaçı "xxxx" MMC tərəfindən həmin ərazidə yeni tikiləcək binanın 10-cu bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh verilsin. Cavabdeh yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh hər ay cəmi 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 24 noyabr 2025-ci il tarixində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul və iş üzrə xx.xx.2026-cı il tarixində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul iddiaçı "xxxx"xxxx"X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Müştərinin hesab nömrəsi: ********************; Müştərinin İBAN-ı: AZ77İBAZ********************; Bankin müxbir hesabı: AZ03NABZ********************; SWİFT: İBAZAZ2X) ödənilsin . Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4072/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4072/2025
03.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver