Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4090/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 318,20 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 348,20 manat) alınaraq, iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes E230” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC- də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyunun 12-də Cavabdeh idarə etdiyi “Mercedes e230” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, 8 Noyabr prospektində “Kıa Prıde” markalı, **-ZM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Bakı DYPİ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “Kıa Prıde” markalı, **-ZM-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də Kasko sığorta növündə sığortalandığından sonuncu tərəfindən “KİA PRİDE” markalı, **-ZM-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 318,20 manat məbləğində sığorta ödənişi X2 ödəmişdir. Öz növbəsində "xxxx" ASC tərəfindən “Mercedes E230” markalı, 10-LM- 780 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığı üçün xx.xx.2022-ci il tarixində 165 nömrəli ödəniş tapşırığı ilə 318,20 manat sığorta ödənişi "xxxx" ASC-yə ödəmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsinə əsasən “MERCEDES E230” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.
5. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, Kia Pride markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli xx.xx.2022-ci il tarixədək 16000 manat məbləğində sığortalanmışdır.
6. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 13:50-də 8 noyabr pr. ərazisində “Mercedes E230” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir.
7. PXA97116 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes E230” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobil 12 iyun 2021-ci il tarixdə saat 13:50-də “Kia Pride” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində dəymiş 318.20 manat məbləğ "xxxx" ASC-nin hesabına köçürülmüşdür.
8. 24 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına sığorta ödənişi qismində 318,2 manat məbləğində vəsait ödənilmişdir.
9. 11 fevral 2022-ci il tarixli, 165 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nın hesabına 318,2 manat məbləğində vəsait ödənilmişdir.
10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
12. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh mülkiyyətində olan “MERCEDES E230” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 13:50-də 8 noyabr pr. ərazisində “MERCEDES E230” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən “Kia Pride” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh yol hərəkəti qaydalarını pozub yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXMnin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Zərər dəymiş avtomobil "xxxx" ASC-də KASKO sığorta növündə sığortalandığından sonuncu tərəfindən “KİA PRİDE” markalı, **-ZM-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 318,2 manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir. Həmin məbləğ subroqasiya qaydasında "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir.
16. Cavabdeh hadisə yerindən yayındığından sığortaçı "xxxx" ASC-nin subroqasiya qaydasında "xxxx" ASC-yə ödədiyi 318,2 manat məbləğində pulu tələb etmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək, cavabdehdən 318,2 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 318,2 manat (üç yüz on səkkiz manat 20 qəpik) məbləğində vurulmuş zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 348,2 manat (üç yüz qırx səkkiz manat 20 qəpik) məbləğində pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil