Məhkəmə qərarları › İş №e-2(004)-4105/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4105/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4105/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 4105/2023 nömrəli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış 40011981 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 381,99 manat məbləğində malın dəyərini 50 manat ilkin ödəniş etməklə qalıq 331,99 manat borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında bağlanmış R-xx/xx-0220 nömrəli xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Cavabdeh bildiriş təqdim edilmişdir. Lakin Cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə 331,99 (üç yüz otuz bir manat doxsan doqquz qəpik) manat əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 331,99 (üç yüz otuz bir manat doxsan doqquz qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış 40011981 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 381,99 manat məbləğində malın dəyərini 50 manat ilkin ödəniş etməklə qalıq 331,99 manat borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən, İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında bağlanmış R-xx/xx-0220 nömrəli xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə bağlanmış 40011981 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 331,99 (üç yüz otuz bir manat doxsan doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış 40011981 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 381,99 manat məbləğində malın dəyərini 50 manat ilkin ödəniş etməklə qalıq 331,99 manat borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında bağlanmış R-xx/xx-0220 nömrəli xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Cavabdeh bildiriş təqdim edilmişdir. Lakin Cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə 331,99 (üç yüz otuz bir manat doxsan doqquz qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 600.4 və 655.1-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış 40011981 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 381,99 manat məbləğində malın dəyərini 50 manat ilkin ödəniş etməklə qalıq 331,99 manat borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında bağlanmış R-xx/xx-0220 nömrəli xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Cavabdeh İddiaçı QSC qarşısında öhdəliklərini icra etməmişdir. Belə olan halda, İddiaçı QSC-nin Cavabdeh müvafiq pul məbləğinin ödənilməsini tələb etmək hüququ əsaslı və qanunidir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30,40 (otuz manat qırx qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 40011981 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 331,99 (üç yüz otuz bir manat doxsan doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 40011981 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 331,99 (üç yüz otuz bir manat doxsan doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar