Məhkəmə qərarları › İş №e-2(004)-4112/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4112/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4112/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd DOSHEK URETAN, ALYANS-MASA üçün 85,81 manat ödənilməmiş hissə, 25,29 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün, 364,95 manat ödənilməmiş hissə, 108,05 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei kod **********85089 İPHONE 11 markalı telefon üçün 1109,77 manat ödənilməmiş hissə, 333,03 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd NEW SİMPLE - GENC - CARPAYİ, DOSHEK URETAN üçün 511,25 manat ödənilməmiş hissə, 148,85 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, DOSHEK URETAN üçün 114,27 manat ödənilməmiş hissə, 34,23 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00316 HUAWEİ P SMART Z markalı telefon üçün 458,86 manat ödənilməmiş hissə, 137,74 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, YUVAM - YUMSAQ - 3 YERLİ, VEGA - YUMSAQ - KUNC - SAG UZUN üçün 1655,52 manat ödənilməmiş hissə, 490,58 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 4, PS4 (FİFA 20) üçün 1191,8 manat ödənilməmiş hissə, 357 manat dəbbə borcu olmaqla, ümumilikdə 7127 manat borcun, 91,27 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd DOSHEK URETAN, ALYANS-MASA, SAMSUNG LED TV, İmei kod **********85089 İPHONE 11 markalı telefon, 2 ədəd NEW SİMPLE - GENC - CARPAYİ, DOSHEK URETAN, DOSHEK URETAN, İmei kod **********00316 HUAWEİ P SMART Z markalı telefon, YUVAM - YUMSAQ - 3 YERLİ, VEGA - YUMSAQ - KUNC - SAG UZUN, PLAYSTATİON 4, PS4 (FİFA 20) almış və nəticədə 7127 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 504 manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd DOSHEK URETAN, ALYANS-MASA üçün 85,81 manat ödənilməmiş hissə, 25,29 manat dəbbə borcu olmaqla, ümumilikdə, 111,1 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1100 manat (12 ay x 90 manat + 20 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün 364,95 manat ödənilməmiş hissə, 108,05 manat dəbbə borcu olmaqla, ümumilikdə, 473 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2895 manat (12 ay x 222 manat + 231 manat ilkin ödəniş) olan İmei kod **********85089 İPHONE 11 markalı telefon üçün 1109,77 manat ödənilməmiş hissə, 333,03 manat dəbbə borcu olmaqla, ümumilikdə, 1442, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768 manat (24 ay x 31.9 manat + 2.4 manat ilkin ödəniş) olan 2 ədəd NEW SİMPLE - GENC - CARPAYİ, DOSHEK URETAN üçün 511,25 manat ödənilməmiş hissə, 148,85 manat dəbbə borcu olmaqla, ümumilikdə 660,1 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 145 manat (24 ay x 6 manat + 1 manat ilkin ödəniş) olan DOSHEK URETAN üçün 114,27 manat ödənilməmiş hissə, 34,23 manat dəbbə borcu olmaqla, ümumilikdə 148,5 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 612 manat (12 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********00316 HUAWEİ P SMART Z markalı telefon üçün 458,86 manat ödənilməmiş hissə, 137,74 manat dəbbə borcu olmaqla, ümumilikdə 596,6 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2069,2 manat (18 ay x 109.4 manat + 100 manat ilkin ödəniş) olan YUVAM - YUMSAQ - 3 YERLİ, VEGA - YUMSAQ - KUNC - SAG UZUN üçün 1655,52 manat ödənilməmiş hissə, 490,58 manat dəbbə borcu olmaqla, ümumilikdə 2146,1 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1261,8 manat (18 ay x 70.1 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 4, PS4 (FİFA 20) üçün 1191,8 manat ödənilməmiş hissə, 357 manat dəbbə borcu olmaqla, ümumilikdə 1548,8 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixdə DOSHEK URETAN-dan imtina etmiş və məhsul 120 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 136,75 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 120 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 256,75 manat təşkil edir. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il olmaqla, cəmi ödədiyi məbləğ 3606,02 manat təşkil edir. Cavabdehlə bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, o müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh mallar almış və aldığı malların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Təqdim olunmuş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq aldığı malların dəyərini ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdehə cərimə hesablanmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək, cavabdehdən müqavilənin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi əsas borc hissəsində təmin edilməli və cavabdehdən 5492,23 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının cərimə borclarının tutulması tələbi üzrə qeyd edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən alınmış əşyaların məbləğinin miqdarını, dəbbə pulunun alqı-satqı edilmiş əşyaların dəyərinə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulları azaldılaraq 384,46 manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 75,26 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5492,23 manat əsas, 384,46 manat cərimə borcu olmaqla, ümumilikdə 5876,69 (beş min səkkiz yüz yetmiş altı manat altmış doqquz qəpik) manat borc və 75,26 (yetmiş beş manat iyirmi altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar