Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4123/2025 08.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-X5, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdeh X6 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 23 sentyabr 2022-ci il tarixli, ML/4234 nömrəli X4 üzrə 484,37 (dörd yüz səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 23 sentyabr 2022-ci il tarixli, ML/4234 nömrəli X4 bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh 1 (bir) ədəd 2016-cı il buraxılışlı, “Chevrolet Cruz” minik markalı, 1G1BF5SM7H7201667 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 (iyirmi üç)% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 13.500 (on üç min beş yüz) manat təşkil etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən GoldenPay (hesab.az) onlayn ödəmə sistemi vasitəsilə 500 (beş yüz) manat məbləğində kredit ödənişi keçirilən zaman texniki problem baş vermiş və nəticədə həmin 500 (beş yüz) manat məbləğində ödəniş bir ödəmə kodu (7********) üzrə iki dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu haldaCavabdeh "xxxx" MMC-yə olan borcu sistemdə uzun müddət yaranan texniki nasazlıqla əlaqədar bağlı olaraq görsənsə belə tam şəkildə bağlanmamışdır. "xxxx" MMC və "xxxx" ASC tərəfindən bizə daxil olan cavab məktubları da bu halı təsdiqləyir. Belə ki, "xxxx" ASC-nin GP-05/2025-26 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, hesab.az platforması üzrərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürülmüş və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. "xxxx" MMC isə özünün xx.xx.2025-ci il tarixli məktubunda bildirir ki, əməliyyatın statusunu yoxlayan servisdən istifadə etmədən eyni əməliyyat ödənişi qəbul edən təşkilat (yəni hesab.az) tərəfindən təkrar göndərilmişdir. Baş vermiş texniki xətanın nəticələri gec aşkarlandığına və aradan qaldırmaq mümkün olmadığına görə, "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən,Cavabdeh həmin texniki nasazlıq nəticəsində "xxxx" MMC-yə kredit üzrə qalıq borcu 500 (beş yüz) manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bekı ki, iş materiallarında olan: İddiaçı BOKT MMC ilə lizinq alan X7 arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli, ML/4234 nömrəli X4ndən görünür ki, 1 (bir) ədəd 2016-cı il buraxılışlı, “Chevrolet Cruz” minik markalı, 1G1BF5SM7H7201667 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23% dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 13.500 (on üç min beş yüz) manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, “Chevrolet Cruz” minik markalı, 1G1BF5SM7H7201667 ban nömrəli,**-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil müştəriyə təvil verilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı BOKT MMC-yə ünvanlanmış GP-05/2025-26 nömrəli xx.xx.2025-ci il tarixli məktubun sürətindən görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 xx.xx.2023, 28.112023, xx.xx.2023 xx.xx.2023 və xx.xx.2023 tarixlərində baş vermiş texniki problemlərə dair məsələ "xxxx" ASC-tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirir ki, qeyd olunan tarixlərdə hesab.az üzərindən həyata keçirilən ödənişlərlə bağlı texniki nasazlıq hesab.az platformasında deyil, "xxxx" MMC-yə İT xidmətləri göstərən "X8" MMC tarəfindən təmin edilən texniki inteqrasiyada mövcud olmuşdur. Belə ki, qeyd olunan çətinliklə əlaqədar 9 Aprel 2024-cü ildə "xxxx" ASC, "xxxx" MİMC və "X8" MMC-nin İT mütəxəssisləri arasında üç tərəfli görüş keçirilmişdir. Görüşün nəticəsi olaraq aydın olmuşdur ki, "xxxx" MMC-nin texnikí sənədlərində mövcud olan uyğunsuzluq səbəbindən, hesab.az platforması üzərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürülmüş və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. "xxxx" MMC tərəfindən İddiaçı BOKT MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, 2023-cü ilin fevralında texniki xəta səbəbindən bir tranzaksiya kodu ile bir neçə dəfə keçmişdir. Ödənişi qəbul edən təşkilatla aylıq üzləşmə aparılmadığından, bu hadisə növbəti aylarda da bir neçə dəfə təkrarlanmışdır. İlin sonunda illik üzləşmə aparıldığı zaman xəta aşkarlanmış və dərhal aralarında üçtərəfli görüş təşkil olunmuşdur. Həmin görüş nəticəsində aydınlaşdırılmışdır ki, onlarda əməliyyatın statusunu yoxlayan servisdən istifadə etmədən, eyni əməliyyat ödənişi qəbul edən təşkilat tərəfindən təkrar göndərilmişdir.Qarşı tərəflə məbləğ üzləşdirilməsinin ayda bir dəfədən az olmayaraq aparılmasının zəruriliyi tərəflərindən bildirilmişdir. Həmçinin, əməliyyatı göndərməzdən əvvəl, statusu yoxlayan servisdən istifadənin mütləqliyi qarşı tərəfə bir daha bildirilmişdir. Nəticədə bu tipli xətaların baş vermə sabəbləri aradan qaldırılmış və növbəti aylarda belə halın təkrarlanması haqda məlumat daxil olmamışdır. İddiaçı BOKT MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu X3 müqavilə üzrə 20 iyun 2025-ci il tarixə 484,37 manat əsas, 0 manat faiz, 0 manat cərimə, borcu olmaqla, cəmi 484,37 manat təşkil edir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Beləliklə müəyyən edilmişdir ki, "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 23 sentyabr 2022- ci il tarixli, ML/4234 nömrəli X4 bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh 1 ədəd 2016-cı il buraxılışlı, “Chevrolet Cruz” minik markalı, 1G1BF5SM7H7201667 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23% dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 13.500 (on üç min beş yüz) manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən GoldenPay (hesab.az) onlayn ödəmə sistemi vasitəsilə 500 (beş yüz) manat məbləğində kredit ödənişi keçirilən zaman texniki problem baş vermiş və nəticədə həmin 500 (beş yüz) manat məbləğində ödəniş bir ödəmə kodu (7********) üzrə iki dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu haldaCavabdeh "xxxx" MMC-yə olan borcu sistemdə uzun müddət yaranan texniki nasazlıqla əlaqədar bağlı olaraq görsənsə belə tam şəkildə bağlanmamışdır. "xxxx" MMC və "xxxx" ASC tərəfindən daxil olan cavab məktubları da bu halı təsdiqləyir.Belə ki, "xxxx" ASC-nin GP-05/2025-26 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, hesab.az platforması üzrərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürülmüş və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. Baş vermiş texniki xətanın nəticələri gec aşkarlandığına və aradan qaldırmaq mümkün olmadığına görə, "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən,Cavabdeh həmin texniki nasazlıq nəticəsində "xxxx" MMC-yə kredit üzrə qalıq borcu 484,37 (dörd yüz səksən dörd manat otuz yeddi qəpik) manat təşkil edir. Odur ki, iddiaçı lizinq borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh X2 484,37 (dörd yüz səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT” MMC- yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 484,37 (dörd yüz səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz manat) manat tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4123/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4123/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver