Məhkəmə qərarları › İş №e-2(004)-4136/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4136/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4136/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə bağlamaqla 9 ay müddətinə ümumi qiyməti 1165 manat olan İndesit DS 3161 W markalı soyuducu və İndesit BWSA61053 W EU markalı paltaryuyan maşın almışdır. Azərbaycan Respublikası MM-in tələblərinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malı dəyərindən ilkin ödəniş 100 manat etməklə cavabdeh hər ay 118,34 manat ödəmək şərti ilə öhdəlik götürmüşdür. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməmişdir. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 825 (səkkkiz yüz iyirmi beş ) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, İndesit DS 3161 W markalı soyuducu və İndesit BWSA61053 W EU markalı paltaryuyan maşını İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 825 (səkkkiz yüz iyirmi beş) manat borcu vardır. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödəniş cədvəli məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə bağlamaqla 9 ay müddətinə ümumi qiyməti 1165 manat olan İndesit DS 3161 W markalı soyuducu və İndesit BWSA61053 W EU markalı paltaryuyan maşın almış və nəticədə müqavilə öhdəliklərinə əməl etməyərək 825 (səkkkiz yüz iyirmi beş) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü (əsas borca münasibətdə) maddəsi çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 600.4-cü (əsas borca münasibətdə) maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 825 (səkkkiz yüz iyirmi beş) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 825 (səkkkiz yüz iyirmi beş) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar