Məhkəmə qərarları › İş №e-2(004)-4144/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4144/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4144/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə bağlamaqla İMEİ kodu **********47748 olan X2 8 markalı telefon, xx.xx.2022-ci il tarixli 03921989 nömrəli müqavilə bağlanmaqla İMEİ kodu **********42905 olan X2 10 S markalı mobil telefon və xx.xx.2022-ci il tarixli 13921548 nömrəli müqavilə bağlamaqla İMEİ kodu **********55303 olan X2 10 S markalı mobil telefon 1210 (min iki yüz on) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ******* müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 493,8 manat olan X2 8 markalı telefon üçün ümumilikdə 276 (yüz yetmiş altı) manat olmaqla onun 251 (iki yüz əlli bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 03921989 müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 849,96 manat olan X2 10 S markalı telefon üçün ümumilikdə 72 (yetmiş iki) manat olmaqla onun 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat isə cərimə borcu və xx.xx.2022-ci il tarixli 13921548 müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 783,96 manat olan X2 10 S markalı telefon üçün ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat olmaqla onun 783,96 (yeddi yüz səksən üç manat doxsan) manat ödənilməmiş hissə, 78,04 (yetmiş səkkiz manat dörd qəpik) manat isə cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 242,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 493,8 manat olan X2 8 markalı telefon üçün 251 (iki yüz əlli bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat isə cərimə borcu olmaqla ümumilikdə 276 (yüz yetmiş altı) manat, xx.xx.2022-ci il tarixli 03921989 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 849,96 manat olan X2 10 S markalı telefon üçün 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat isə cərimə borcu olmaqla ümumilikdə 72 (yetmiş iki) manat və xx.xx.2022-ci il tarixli 13921548 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 783,96 manat olan X2 10 S markalı telefon üçün 783,96 (yeddi yüz səksən üç manat doxsan) manat ödənilməmiş hissə, 78,04 (yetmiş səkkiz manat dörd qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat məbləğində borc və 32,10 (otuz iki manat on qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, X2 8 markalı mobil telefon iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 03921989 nömrəli müqavilədən görünür ki, X2 10 S markalı mobil telefon iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 13921548 nömrəli müqavilədən görünür ki, X2 10 S markalı mobil telefon iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 27 iyul 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 251 (iki yüz əlli bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat isə cərimə borcu olmaqla ümumilikdə 276 (yüz yetmiş altı) manat, xx.xx.2022-ci il tarixli 03921989 nömrəli müqavilə üzrə 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat isə cərimə borcu olmaqla ümumilikdə 72 (yetmiş iki) manat və xx.xx.2022-ci il tarixli 13921548 nömrəli müqavilə üzrə 783,96 (yeddi yüz səksən üç manat doxsan) manat ödənilməmiş hissə, 78,04 (yetmiş səkkiz manat dörd qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə bağlamaqla İMEİ kodu **********47748 olan X2 8 markalı telefon, xx.xx.2022-ci il tarixli 03921989 nömrəli müqavilə bağlanmaqla İMEİ kodu **********42905 olan X2 10 S markalı mobil telefon və xx.xx.2022-ci il tarixli 13921548 nömrəli müqavilə bağlamaqla İMEİ kodu **********55303 olan X2 10 S markalı mobil telefon 1210 (min iki yüz on) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ******* müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 493,8 manat olan X2 8 markalı telefon üçün ümumilikdə 276 (yüz yetmiş altı) manat olmaqla onun 251 (iki yüz əlli bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 03921989 müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 849,96 manat olan X2 10 S markalı telefon üçün ümumilikdə 72 (yetmiş iki) manat olmaqla onun 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat isə cərimə borcu və xx.xx.2022-ci il tarixli 13921548 müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 783,96 manat olan X2 10 S markalı telefon üçün ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat olmaqla onun 783,96 (yeddi yüz səksən üç manat doxsan) manat ödənilməmiş hissə, 78,04 (yetmiş səkkiz manat dörd qəpik) manat isə cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələriçıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli 0343100, xx.xx.2022-ci il tarixli 03921989 və xx.xx.2022-ci il tarixli 13921548 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 32,10 (otuz iki manat on qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 251 (iki yüz əlli bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat isə cərimə borcu olmaqla ümumilikdə 276 (yüz yetmiş altı) manat, xx.xx.2022-ci il tarixli 03921989 nömrəli müqavilə üzrə 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat isə cərimə borcu olmaqla ümumilikdə 72 (yetmiş iki) manat və xx.xx.2022-ci il tarixli 13921548 nömrəli müqavilə üzrə 783,96 (yeddi yüz səksən üç manat doxsan) manat ödənilməmiş hissə, 78,04 (yetmiş səkkiz manat dörd qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat olmaqla ümumilikdə 1210 (min iki yüz on) manat məbləğində borc və 32,10 (otuz iki manat on qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 251 (iki yüz əlli bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat isə cərimə borcu olmaqla ümumilikdə 276 (yüz yetmiş altı) manat, xx.xx.2022-ci il tarixli 03921989 nömrəli müqavilə üzrə 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat isə cərimə borcu olmaqla ümumilikdə 72 (yetmiş iki) manat və xx.xx.2022-ci il tarixli 13921548 nömrəli müqavilə üzrə 783,96 (yeddi yüz səksən üç manat doxsan) manat ödənilməmiş hissə, 78,04 (yetmiş səkkiz manat dörd qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat olmaqla ümumilikdə 1210 (min iki yüz on) manat məbləğində borc və 32,10 (otuz iki manat on qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar