Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4229/2022 15.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********62907 SAMSUNG GALAXY A30S markalı telefon üçün 339.4 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ KOD**********86810 SAMSUNG GALAXY A40 markalı telefon üçün 218 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD**********10879 SAMSUNG GALAXY A10 markalı telefon üçün 212 manat ödənilməmiş hissə, 21 manat cərimə olmaqla, ümumilikdə 844.4 manat borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********62907 SAMSUNG GALAXY A30S markalı telefon,xx.xx.2019-ci il tarixli müqavilə üzrə İMEİ KOD**********86810 SAMSUNG GALAXY A40 markalı telefon və xx.xx.2019-cu il müqaviləsinə əsasən, İMEİ KOD**********10879 SAMSUNG GALAXY A10 markalı telefon almış nəticədə ümumilikdə 844.4 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 572.4manat (12 ay x 47.7 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********62907 SAMSUNG GALAXY A30S markalı telefon üçün ümumilikdə, 372.4 manat olmaqla ondan, 339.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 33 manat cərimə borcu və xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 574 manat (12ay x 43 manat + 58 manat ilkin ödəniş) İMEİ KOD**********86810 SAMSUNG GALAXY A40 markalı telefon üçün ümumilikdə 239 manat olmaqla ondan, 218 manat ödənilməmiş hissə, 21 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən,alqı-satqı qiyməti 486 manat (21 ay x 23 manat + 3 manat ilkin ödəniş) İMEİ KOD**********10879 SAMSUNG GALAXY A10 markalı telefon üçün ümumilikdə,233 manat olmaqla ondan, 212 manat ödənilməmiş hissə,müştəriyə güzəşt olunaraq 21 manat cərimə yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 863 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 20203583 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********62907 SAMSUNG GALAXY A30S markalı telefon, xx.xx.2019-cu il tarixli 01072450 nömrəli müqavilə əsasında İMEİ KOD**********86810 SAMSUNG GALAXY A40 markalı telefon və xx.xx.2019-cu il tarixli ********* nömrəli müqavilə əsasında İMEİ KOD**********10879 SAMSUNG GALAXY A10 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 572.4 manat (12 ay x 47.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********62907 SAMSUNG GALAXY A30S markalı telefon üçün ümumilikdə 372.4 manat olmaqla ondan, 339.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 33 manat cərimə borcu, alqı-satqı qiyməti 574 manat (12ay x 43manat + 58 manat ilkin ödəniş)olan İMEİ KOD**********86810 SAMSUNG GALAXY A40 markalı telefon üçün ümumilikdə, 239 manat olmaqla ondan, 218 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 manat cərimə borcu və alqı-satqı qiyməti 486 manat (21 ay x23 manat + 3 manat ilkin ödəniş) İMEİ KOD**********10879 SAMSUNG GALAXY A10 markalı telefon üçün ümumilikdə 233 manat olmaqla ondan, 212 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 manat cərimə yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 339.4 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 218 manat ödənilməmiş hissə, 21 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 212 manat ödənilməmiş hissə, 21 manat cərimə olmaqla, ümumilikdə 844.4 manat borcu vardır. Beləliklə, müəyyən olundu ki, xx.xx.2020-ci il tarixli 20203583 nömrəli müqavilə üzrə Cavabdeh müqavilə üzrə 339.4 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2019cu il tarixli 01072450 nömrəli müqavilə üzrə 218 manat ödənilməmiş hissə, 21 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli 01023321 nömrəli müqavilə üzrə Cavabdeh 212 manat ödənilməmiş hissə, 21 manat cərimə olmaqla, ümumilikdə 844,40 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 85.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 86.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20203583 nömrəli müqavilə üzrə 339,40 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2019-cu il tarixli 01072450 nömrəli müqavilə üzrə 218 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2019-cu il tarixli 01023321 nömrəli müqavilə üzrə 212 manat ödənilməmiş hissə, 21 manat cərimə olmaqla, cəmi 844,40 (səkkiz yüz qırx dörd manat qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4229/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4229/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver