Məhkəmə qərarları › İş №e-2(004)-4235/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4235/2022

12.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4235/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 01/1/01- 1/4/2792 saylı qərarının əsassız hesab edilməsi və kompensasiyanın bərpa edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 01/1/01- 1/4/2792 saylı qərarının əsassız hesab edilməsi və kompensasiyanın bərpa edilərək ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 01/1/01-1/4/2792 nömrəli qərarı əsassız hesab edilməsini, iddiaçının məhrum həyat yoldaşı X2 Cavabdeh ASC-nin işçilərinə maddi yardımın verilməsinin “Əsasnamə”si və “Kollektiv saziş”ə əsasən, ödəməli olan Cavabdeh ASCnin xx.xx.2017-ci il tarixli 60 və 04 nömrəli əmr-qərarla ödənilməsi dayandırılan, xx.xx.2017-ci il tarixdən etibarən bu günə qədər olan müddətdə həmin ayların kompensasiya və bərpa edilərək ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Onun həyat yoldaşı mərhum X6 xx.xx.2011-ci tarixdən, xx.xx.2011-ci tarixli 05/K saylı əmrlə "xxxx" ASC-nin "Bakı Sukanal" İdarəsinin İcarəyə nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə 14-cü dərəcəli şöbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixədək bu vəzifədə çalışmışdır. Belə ki, xx.xx.2015-ci il tarixdə dünyasını dəyişdiyindən xx.xx.2016-ci il tarixli 244/K saylı əmrlə/ Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "e" bəndi-işçinin vəfat etməsi səbəbindən onunla imzalanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun ölümündən sonra xx.xx.2016-ci il tarixli, 132 və 02 nömrəli əmr-qərarla təsdiq edilmiş "xxxx" ASC-nin işçilərinə maddi yardımın verilməsi” Əsasnamə"sinə və "Kollektiv saziş”ə əsasən, ona himayəsində 3 (üç) azyaşlı uşağı olduğuna görə, hər biri üçün maddi yardımın verilməsi müəyyən edilmişdir. Lakin, həmin komitə tərəfindən yeni təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 60 və 04 nömrəli əmr-qərarla "xxxx" ASC-nin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamənin" 2.1.3 və 4.4 yarımbəndlərinə əsasən, ona maddi yardım verilməsi dayandırılmışdır. Tərəfindən "xxxx" ASCnin "Bakı Sukanal" İdarəsinə xx.xx.2018-ci il tarixli, 1-26 nömrəli ərizə verilmiş və cavab olaraq mənə xx.xx.2018-ci il tarixli 01/1/01-1/4/19951 nömrəli məktub göndərilmişdir. Azərbaycan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixli №01/1/01-1/4/2792 nömrəli cavab məktubuyla iddiaçının məktubuna rədd cavabı verərək, qeyd etmişdir ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin 29 dekabr 2017-ci il tarixli 603 və 04 nömrəli Əmr-Qərarı ilə birgə qəbul etdikləri "xxxx" ASC-nin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə"nin 2.1.3-cü bəndində qeyd olunan "İşçi" dedikdə "ailə başçısı" nəzərdə tutulur. Əsasnamənin 4.4-cü yarımbəndində isə "ailə başçısı" dedikdə ata, olmadığı təqdirdə isə ana nəzərdə tutulur. Azərbaycan Cavabdehçıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixli №01/1/01-1/4/2792 nömrəli cavab məktubuyla göndərilən qərar əsassızdır. Qeyd etmək lazımdır ki, "ailə başçısı" dedikdə, sadəcə ata deyil, eyni zamanda ana da nəzərdə tutulur. Belə ki, ailəni dolandırmaq qabiliyyətinə malik olan və gəlir gətirən şəxs ailə başçısıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 07 sentyabr 2003-cü il tarixindən Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11A, 1 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 106502 saylı xx.xx.2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 arasında 14 avqust 2004-cü il tarixdə nikah bağlanmış və bağlanmış nikah 476 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 220850 saylı xx.xx.2019-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur və bu barədə 2067 nömrəli akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası isə X3r. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 220851 saylı xx.xx.2019-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2013-ci il tarixdə anadan olmuşdur və bu barədə 802 nömrəli akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası isə X3r. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 220849 saylı xx.xx.2019-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur və bu barədə 155 nömrəli akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası isə X3r. İş materiallarında olan AZ-İ 796936 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 27 dekabr 2015-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 62 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan ИТ-İ seriyalı ******* saylı Əmək Kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixindən Cavabdeh ASC-nin Bakı Sukanalı İdarəsi İcraya nəzarət kargüzarlıq və təsərrüfat işləri şöbəsinə 14-cü dərəcəli şöbə rəisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı 460636 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur və bu barədə 1596 nömrəli akt qeydi tərtib edilmişdir. X7, anası isə X4r. İş materiallarında olan xx.xx.2022-ci il tarixində İddiaçı Cavabdeh ASC-nin sədr müavininə ərizənin məzmunundan görünür ki, xx.xx.2017-ci ildən hal hazırki günə kimi uşaqlara verilməli dayandırılan maddi yardım ödənilməsinin bərpa edilməsi, həmin aylar hesablanaraq kompensasiya şəkilində ona ödənilməsi barədə müvafiq köməklik gostərilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixli 01/1/01-1/4/2792 nömrəli məktubundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Su Təsərufatı X8 Respublika Komitəsinin 29 dekabr 2017-ci il tarixli 603 və 04 nömrəli Əmr-Qərarı ilə birgə qəbul etdikləri Cavabdeh ASC-nin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamənin 2.12-cü bəndində qeyd olunan “İşçi” dedikdə “ailə başçısı” nəzərə tutulur.Əsasnamənin 4.4-cü yarımbəndində isə “ailə başçısı” dedikdə ata,olmadığı təqdirdə isə ana nəzərdə tutulur.Vəfat edən işçinin ailə başçısı olmaması ilə əlaqədar Əsasnamənin müvafiq yarımbənflərində zidd olduğuna görə sizə azyaşlı uşaqlara görə aylıq müavinətin verilməsi məqsədəmüvafiq olmadığını bildirilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2016-cı tarixli 132 nömrəli və Azərbaycan Su Təsərufatı X8 Respublika Komitəsinin xx.xx.2016-cı tarixli 02 nömrəli Əmr-qərarın surətindən müəyyən olur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçilərinə maddi yardım verilməsi haqqında əsasnaməninın (əlavə 1) yeni redaksiyası 01 aprel 2016-cı il tarixindən təsdiq edilmişdir İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2016-cı tarixli 132 nömrəli və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçilərinə maddi yardım verilməsi haqqında əsasnamənin təsdiq edilməsi barədə Azərsu ASC ilə Azərbaycan Təsərrüfatı X8 Respublika Komitəsi ilə birgə qərarına əsasən Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə maddi yardım verilməsi haqqında əsasnaməninın (əlavə 1) yeni redaksiyası 01 aprel 2016-cı il tarixindən təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2016-cı tarixli 132 nömrəli və Azərbaycan Su Təsərufatı X8 Respublika Komitəsinin xx.xx.2016-cı tarixli 02 nömrəli Əmr-qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçilərinə maddi yardım verilməsi haqqında əsasnamənin 2.1.3-cü bəndinə əsasən işçi vəfat etdikdə onun 18 (əyani təhsil alırsa 23) yaşa çatanadək uşaqlarının hər birinə görə ayda uşaqlara himayəlik edən ailə üzvlərindən birinə və ya himayəyə götürən hər hansı bir şəxsə ölkə üzrə qüvvədə olan minimum əmək haqqının 1 misli həcmində. Əsas - müraciət edən ailə üzvünün və ya himayəyə götürən hər hansı bir şəxsin ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, ölüm haqqında şəhadətnamənin surəti, uşaqların doğum haqqında şəhadətnamələrinin surəti, ildə ən azı bir dəfə ailə tərkibi haqqında, və təhsil müəssisəsindən əyani təhsil alması ilə əlaqədar arayış. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2017-cı tarixli 603 nömrəli və Azərbaycan Su Təsərufatı X8 Respublika Komitəsinin xx.xx.2017-cı tarixli 04 nömrəli Əmr-qərarın surətindən müəyyən olur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçilərinə maddi yardım verilməsi haqqında əsasnaməninın (əlavə 1) yeni redaksiyası 01 yanvar 2018-ci il tarixindən təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2017-cı tarixli 603 nömrəli və Azərbaycan Su Təsərufatı X8 Respublika Komitəsinin xx.xx.2017-cı tarixli 04 nömrəli Əmr-qərarın ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçilərinə maddi yardım verilməsi haqqında əsasnamənin 2.1.3-cü bəndinə əsasən işçi (ailə başçısı) vəfat etdikdə onun 18 (əyani təhsil alırsa 23) yaşa çatanadək uşaqlarının hər birinə görə ayda uşaqlara himayəlik edən ailə üzvlərindən birinə və ya qəyyumluğa götürən hər hansı bir şəxsə ölkə üzrə qüvvədə olan minimum əmək haqqının 1 misli həcmində.Əsas - müraciət edən ailə üzvünün və ya qəyyumluğa götürən hər hansı bir şəxsin ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, ölüm haqqında şəhadətnamənin surəti , uşaqların doğum haqqında şəhadətnamələrinin surəti, nikah haqqında şəhadətnamənin surəti (əks halda atalığın müəyyən edilməsi barədə VVADQ tərəfindən müvafiq təsdiqedici sənəd və ya məhkəmə qərarı), ailə tərkibi haqqında, təhsil müəssisəsindən əyani təhsil alması ilə əlaqədar və qəyyumluğa götürülmə barədə təsdiqedici sənədin surəti. Əsasnamənin 4.4-cü bəndinə əsasən 2.1.3-cü yarımbənddə qeyd olunan ailə başçısı dedikdə ata, o olmadığı təqdirdə isə ana nəzərdə tutulur. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “Bakı Sukanal” İdarəsinin xx.xx.2016-cı il tarixli 244/k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən müəyyən olunur ki, X6 -İcraya nəzarət kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən işçi vəfat etdiyinə görə xx.xx.2015-ci il tarixdən xitam verilməsi və X1 istifadə etdiyi əsas məzuniyyətində görə 49 təqvim günü pul əvəzi və onun vərəsələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndində əsasən orta aylıq əmək haqqın üç misli miqdarında müavinət ödənilməsi qərara alınmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.5-ci bəndinə əsasən müavinətlərin növlərindən biri də ailə başçısını itirməyə görə müavinətdir. Həmin qanunun 9.1-ci bəndinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4.-cü bəndinə əsasən, vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum həyat yoldaşı X6 xx.xx.2011-ci tarixdən, xx.xx.2011-ci tarixli 05/K saylı əmrlə "xxxx" ASC-nin "Bakı Sukanal" İdarəsinin İcarəyə nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə 14-cü dərəcəli şöbə rəisi vəzifəsinə işə qəbul edilmiş,. xx.xx.2015-ci il tarixədək bu vəzifədə çalışmışdır. Belə ki, xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən xx.xx.2016-ci il tarixli 244/K saylı əmrlə/ Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "e" bəndi-işçinin vəfat etməsi səbəbindən onunla imzalanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu işin mübahisəsiz halıdır. Daha sonra xx.xx.2016-ci il tarixli, 132 və 02 nömrəli əmr-qərarla təsdiq edilmiş "xxxx" ASC-nin işçilərinə maddi yardımın verilməsi "Əsasnamə"sinə və "Kollektiv saziş”ə əsasən, iddiaçıya himayəsində 3 (üç) azyaşlı uşağı olduğuna görə, hər biri üçün maddi yardımın verilməsi müəyyən edilmişdir. Lakin, həmin komitə tərəfindən yeni təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 60 və 04 nömrəli əmrqərarla "xxxx" ASC-nin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamənin" 2.1.3 və 4.4 yarımbəndlərinə əsasən, ona maddi yardım verilməsi dayandırılmışdır. Həmin əmr-qərarla təsdiqlənmiş Əsasnamənin 4.4-cü yarımbəndində isə "ailə başçısı" dedikdə ata, olmadığı təqdirdə isə ana nəzərdə tutulur. Göründüyü kimi mərhumun vəfat etməsindən sonra qəbul edilmiş əmr-qərarla təsdiqlənmiş xx.xx.2016-cı il tarixli, 132 və 02 nömrəli əmr-qərarla təsdiq edilmiş Əsasnaməyə əsasən müavinət verilsə də xx.xx.2017-ci il tarixli, 60 və 04 nömrəli əmrqərarla həmin müavinətin mərhumun ailəsinə şamil edilməməsi halında onun ailəsinin vəziyyətini pisləşdirir. Odur ki, həmin əsasnamənin şərtinin bu vəziyyətdə tətbiq edilməsi əsassızdır. Beləliklə, İddiaçı mərhum həyat yoldaşı X1 ölümü ilə əlaqədar iddiaçıya Cavabdeh ASC-nin və ASTİHİRK-nin 12 aprel 2016-cı il tarixli 132 və 02 nömrəli birgə əmr-qərarı ilə ödənilməli olan, Cavabdeh ASC-nin və ASTİHİRK-nin xx.xx.2017-ci il tarixli 603 və 04 nömrəli birgə əmr-qərarı ilə xx.xx.2017-ci il tarixdən ödənilməsi dayandırılan maddi yardımın hesablanaraq ödənilməsi vəzifəsi və Cavabdeh ASC-nin və ASTİHİRK-nin 12 aprel 2016-cı il tarixli 132 və 02 nömrəli birgə əmr-qərarı ilə maddi yardımın ödənilməsinin bərpa edilməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. Məhkəmə iddia ərizəsinin “xx.xx.2022-ci il tarixli 01/1/01-1/4/2792 nömrəli qərarının əsassız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2022-ci il tarixli 01/1/01-1/4/2792 nömrəli qərar deyil, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubudur, hər hansı bir hüquqi qüvvəyə malik deyildir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X1 ölümü ilə əlaqədar iddiaçıya Cavabdeh ASC-nin və ASTİHİRK-nin 12 aprel 2016-cı il tarixli 132 və 02 nömrəli birgə əmr-qərarı ilə ödənilməli olan, Cavabdeh ASC-nin və ASTİHİRK-nin xx.xx.2017-ci il tarixli 603 və 04 nömrəli birgə əmr-qərarı ilə xx.xx.2017-ci il tarixdən ödənilməsi dayandırılan maddi yardımın hesablanaraq ödənilməsi vəzifəsi və Cavabdeh ASC-nin və ASTİHİRK-nin 12 aprel 2016-cı il tarixli 132 və 02 nömrəli birgə əmr-qərarı ilə maddi yardımın ödənilməsinin bərpa edilməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar