Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4236/2022 11.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 22 iyun 2019-cu il tarixli M-1007 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borca görə 880 (səkkiz yüz səksən) manat pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, VÖEN ********** əsasında “SİNTRA” markalı su filterlərinin satışı ilə məşğul olan fərdi sahibkar X1 ilə Cavabdeh arasında 22 iyun 2019-cu il tarixli M-1007 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1.700 (bir min yeddi yüz) manat məbləğində olan “SİNTRA” su təmizləmə sistemi quraşdırılaraq cavabdehə təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 22 iyun 2019-cu il tarixli M-1007 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh tərəf Cavabdeh “SİNTRA” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh 22 iyun 2019-cu il tarixli M-1007 saylı alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən göstərilən qaydada 24 ay müddətinə olmaqla hər ayın 30-dan gec olmayaraq, hər ay 70 (yetmiş ) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh – Cavabdeh 22 iyun 2019-cu il tarixli M-1007 saylı saylı alqı-satqı müqaviləsi üzrə borcu 880 (səkkiz yüz səksən) manat təşkil edir. Daha sonra VÖEN ********** əsasında fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə aralarında yaranmış anlaşmazlığı danışıqlar yolu ilə həll etməyə hazır olduğunu və ödəniş prosesində yaranmış mübahisəli vəziyyəti aradan qaldırmaq üçün ondan asılı olan prosesləri həyata keçirmək istiqamətində İddiaçı MMC-nin təkliflərini gözlədiyini bildirmişdir. Həmçinin ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaldırılan iddianın əsası yoxdur və onun haqqında işlətdiyi borcu verməkdən “qərəzli” şəkildə boyun qaçırmaq ifadəsi həqiqəti əks etdirmir. Çünki ödəniş cədvəlinə nəzər saldıqda görünən odur ki, alqı-satqı borcu vaxtlı-vaxtında qrafikə uyğun şəkildə ödənilmişdir. Lakin “COVİD 19” pandemiyası səbəbindən ölkədə qapalı karantin rejiminə keçdikdən sonra ondan asılı olmayan səbəblərə görə tərəflər arasında rabitə zəifləmişdir. Ödəniş nəğd şəkildə hər ayın axrı MMC-nin göndərdiyi işçi tərəfindən əlbəəl götürülmüşdür. Qapalı karantin elan olunduğundan ödənişi təhvil alan işçilərin gəlməməsi və ya tez-tez dəyişdirilməsi, hər dəfəsində ayrı-ayrı nömrələrdən zəng vurması ödəniş prosesində ləngimələr yaratmışdır. Filtrin ehtiyat hissələrinin vaxtlı-vaxtında dəyişdirilməsi ilə bağlı etdiyi müraciətlərə cavab verilməməsi istifadə etdikləri suyun keyfiyyətinin aşağı düşməsinə, aparatın 5 aya yaxın müddət işləməməsinə gətirib çıxarmışdır. Nəhayət iyun ayında İddiaçı MMC ilə rabitə bərpa olunduğu üçün su filtrinə texniki xidmət göstərilmiş və apartın fəaliyyəti bərpa olunmuşdur. Bundan sonra ödənişlər həyata keçirilmişdir. Cavabdeh ödənişlərə dair çekləri ərizəyə əlavə etmişdir. Bundan başqa cavabdeh qeyd etmişdir ki, iddia ərizəsi verilməmişdən əvvəl şirkət tərəfindən ona heç bir xəbərdarlıq olunmayıb və bildiriş təqdim edilməyib. Cavabdehin ərizəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4236/2022 saylı qərardadı ilə mülki iş üzrə iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında mülki iş üzrə tərəflərə xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Daha sonra məhkəmə baxışı zamanı İddiaçı MMC xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarımasını və baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-4236/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4236/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver