Məhkəmə qərarları › İş №e-2(004)-4243/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4243/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4243/2024 02.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı- satqı müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. SM 59425 saylı xx.xx.2021-ci il tarixdə nisyə alqı satqı müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada Samsung markalı mobil telefon üçün 12 ay müddətinə hər ayın 28-dən gec olmamaqla 170.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışı və çıxarışdan görünür ki, SM59425 saylı xx.xx.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi üzrə 600.00 manat məbləğində ilkin ödəniş etmiş və 2040.00 manat qalıq (əsas) borcdan 9 ay ərzində cəmi 1530.00 manat ödəmişdir. Beləliklə, cavabdehin 510.00 manat əsas, 178.50 manat cərimə borcu olmaqla, ümumilikdə 688.50 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 510 (beş yüz on) manat əsas, 178.50 (yüz yetmiş səkkiz manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 688.50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 59425 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı satqı müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada Samsung markalı mobil telefon üçün 12 ay müddətinə hər ayın 28-dən gec olmamaqla 170.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 25 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 510 (beş yüz on) manat əsas, 178.50 (yüz yetmiş səkkiz manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 688.50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC- Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı- satqı müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. SM 59425 saylı xx.xx.2021-ci il tarixdə nisyə alqı satqı müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada Samsung markalı mobil telefon üçün 12 ay müddətinə hər ayın 28-dən gec olmamaqla 170.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışı və çıxarışdan görünür ki, SM59425 saylı xx.xx.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi üzrə 600.00 manat məbləğində ilkin ödəniş etmiş və 2040.00 manat qalıq (əsas) borcdan 9 ay ərzində cəmi 1530.00 manat ödəmişdir. Beləliklə, cavabdehin 510.00 manat əsas, 178.50 manat cərimə borcu olmaqla, ümumilikdə 688.50 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, müqavilə üzrə cərimə pulunu 178.50 manat məbləğində deyil, 50 (əlli) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində tutmağı məqsədə müvafiq hesab edir.Belə ki, iddia tələbində qeyd olunan məbləğlərdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun 50 manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 50 manatdan yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 510 (beş yüz on) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 560 (beş yüz altmış) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 510 (beş yüz on) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 560 (beş yüz altmış) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar