Məhkəmə qərarları › İş №e-2(004)-4248/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4248/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4248/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Bellissa-Alyans yataq dəsti, ANTUANETTA FS-08 mebel üçün 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, HOFFMANN SİAC kondisioner üçün 332.5 (üç yüz otuz iki, əlli qəpik) manat ödənilməmiş hissə, 71.5 (yetmiş bir, əlli qəpik) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Kombi HOFFMANN üçün 196.6 (yüz doxsan altı, altmış qəpik) manat ödənilməmiş hissə, 58.4 (əlli səkkiz, qırx qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021ci il tarixində 01 saylı əlavəyə əsasən, Ütü GORENJE, Çaynik SOFRAM Venus, Mini soba HOFFMANN, Qazan dəsti CANALİ, HOFFMANN LED üçtvün 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 161 (yüz altmış bir) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İmei kodu **********47072 iPhone 11 markalı telefon, Apple watch, Qazan dəsti SHOSMAN, Ətçəkən Panasonic, Yorgan – Tekstil, 2 ədəd X5 – Tekstil, Yastık Kilifi - Tekstil üçün 3595.2 (üç min beş yüz doxsan beş, iyirmi qəpik) manat ödənilməmiş hissə, 642.8 (altı yüz qırx iki, səksən qəpik) manat dəbbə; ümumilikdə 6327(altı min üç yüz iyirmi yeddi) manat borc, 83.27(səksən üç manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, Bellissa-Alyans yataq dəsti, ANTUANETTA FS-08 mebel, HOFFMANN SİAC kondisioner, Kombi HOFFMANN, ütü GORENJE, Çaynik SOFRAM Venus, Mini soba HOFFMANN, Qazan dəsti CANALİ, HOFFMANN LED tv, İmei kodu **********47072 iPhone 11 markalı telefon, Apple watch, Qazan dəsti SHOSMAN, Ətçəkən Panasonic, Yorgan – Tekstil, 2 ədəd X5 – Tekstil, Yastık Kilifi – Tekstil nisyə satış almış və həmin əşyalar üçün 6327 (altı min üç yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdehin borcu xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 636.48 (altı yüz otuz altı, qırx səkkiz qəpik) manat (7 ay x 79.56 manat + 79.56 manat ilkin ödəniş) olan Bellissa-Alyans yataq dəsti, ANTUANETTA FS-08 mebel üçün ümumilikdə, 723 (yeddi yüz iyirmi üç) manat olmaqla ondan, 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 351 (üç yüz əlli bir) manat (19 ay x 17.55 manat + 17.55 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisioner üçün ümumilikdə, 404 (dörd yüz dörd) manat olmaqla ondan, 332.5 (üç yüz otuz iki, əlli qəpik) manat ödənilməmiş hissə, 71.5 (yetmiş bir, əlli qəpik) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 262.16 (iki yüz altmış iki, on altı) manat (3 ay x 65.54 manat + 65.54 manat ilkin ödəniş) olan Kombi HOFFMANN üçün ümumilikdə, 255 (iki yüz əlli beş) manat olmaqla ondan, 196.6 (yüz doxsan altı, altmış qəpik) manat ödənilməmiş hissə, 58.4 (əlli səkkiz, qırx qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 595.56 (beş yüz doxsan beş, əlli altı qəpik) manat (11 ay x 49.63 manat + 49.63 manat ilkin ödəniş) olan Ütü GORENJE, Çaynik SOFRAM Venus, Mini soba HOFFMANN, Qazan dəsti CANALİ, HOFFMANN LED üçün ümumilikdə, 707 (yeddi yüz yeddi) manat olmaqla ondan, 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 161 (yüz altmış bir) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 3739.06 (üç min yeddi yüz otuz doqquz, altı qəpik) manat (25 ay x 143.81 manat + 143.81 manat ilkin ödəniş) olan İmei kodu **********47072 iPhone 11 markalı telefon, Apple watch, Qazan dəsti SHOSMAN, Ətçəkən Panasonic, Yorgan – Tekstil, 2 ədəd X5 – Tekstil, Yastık Kilifi - Tekstil üçün ümumilikdə, 4238 (dörd min iki yüz otuz səkkiz) manat olmaqla ondan, 3595.2 (üç min beş yüz doxsan beş, iyirmi qəpik) manat ödənilməmiş hissə, 642.8 (altı yüz qırx iki, səksən qəpik) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 356.96 (üç yüz əlli altı manat doxsan altı qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00348338 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən Bellissa-Alyans yataq dəsti, ANTUANETTA FS-08 mebel almışdır. Həmin müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019 -ci il tarixli 00692063 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən HOFFMANN SİAC kondisioner almışdır. Həmin müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019 -ci il tarixli 00921706 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən Kombi HOFFMANN almışdır. Həmin müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020- ci il 20247435 nömrəli müqavilədən görünür ki, Cavabdeh Ütü GORENJE, Çaynik SOFRAM Venus, Mini soba HOFFMANN, Qazan dəsti CANALİ, HOFFMANN LED almışdır. Həmin müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20191196 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən iPhone 11 markalı telefon, Apple watch, Qazan dəsti SHOSMAN, Ətçəkən Panasonic, Yorgan – Tekstil, 2 ədəd X5 – Tekstil, Yastık Kilifi - Tekstil almışdır. Həmin müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləsinə 01 saylı əlavəyə əsasən, 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat cərimə; xx.xx.2019-ci il tarixli müqaviləsinə 01 saylı əlavəyə əsasən, 332.5 (üç yüz otuz iki manat, əlli qəpik) manat ödənilməmiş hissə, 71.5 (yetmiş bir manat, əlli qəpik) manat cərimə; xx.xx.2019 -ci il tarixli müqaviləsinə 01 saylı əlavəyə əsasən, 196.6 (yüz doxsan altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 58.4 (əlli səkkiz manat, qırx qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavəyə əsasən, 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 161 (yüz altmış bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavəyə əsasən, 3595.2 (üç min beş yüz doxsan beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 642.8 (altı yüz qırx iki manat səksən qəpik) manat cərimə, ümumilikdə 6327(altı min üç yüz iyirmi yeddi) manat borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilələr üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 21 iyul 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 83,27 (səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00348338 nömrəli müqaviləsinə 01 saylı əlavəyə əsasən Bellissa-Alyans yataq dəsti, ANTUANETTA FS-08 mebel üçün 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat cərimə, cəmi 723 (yeddi yüz iyirmi üç) manat, xx.xx.2019-cu il tarixli 00692063 nömrəli müqaviləsinə 01 saylı əlavəyə əsasən, HOFFMANN SİAC kondisioner üçün, 332.5 (üç yüz otuz iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 71.5 (yetmiş bir manat əlli qəpik) manat cərimə, cəmi 404 (dörd yüz dörd) manat, xx.xx.2019-cu il tarixli 00921706 nömrəli müqaviləsinə 01 saylı əlavəyə əsasən Kombi HOFFMANN üçün 196.6 (yüz doxsan altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 58.4 (əlli səkkiz manat qırx qəpik) manat cərimə, cəmi 255 (iki yüz əlli beş) manat, xx.xx.2020-ci il 20247435 nömrəli müqaviləsinə 01 saylı əlavəyə əsasən Ütü GORENJE, Çaynik SOFRAM Venus, Mini soba HOFFMANN, Qazan dəsti CANALİ, HOFFMANN LED üçün 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 161 (yüz altmış bir) manat cərimə, cəmi 707 (yeddi yüz yeddi) manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavəyə əsasən, iPhone 11 markalı telefon, Apple watch, Qazan dəsti SHOSMAN, ətçəkən Panasonic, Yorgan – Tekstil, 2 ədəd X5 – Tekstil, Yastık Kilifi - Tekstil üçün 3595.2 (üç min beş yüz doxsan beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 642.8 (altı yüz qırx iki manat səksən qəpik) manat cərimə olmaqla, cəmi 6327 (altı min üç yüz iyirmi yeddi) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilələr üzrə əsas borca hesablanmış tənasübsüz surətdə yüksək cərimə məbləğləri azaldılmalı, xx.xx.2018ci il tarixli 00348338 nömrəli müqavilə üzrə 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissəyə hesablanmış 166 (yüz altmış altı) manat cərimə, 50(əlli) manat məbləğində, xx.xx.2019-cu il tarixli 00692063 nömrəli müqavilə üzrə 332.5 (üç yüz otuz iki manat əlli qəpik) manat ödənilməmiş hissəyə hesablanmış 71.5 (yetmiş bir manat əlli qəpik) manat cərimə borcu 30(otuz)manat məbləğində, xx.xx.2019-cu il tarixli 00921706 nömrəli müqavilə üzrə 196.6 (yüz doxsan altı manat altmış qəpik) manat ödənilməmiş hissəyə hesablanmış 58.4 (əlli səkkiz manat qırx qəpik) manat cərimə borcu 20(iyirmi) manat məbləğində, xx.xx.2020-ci il 20247435 nömrəli müqavilə üzrə 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissəyə hesablanmış 161 (yüz altmış bir) manat cərimə borcu 50(əlli) manat məbləğində, xx.xx.2020-ci il tarixli 20191196 nömrəli müqavilə üzrə 3595.2 (üç min beş yüz doxsan beş manat iyirmi qəpik), manat ödənilməmiş hissəyə hesablanmış 642.8 (altı yüz qırx iki manat səksən qəpik) manat cərimə borcuna 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 332,50 (üç yüz otuz iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 30(otuz) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 196,60 (yüz doxsan altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 20(iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 50(əlli) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 3595,20 (üç min beş yüz doxsan beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 350(üç yüz əlli) manat cərimə olmaqla, cəmi 5727,30 (beş min yeddi yüz iyirmi yeddi manat otuz qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-ə tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 83.27(səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 332,50 (üç yüz otuz iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 30(otuz) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 196,60 (yüz doxsan altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 20(iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 50(əlli) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə üzrə 3595,20 (üç min beş yüz doxsan beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 350(üç yüz əlli) manat cərimə olmaqla, cəmi 5727,30 (beş min yeddi yüz iyirmi yeddi manat otuz qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. Ödənilmiş 83,27 (səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar