Məhkəmə qərarları › İş №e-2(004)-4250/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4250/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4250/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və cavabdeh X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Lenovo kompüter, Mouse Genius üçün 1614.4 (bir min altı yüz on dörd, qırx qəp) manat ödənilməmiş hissə, 386.6 (üç yüz səksən altı, altmış qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Yemək & Çay dəsti ERFOLGüçün 919.5 (doqquz yüz on doqquz, əlli qəp) manat ödənilməmiş hissə, 219.5 (iki yüz on doqquz, əlli qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********95574 X7 9 Pro markalı telefon, İmei kodu **********01413 NOKİA150 markalı telefonüçün 789.1 (yeddi yüz səksən doqquz, on qəp) manat ödənilməmiş hissə, 213.9 (iki yüz on üç, doxsan qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Şirə çəkən GORENJE, Qazan SOFRAM, X5, NevresimTakımı – Tekstil, 2 ədəd Süfrə - Tekstil, 2 ədəd Havlu – Tekstil, Cay Desmali – Tekstil üçün 674.3 (altı yüz yetmiş dörd, otuz qəp) manat ödənilməmiş hissə, 201.7 (iki yüz bir, yetmiş qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********73521 XİAOMİ REDMİ 9 markalı telefonüçün 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Beauty - Genc – Termo, Grand - Dehliz dolabüçün, 655.2 (altı yüz əlli beş, iyirmi qəp) manat ödənilməmiş hissə, 111.8 (yüz on bir, səksən qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Ütü Boschüçün 379.8 (üç yüz yetmiş doqquz, səksən qəp) manat ödənilməmiş hissə, 114.2 (yüz on dörd, iyirmi qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Nevresim Takımı – Tekstil, Uyku Seti – Tekstil üçün, 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Yastiq – Tekstil, Yorgan – Tekstil, 2 ədəd Nevresim Takımı – Tekstil üçün 151.5 (yüz əlli bir, əlli qəp) manat ödənilməmiş hissə, 45.5 (qırx beş, əlli qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Nevresim Takımı – Tekstil üçün 226.5 (iki yüz iyirmi altı, əlli qəp) manat ödənilməmiş hissə, 53.5 (əlli üç, əlli qəp) manat cərimə, ümumilikdə 7487 manat borc, 94.87 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC il0ə8.04.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Lenovo kompüter, Mouse Genius, Yemək & Çay dəsti ERFOLG, İmei kodu **********95574 X7 9 Pro markalı telefon, İmei kodu **********01413 NOKİA150 markalı telefon, Şirə çəkən GORENJE, Qazan SOFRAM, X5, NevresimTakımı – Tekstil, 2 ədəd Süfrə - Tekstil, 2 ədəd Havlu – Tekstil, Cay Desmali – Tekstil, İmei kodu **********73521 XİAOMİ REDMİ 9 markalı telefon, Beauty - Genc – Termo, Grand - Dehliz dolab, Ütü Bosch, NevresimTakımı – Tekstil, Uyku Seti – Tekstil, Yastiq – Tekstil, Yorgan – Tekstil, 2 ədəd NevresimTakımı – Tekstil, 2 ədəd NevresimTakımı – Teksti almış və nəticədə 7487 (yeddi min dörd yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1785.6 (bir min yeddi yüz səksən beş, altmış qəp) manat (18 ay x 99.2 manat + 0 manat ilkin ödəniş) olan Lenovo kompüter, Mouse Genius üçün ümumilikdə, 2001 (iki min bir) manat olmaqla ondan, 1614.4 (bir min altı yüz on dörd, qırx qəp) manat ödənilməmiş hissə, 386.6 (üç yüz səksən altı, altmış qəp) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1103.4 (bir min yüz üç, qırx qəp) manat (18 ay x 61.3 manat + 0 manat ilkin ödəniş) olan Yemək & Çaydəsti ERFOLGüçün ümumilikdə, 1139 (bir min yüz otuz doqquz) manat olmaqla ondan, 919.5 (doqquz yüz on doqquz, əlli qəp) manat ödənilməmiş hissə, 219.5 (iki yüz on doqquz, əlli qəp) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 995.4 (doqquz yüz doxsan beş, qırx qəp) manat (18 ay x 55.3 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********95574 X7 9 Pro markalı telefon, İmei kodu **********01413 NOKİA 150 markalı telefonüçün ümumilikdə, 1003 (bir min üç) manat olmaqla ondan, 789.1 (yeddi yüz səksən doqquz, on qəp) manat ödənilməmiş hissə, 213.9 (iki yüz on üç, doxsan qəp) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1011.6 (bir min on bir, altmış qəp) manat (18 ay x 56.2 manat + 0 manat ilkin ödəniş) olan Şirə çəkən GORENJE, Qazan SOFRAM, X5, Nevresim Takımı – Tekstil, 2 ədəd Süfrə - Tekstil, 2 ədəd Havlu – Tekstil, Cay Desmali – Tekstil üçün ümumilikdə 876 (səkkiz yüz yetmiş altı) manat olmaqla ondan, 674.3 (altı yüz yetmiş dörd, otuz qəp) manat ödənilməmiş hissə, 201.7 (iki yüz bir, yetmiş qəp) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 487.2 (dörd yüz səksən yeddi, iyirmi qəp) manat (12 ay x 40.6 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********73521 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə 473 (dörd yüz yetmiş üç) manat olmaqla ondan, 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 748.8 (yeddi yüz qırx səkkiz, səksən qəp) manat (24 ay x 31.2 manat + 0 manat ilkin ödəniş) olan Beauty - Genc – Termo, Grand - Dehliz dolab üçün ümumilikdə, 767 (yeddi yüz altmış yeddi) manat olmaqla ondan, 655.2 (altı yüz əlli beş, iyirmi qəp) manat ödənilməmiş hissə, 111.8 (yüz on bir, səksən qəp) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan Ütü Boschüçün ümumilikdə, 494 (dörd yüz doxsan dörd) manat olmaqla ondan, 379.8 (üç yüz yetmiş doqquz, səksən qəp) manat ödənilməmiş hissə, 114.2 (yüz on dörd, iyirmi qəp) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 511.2 (beş yüz on bir, iyirmi qəp) manat (18 ay x 28.4 manat + 0 manat ilkin ödəniş) olan Nevresim Takımı – Tekstil, Uyku Seti – Tekstil üçün ümumilikdə, 257 (iki yüz əlli yeddi) manat olmaqla ondan, 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan Yastiq – Tekstil, Yorgan – Tekstil, 2 ədəd Nevresim Takımı – Tekstil üçün ümumilikdə, 197 (yüz doxsan yeddi) manat olmaqla ondan, 151.5 (yüz əlli bir, əlli qəp) manat ödənilməmiş hissə, 45.5 (qırx beş, əlli qəp) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 256.7 (iki yüz əlli altı, yetmiş qəp) manat (17 ay x 15.1 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Nevresim Takımı – Tekstil üçün ümumilikdə, 280 (iki yüz səksən) manat olmaqla ondan, 226.5 (iki yüz iyirmi altı, əlli qəp) manat ödənilməmiş hissə, 53.5 (əlli üç, əlli qəp) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 2294.6 manat təşkil edir Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən 08 mart 2022-ci il tarixdə 151 manat ödəniş edilmişdir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Ona görə də, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung televizor üçün 2004.14 manat ödəmilməmiş hissə, 200 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LC Paltaryuyan üçün 1329.4 manat ödənilməmiş hissə, 132.6 manat cərimə pulu olmaqla, ümümilikdə 3666.14 manat borc və 58.33 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr əsasında "xxxx"-dən Samsung televizor, LC Paltaryuyan maşını hissə-hissə ödəmək şərti ilə almışdır. Həmin əşyaları əslində özü üçün yox, X3 üçün götürmüşdür. Həmin şəxs tərəfindən aylıq ödənişlər ona verilmədiyindən, o da iddiaçıya ödənişləri edə bilməmişdir. İddia tələbini əsas borc hissədə qəbul edir, lakin cərimə hissəsində yüksək hesab edir və azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22452140 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti alqı-satqı qiyməti 1785.6 (bir min yeddi yüz səksən beş, altmış qəp) manat (18 ay x 99.2 manat + 0 manat ilkin ödəniş) olan Lenovo kompüter, Mouse Genius almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22472336 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti alqı-satqı qiyməti 1103.4 (bir min yüz üç, qırx qəp) manat (18 ay x 61.3 manat + 0 manat ilkin ödəniş) olan Yemək & Çaydəsti ERFOLG almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22276242 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti 995.4 (doqquz yüz doxsan beş, qırx qəp) manat (18 ay x 55.3 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********95574 X7 9 Pro markalı telefon almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il 22232589 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti 1011.6 (bir min on bir, altmış qəp) manat (18 ay x 56.2 manat + 0 manat ilkin ödəniş) olan Şirə çəkən GORENJE, Qazan SOFRAM, X5, Nevresim Takımı – Tekstil, 2 ədəd Süfrə - Tekstil, 2 ədəd Havlu – Tekstil, Cay Desmali – Tekstil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22472337 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti 487.2 (dörd yüz səksən yeddi, iyirmi qəp) manat (12 ay x 40.6 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********73521 XİAOMİ REDMİ 9 markalı telefon almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23016537 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti 748.8 (yeddi yüz qırx səkkiz, səksən qəp) manat (24 ay x 31.2 manat + 0 manat ilkin ödəniş) olan Beauty - Genc – Termo, Grand - Dehliz dolab almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22049800 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan Ütü Bosch almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21083118 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti 511.2 (beş yüz on bir, iyirmi qəp) manat (18 ay x 28.4 manat + 0 manat ilkin ödəniş) olan Nevresim Takımı – Tekstil, Uyku Seti – Tekstil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20321664 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan Yastiq – Tekstil, Yorgan – Tekstil, 2 ədəd Nevresim Takımı – Tekstil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22459954 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC –dən alqı-satqı qiyməti 256.7 (iki yüz əlli altı, yetmiş qəp) manat (17 ay x 15.1 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Nevresim Takımı – Tekstil almışdır. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 1614.4 (bir min altı yüz on dörd, qırx qəp) manat ödənilməmiş hissə, 386.6 (üç yüz səksən altı, altmış qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 919.5 (doqquz yüz on doqquz, əlli qəp) manat ödənilməmiş hissə, 219.5 (iki yüz on doqquz, əlli qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 789.1 (yeddi yüz səksən doqquz, on qəp) manat ödənilməmiş hissə, 213.9 (iki yüz on üç, doxsan qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 674.3 (altı yüz yetmiş dörd, otuz qəp) manat ödənilməmiş hissə, 201.7 (iki yüz bir, yetmiş qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 655.2 (altı yüz əlli beş, iyirmi qəp) manat ödənilməmiş hissə, 111.8 (yüz on bir, səksən qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 379.8 (üç yüz yetmiş doqquz, səksən qəp) manat ödənilməmiş hissə, 114.2 (yüz on dörd, iyirmi qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 151.5 (yüz əlli bir, əlli qəp) manat ödənilməmiş hissə, 45.5 (qırx beş, əlli qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 226.5 (iki yüz iyirmi altı, əlli qəp) manat ödənilməmiş hissə, 53.5 (əlli üç, əlli qəp) manat cərimə, ümumilikdə 7487 manat borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilələr üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 24 iyun 2022-ci il tarixli 121756 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 97.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22452140 nömrəli müqaviləsinə əsasən Lenovo kompüter, Mouse Genius üçün 1614.4 (bir min altı yüz on dörd, qırx qəp) manat ödənilməmiş hissə, 386.6 (üç yüz səksən altı, altmış qəp) manat cərimə, cəmi 2001 (iki min bir) manat, xx.xx.2021-ci il tarixli 22472336 nömrəli müqaviləsinə əsasən, Yemək & Çaydəsti ERFOLG üçün 919.5 (doqquz yüz on doqquz, əlli qəp) manat ödənilməmiş hissə, 219.5 (iki yüz on doqquz, əlli qəp) manat cərimə, cəmi 1139 (bir min yüz otuz doqquz) manat, xx.xx.2021-ci il tarixli 22276242 nömrəli müqaviləsinə əsasən Şirə çəkən GORENJE, Qazan SOFRAM, X5, Nevresim Takımı – Tekstil, 2 ədəd Süfrə - Tekstil, 2 ədəd Havlu – Tekstil, Cay Desmali – Tekstil üçün 789.1 (yeddi yüz səksən doqquz, on qəp) manat ödənilməmiş hissə, 213.9 (iki yüz on üç, doxsan qəp) manat cərimə;cəmi 1003 (bir min üç) manat, xx.xx.2021-ci il 22232589 nömrəli müqaviləsinə əsasən, Şirə çəkən GORENJE, Qazan SOFRAM, X5, Nevresim Takımı – Tekstil, 2 ədəd Süfrə - Tekstil, 2 ədəd Havlu – Tekstil, Cay Desmali – Tekstil üçün 674.3 (altı yüz yetmiş dörd, otuz qəp) manat ödənilməmiş hissə, 201.7 (iki yüz bir, yetmiş qəp) manat cərimə;cəmi 876 (səkkiz yüz yetmiş altı) manat, xx.xx.2021-ci il tarixli 22472337 nömrəli müqaviləsinə əsasən, İmei kodu **********73521 XİAOMİ REDMİ 9 markalı telefon üçün 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat cərimə,cəmi 473 (dörd yüz yetmiş üç) manat , xx.xx.2021-ci il tarixli 23016537 nömrəli müqaviləsinə əsasən, Beauty - Genc – Termo, Grand - Dehliz dolab üçün 655.2 (altı yüz əlli beş, iyirmi qəp) manat ödənilməmiş hissə, 111.8 (yüz on bir, səksən qəp) manat cərimə,cəmi 767 (yeddi yüz altmış yeddi) manat yaranmışdır. xx.xx.2020-ci il tarixli 22049800 nömrəli müqaviləsinə əsasən Ütü Bosch üçün 379.8 (üç yüz yetmiş doqquz, səksən qəp) manat ödənilməmiş hissə, 114.2 (yüz on dörd, iyirmi qəp) manat cərimə,cəmi 494 (dörd yüz doxsan dörd) manat, xx.xx.2020-ci il tarixli 21083118 nömrəli müqaviləsinə əsasən, Nevresim Takımı – Tekstil, Uyku Seti – Tekstil üçün 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə,cəmi 257 (iki yüz əlli yeddi) manat, xx.xx.2020-ci il tarixli 20321664 nömrəli müqaviləsinə əsasən, Yastiq – Tekstil, Yorgan – Tekstil, 2 ədəd Nevresim Takımı – Tekstil üçün 151.5 (yüz əlli bir, əlli qəp) manat ödənilməmiş hissə, 45.5 (qırx beş, əlli qəp) manat cərimə,cəmi 197 (yüz doxsan yeddi) manat, xx.xx.2021-ci il tarixli 22459954 nömrəli müqaviləsinə əsasən, 2 ədəd Nevresim Takımı – Tekstil üçün 226.5 (iki yüz iyirmi altı, əlli qəp) manat ödənilməmiş hissə, 53.5 (əlli üç, əlli qəp) manat cərimə olmaqla, cəmi 280 (iki yüz səksən) manat almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilə üzrə əsas borc üzrə hesablanmış tənasübsüz surətdə yüksək cərimə pulu azaldılmalı, xx.xx.2021-ci il tarixli 22452140 nömrəli müqavilə üzrə 1614.4 (bir min altı yüz on dörd, qırx qəp) manat ödənilməmiş hissəyə hesablanmış 386.6 (üç yüz səksən altı, altmış qəp) manat cərimə, 150(yüz əlli) manat məbləğində, xx.xx.2021-ci il tarixli 22472336 nömrəli müqavilə üzrə 919.5 (doqquz yüz on doqquz, əlli qəp) manat ödənilməmiş hissəyə hesablanmış 219.5 (iki yüz on doqquz, əlli qəp) manat cərimə borcu 80(səksən) manat məbləğində, xx.xx.2021-ci il tarixli 22276242 nömrəli müqavilə üzrə 789.1 (yeddi yüz səksən doqquz, on qəp) manat ödənilməmiş hissəyə hesablanmış 213.9 (iki yüz on üç, doxsan qəp) manat cərimə borcu 70(yetmiş) manat məbləğində,xx.xx.2021-ci il 22232589 nömrəli müqavilə üzrə 674.3 (altı yüz yetmiş dörd, otuz qəp) manat ödənilməmiş hissəyə hesablanmış 201.7 (iki yüz bir, yetmiş qəp) manat cərimə borcu 60(altmış) manat məbləğində, xx.xx.2021-ci il tarixli 22472337 nömrəli müqavilə üzrə 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissəyə hesablanmış 108 (yüz səkkiz) manat cərimə borcu 30(otuz) manat məbləğində, xx.xx.2021-ci il tarixli 23016537 nömrəli müqavilə üzrə 655.2 (altı yüz əlli beş, iyirmi qəp) manat ödənilməmiş hissəyə hesablanmış 111.8 (yüz on bir, səksən qəp) manat cərimə borcu 60(altmış) manat məbləğində, xx.xx.2020-ci il tarixli 22049800 nömrəli müqavilə üzrə 379.8 (üç yüz yetmiş doqquz, səksən qəp) manat ödənilməmiş hissəyə hesablanmş 114.2 (yüz on dörd, iyirmi qəp) manat cərimə borcu 30(otuz) manat məbləğində, xx.xx.2020-ci il tarixli 21083118 nömrəli müqavilə üzrə 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissəyə hesablamış 59 (əlli doqquz) manat cərimə borcu 10(on) manat məbləğində, xx.xx.2020-ci il tarixli 20321664 nömrəli müqavilə üzrə 151.5 (yüz əlli bir, əlli qəp) manat ödənilməmiş hissəyə hesablanmış 45.5 (qırx beş, əlli qəp) manat cərimə borcuna 10(on) manat məbləğində, xx.xx.2021-ci il tarixli 22459954 nömrəli müqavilə üzrə 226.5 (iki yüz iyirmi altı, əlli qəp) manat ödənilməmiş hissəyə hesablanmış 53.5 (əlli üç, əlli qəp) manat cərimə borcuna 20(iyirmi) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 151.5 (yüz əlli bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 379,80 (üç yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 674,30 (altı yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 789,10 (yeddi yüz səksən doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləyə 1614,40 (bir min altı yüz on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə 226,50 (iki yüz iyirmi altı manat əlli qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli, 22472337 saylı müqaviləyə əsasən 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2021-ci il tarixli 22472336 saylı müqaviləyə əsasən 919,50 (doqquz yüz on doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 655,20 (altı yüz əlli beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cəriməolmaqla, cəmi 6493,30 (altı min dörd yüz doxsan üç manat otuz qəpik) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 94,87 (doxsan dörd manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 151.5 (yüz əlli bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 379,80 (üç yüz yetmiş doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən674,30 (altı yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən789,10 (yeddi yüz səksən doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə,xx.xx.2021ci il tarixli müqaviləyə 1614,40 (bir min altı yüz on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə 226,50 (iki yüz iyirmi altı manat əlli qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli, 22472337 saylı müqaviləyə əsasən 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2021-ci il tarixli 22472336 saylı müqaviləyə əsasən919,50 (doqquz yüz on doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 655,20 (altı yüz əlli beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cəriməolmaqla,cəmi 6493,30 (altı min dörd yüz doxsan üç manat otuz qəpik)manat tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. Ödənilmiş 94,87 (doxsan dörd manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar