Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4255/2022 12.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıMMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə D070 saylı Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, 9.477 manat lizinq mükafatı üzrə, 13.843 manat cərimə üzrə olmaqla, cəmi 23.320 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun Bayramova Cavabdeh tutularaq İddiaçıMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4255/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizə-vəsatəti təmin edilərək iddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair 2(004)- 4255/2022 saylı mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5245/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, e-2- 2(102)-679/2022 saylı qərarına əsasən qeyd olunan nöqsanların aradan qaldırılması, mübahisənin tərəfləri arasında hüquq münasibətlərinin xarakterinin və mübahisənin predmetinin dəqiq aydınlaşdırılması və nəticəsinə uyğun olaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün iddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 11:30-a təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh İddiaçı MMC-ə müqavilə bağlamaq üçün müraciət edərkən əmlakı icarəyə verilmək məqsədilə aldığını və icarədən əldə olunan gəlir ilə lizinq öhdəliklərinin ödənilməsinə yönəldiləcəyini bildirmişdir və bu barədə şirkətə yazılı ərizə vermişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh daşınmaz əmlakı almaq istəyərkən 80.000 manat vəsaitə ehtiyacı olduğundan İddiaçı MMC-ə müraciət etmişdir. Həmin əmlakı almaqda məqsədi onun icarəyə verilməsi olmuşdur. Bu yolla da icarədən gələn gəlirlə lizinqə ödəməli olduğu məbləği həyata keçirəcəyini planlamışdır. Bu səbəbdən mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirərək, tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh İddiaçı MMC-yə ünvanlanmış olduğu ərizədən görünür ki, 80.000 manat vəsaitə ehtiyacı olduğu, bu vəsaitin ona lizinq şərtləri ilə maliyyələşdirilməsini xahiş etmiş, qeyd olunan əmlakı icarəyə vermək məqsədi ilə aldığını və icarədən əldə olunan gəlir ilə lizinq öhdəliklərinin ödənilməsinə yönəldəcəyini bildirmişdir. Göründüyü kimi, tərəflərin məhkəmə iclasında vermiş olduqları ilkin izahatlardan və İddiaçı MMC tərəfindən təqdim edilmiş daxili maliyyə lizinqi müqaviləsinin bağlanılması üçün İddiaçı MMC-ə müraciət ərizəsindən də göründüyü kimi mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən şəxsi istehlak (sosial-məişət təlabatının ödənilməsi) məqsədi üçün deyil, sahibkarlıq, yəni mənzilin icarəyə verilməsi məqsədilə lizinqə götürülmüşdür. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi üzrə 2(004)-4255/2022 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4255/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4255/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver