Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4267/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti" Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı" X20 1̇ Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti" Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı" X20 1̇ Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4731” saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bakı şəhər soveti İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarının, Milli Arxiv İdarəsi tərəfindən bu qərar əsasında verilmiş arxiv çıxarışının və orderin X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair xx.xx.1989-cu il tarixli qərarın, qərara 10 nömrəli əlavənin və həmin qərar əsasında verilmiş 4 nömrəli xx.xx.1989-cu il tarixli orderin X6 məxsus olması faktına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 4 nömrəli 20 mart 1989-cu il tarixli orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4731” saylı torpaq sahəsi X6 verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4731” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı xx.xx.2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi sənədlərdə və arxiv məlumatlarında hüquq sahibinin adında uyğunsuzluq göstərilir. İnzibati orqan bildirir ki, təqdim edilən orderdə ata adı “Durasay”, xx.xx.1989-cu il qərarda və idarənin arxivində olan siyahıda “Durusay”, notariat məktubunda isə “Durasan” kimi qeyd edilmişdir. Lakin əlavə olunan sənədlərdən də göründüyü kimi həmin torpaq sahəsi X6 məxsusdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti" Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı" X20 1̇ Saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/223350/2023 nömrəli bildirişə əsasən təqdim edilən sənədlərdə və arxiv məlumatları hüquq sahibinin arasında uyğunsuzluq aşkar edildiyindən hüquqların dövlət qeydiyyatına alınmasından alınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər soveti İcraiyyə Komitəsinin bağ təsərrüfatı inkişafı və istismarı Birliyi tərəfindən verilmiş 4 nömrəli xx.xx.1989-cu il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4731” saylı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Bakı şəhər X18 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1\12 saylı qərarından görünür ki, bağ tikinti kooperativlərinin N47-59 heyət tərkibi təsdiqlənməsi (13 saylı Əlavəyə əsasən) və onlara müəyyən qaydada torpaq sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 10 nömrəli X2 yazılmışdır. İş materiallarında olan İE 287309 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1918-ci ildə anadan olmuşdur. İş materiallarında olan İV-JQ 423939 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1067 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yasamal (Oktyabr) rayon VVADQ şöbəsi tərəfindən verilmiş İ-JQ 348180 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 15 iyul 1975-ci ildə nikaha daxil olmuşlar və bu barədə 714 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlanandan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası oğludur, Durasan xalasının həyat yoldaşı olub. Durasan kişi təxminən 1970-ci illərdə, Əbilhəsən isə 1990-cı illlərdə vəfat etmişdilər. Sabunçu rayonunda Əbilhəsənə məxsus bağ evi olduğunu bilir. Əbilhəsənin atasının adını həmişə “Durasan” kimi bilib, başqaları da onu elə çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Əbilhəsən onun atası, Durasan isə babasıdır. X1 Sabunçu rayonu ərazisində Lehiş bağ massivində torpaq sahəsi vardır. Babasının adı Durasan olub, həmişə mərhumu Durasan deyə çağırıblar. Babası Durasan təxminən 1970-ci illərdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4731” saylı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Lakin onun adı “X8” olmasına baxmayaraq, Bakı şəhər soveti İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarında, 10 nömrəli Əlavədə səhvən “X7”, 4 nömrəli xx.xx.1989-cu il tarixli orderdə isə səhvən “X9” kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4731” saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bakı şəhər soveti İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarın, Bakı şəhər soveti İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərara 10 nömrəli Əlavənin və həmin qərar əsasında Azərbaycan SSR Bakı şəhər soveti İcraiyyə Komitəsinin bağ təsərrüfatı inkişafı və istismarı Birliyi tərəfindən verilmiş 4 nömrəli xx.xx.1989-cu il tarixli orderin X6 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4731” saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bakı şəhər soveti İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarın, Bakı şəhər soveti İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərara 10 nömrəli Əlavənin və həmin qərar əsasında Azərbaycan SSR Bakı şəhər soveti İcraiyyə Komitəsinin bağ təsərrüfatı inkişafı və istismarı Birliyi tərəfindən verilmiş 4 nömrəli xx.xx.1989-cu il tarixli orderin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4267/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4267/2023
13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver