Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4268/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında ümumi dəyəri 1086 manat olan xx.xx.2022-ci il tarixli, ümumi dəyəri 2322 manat olan xx.xx.2022-ci il tarixli və ümumi dəyəri 2660 manat olan xx.xx.2022-ci il tarixli soyutma və istilik sisteminin satışı ilə bağlı 3 (üç) müqavilə imzalanmışdır. Həmin müqavilələr üzrə İddiaçı müqavilə öhdəliklərinə əməl edərək müqavilə predmeti olan əşyaları cavabdehə versə də, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş və müqavilələr üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Həmin müqavilələrin 3.4.1-ci maddəsinə əsasən, Alıcı müqavilənin ümumi dəyərini müəyyənləşdirilmiş qaydada və müddətdə ödəməyə borcludur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, Satıcı İddiaçı Alıcı Cavabdeh istilik sistemini saz vəziyyətdə satır və Alıcı 1086 manat məbləği 6 ay ərzində hər ay 181 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, Satıcı İddiaçı Alıcı Cavabdeh soyutma sistemini saz vəziyyətdə satır və Alıcı 2322 manat məbləği 12 ay ərzində hər ay 193,5 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, Satıcı İddiaçı Alıcı Cavabdeh soyutma sistemini və aksesuarları saz vəziyyətdə satır və Alıcı 2660 manat məbləği 6 ay ərzində hər ay 443,40 manat olmaqla ödəməyi öhdəsinə götürür. Müqavilələr üzrə müvafiq ödəniş cədvəlləri iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərməklə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq norması çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 1 (bir) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı İddiaçı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli, xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli və xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, Satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında ümumi dəyəri 1086 manat olan xx.xx.2022-ci il tarixli, ümumi dəyəri 2322 manat olan xx.xx.2022-ci il tarixli və ümumi dəyəri 2660 manat olan xx.xx.2022-ci il tarixli soyutma və istilik sisteminin satışı ilə bağlı 3 (üç) müqavilə imzalanmışdır. Həmin müqavilələr üzrə İddiaçı müqavilə öhdəliklərinə əməl edərək müqavilə predmeti olan əşyaları cavabdehə versə də, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş və müqavilələr üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Nəticədə, Cavabdeh İddiaçı ümumilikdə 6068 (altı min altmış səkkiz) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 81 (səksən bir) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli, xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli və xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli nisyə alqısatqı müqavilələri üzrə ümumilikdə 6068 (altı min altmış səkkiz) manat pul və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli, xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli və xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 6068 (altı min altmış səkkiz) manat pul və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4268/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4268/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver