Məhkəmə qərarları › İş №e-2(004)-4282/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4282/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4282/2022 18.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə LG LED TV üçün 839 (səkkiz yüz otuz doqquz) manat ödənilməmiş hissə, 83(səksən üç) manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********59247 SAMSUNG GALAXY A21S markalı telefon üçün 135(yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13(on üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********60799 SAMSUNG GALAXY A10 markalı telefon üçün 40(qirx) manat ödənilməmiş hissə, 4(dörd) manat cərimə olmaqla, ümumilikdə 1114 manat borc, 31.14 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED TV almış, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********59247 SAMSUNG GALAXY A21S markalı telefon almış, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********60799 SAMSUNG GALAXY A10 markalı telefon almış və nəticədə 1114 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cı il tarixli 22230590 müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1051.2(bir min əlli bir,iyirmi qəp.) manat (18 ay x 58.4 manat + 0 manat ilkin ödəniş)LG LED TV üçün ümumilikdə 922(doqquz yüz iyirmi iki) manat olmaqla ondan, 839(səkkiz yüz otuz doqquz) manat ödənilməmiş hissə, 83 (səksən üç)manat cərimə; xx.xx.2020-ci il tarixli 21120399 müqaviləyə əsasən, alqı-satqı qiyməti 540(beş yüz qirx) manat (12 ay x45 manat +0 manat ilkin ödəniş) İMEİ KOD **********59247 SAMSUNG GALAXY A21S markalı telefon üçün ümumilikdə, 148(yüz qirx səkkiz) manat olmaqla ondan, 135(yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13(on üç) manat cərimə; xx.xx.2020-ci il tarixli 20085626 müqaviləsinə əsasən, alqı-satqı qiyməti 338.3 (üç yüz otuz səkkiz,otuz qəp.) manat (17 ay x19.9 manat +0 manat ilkin ödəniş) İMEİ KOD **********60799 SAMSUNG GALAXY A10 markalı telefon üçün ümumilikdə, 44(qirx dörd) manat olmaqla ondan, 40(qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 915.5 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22230590 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında X4 "xxxx" MMC-dən LG LED TV almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1051.2(bir min əlli bir, iyirmi qəp.) manat (18 ay x 58.4 manat + 0 manat) ilkin ödəniş LG LED TV üçün ümumilikdə, 922 manat olmaqla ondan, 839(səkkiz yüz otuz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83(səksən üç) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli 21120399 saylı müqavilədən görünür ki, müqavilə əsasında X4 İMEİ KOD **********59247 SAMSUNG GALAXY A21S markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 540(beş yüz qirx) manat (12 ay x 45 manat +0 manat ilkin ödəniş) İMEİ KOD **********59247 SAMSUNG GALAXY A21S markalı telefon üçün ümumilikdə, 148(yüz qırx səkkiz) manat olmaqla ondan,135(yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13(on üç) manat cərimə borcu; xx.xx.2020ci il tarixli 20085626 müqavilədən görünür ki, müqavilə əsasında X4 İMEİ KOD **********60799 SAMSUNG GALAXY A10 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 338.3(üç yüz otuz səkkiz,otuz qəp.) manat (17 ay x19.9 manat +0 manat ilkin ödəniş) İMEİ KOD **********60799 SAMSUNG GALAXY A10 markalı telefon üçün ümumilikdə, 44(qırx dord) manat olmaqla ondan, 40(qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4(dörd) manat cərimə yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə cavabdeh X3 xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 22230590 nömrəli müqavilə üzrə X2 839(səkkiz yüz otuz doqquz) manat ödənilməmiş hissə, 83(səksən üç) manat cərimə, xx.xx.2020-ci il tarixli ********* nömrəli müqavilə üzrə 135(yüz otuz beş) manat ödənilməmiş hissə, 13(on üç) manat cərimə, xx.xx.2020-ci il tarixli 20085626 nömrəli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş hissə, 4(dörd) manat cərimə olmaqla, ümumilikdə 1114 (min yüz on dörd) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2021-ci il tarixli 22230590 saylı müqaviləyə əsasən, 839(səkkiz yüz otuz doqquz) manat ödənilməmiş hissə, 83(səksən üç) manat cərimə, xx.xx.2020-ci il tarixli 21120399 saylı müqaviləyə əsasən,135(yüz otuz beş) manat ödənilməmiş hissə, 13(on üç) manat cərimə, xx.xx.2020-ci il tarixli 20085626 saylı müqaviləyə əsasən, 40(qırx) manat ödənilməmiş hissə, 4(dord) manat cərimə olmaqla, cəmi 1114 (min yüz on dörd ) manat borc və 31,14 (otuz bir manat on dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar