Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4292/2024 29.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 02703150 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu 35380/Q2SK00606 olan XİAOMİ Pad5 markalı planşetin dəyərindən ödənilməmiş qalan 488,71 manat əsas borc və hesablanmış 48,29 manat cərimə olmaqla, cəmi 537 manat borcun; xx.xx.2022-ci il tarixli 03793377 nömrəli müqaviləyə əsasən nisyə aldığı Windows 11 Homenin dəyərindən ödənilməmiş qalan 198,12 manat əsas borc və hesablanmış 19,88 manat cərimə olmaqla, cəmi 218 manat borcun; xx.xx.2023-cü il tarixli 04053813 nömrəli müqaviləyə əsasən nisyə aldığı Samsung markalı tozsoranın dəyərindən ödənilməmiş qalan 96,63 manat əsas borc və hesablanmış 9,37 manat cərimə olmaqla, cəmi 106 manat borcun; xx.xx.2023-cü il tarixli 14064738 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu 47830/K3SX00141 Xiaomi Pad 6 markalı planşetin dəyərindən ödənilməmiş qalan 964,84 manat əsas borc və hesablanmış 96,16 manat cərimə olmaqla, cəmi 1061 manat borcun, ümumilikdə 1.922 manat borcun və ödənilmiş 39,22 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli 02703150 nömrəli müqaviləyə əsasən dəyəri 1109,88 manat olan İMEİ kodu 35380/Q2SK00606 olan XİAOMİ Pad 5 markalı planşeti ilkin ödənişsiz, 18 ay müddətinə ayda 61,66 manat ödənilməsi; xx.xx.2022-ci il tarixli 03793377 nömrəli müqaviləyə əsasən dəyəri 274,92 manat olan Windows 11 Homeni ilkin ödənişsiz olmaqla, 24 ay müddətinə ayda 13,33 manat ödənilməsi; xx.xx.2023-cü il tarixli 04053813 nömrəli müqaviləyə əsasən dəyəri 444,56 manat olan Samsung markalı tozsoranı 50 manat ilkin ödəniş, 12 ay müddətinə ayda 32,88 manat ödənilməsi; xx.xx.2023-cü il tarixli 14064738 nömrəli müqaviləyə əsasən dəyəri 1240,44 manat olan İMEİ kodu 47830/K3SX00141 Xiaomi Pad 6 markalı planşeti 150 manat ilkin ödəniş, 18 ay müddətinə ayda 60,58 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli 02703150 nömrəli müqavilə üzrə 488,71 manat əsas borcu və hesablanmış 48,29 manat cərimə olmaqla, cəmi 537 manat; xx.xx.2022-ci il tarixli 03793377 nömrəli müqavilə üzrə 198,12 manat əsas borcu və hesablanmış 19,88 manat cərimə olmaqla, cəmi 218 manat; xx.xx.2023-cü il tarixli 04053813 nömrəli müqavilə üzrə 96,63 manat əsas borcu və hesablanmış 9,37 manat cərimə olmaqla, cəmi 106 manat; xx.xx.2023-cü il tarixli 14064738 nömrəli müqavilə üzrə 964,84 manat əsas borcu və hesablanmış 96,16 manat cərimə olmaqla, cəmi 1061 manat borcu yaranmışdır. Dörd müqavilə üzrə cəmi 1922 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdehdən nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borc və ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 02703150 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu 35380/Q2SK00606 olan XİAOMİ Pad5 markalı planşetin dəyərindən ödənilməmiş qalan 488,71 manat əsas borc və hesablanmış 48,29 manat cərimə olmaqla, cəmi 537 manat borc; xx.xx.2022-ci il tarixli 03793377 nömrəli müqaviləyə əsasən nisyə aldığı Windows 11 Homenin dəyərindən ödənilməmiş qalan 198,12 manat əsas borc və hesablanmış 19,88 manat cərimə olmaqla, cəmi 218 manat borc; xx.xx.2023-cü il tarixli 04053813 nömrəli müqaviləyə əsasən nisyə aldığı Samsung markalı tozsoranın dəyərindən ödənilməmiş qalan 96,63 manat əsas borc və hesablanmış 9,37 manat cərimə olmaqla, cəmi 106 manat borc; xx.xx.2023-cü il tarixli 14064738 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu 47830/K3SX00141 Xiaomi Pad 6 markalı planşetin dəyərindən ödənilməmiş qalan 964,84 manat əsas borc və hesablanmış 96,16 manat cərimə olmaqla, cəmi 1061 manat borc və ödənilmiş 39,22 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.961,22 (min doqquz yüz altmış bir manat iyirmi iki qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-4292/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4292/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver