Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4301/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 523.3 manat əsas, 78.4 manat cərimə, cəmi 601.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 835 manat əsas, 125.2 manat cərimə, cəmi 960.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1050.9 manat əsas, 157.6 manat cərimə, cəmi 1208.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 649 manat əsas, 97.3 manat cərimə, cəmi 746.3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 463 manat əsas, 69.4 manat cərimə, cəmi 532.4 manat, ümumilikdə 4049.1 manat borcun və 60.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandıırlmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “LG” markalı televizor və “Hİ-Fİ WİRELESS BASEUS” markalı qulaqlığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla cəmi 1063.3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 87 manat olmaqla cəmi 1549 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı -satqı müqaviləsinə əsasən, “SAMSUNG” markalı televizor və “Hİ-Fİ XİAOMİ WİRELESS” markalı qulaqlığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 1050.98 manat, xx.xx.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “LOTUS” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 899 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “SAMSUNG” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla cəmi 699 manat, ümumilikdə beş müqavilə üzrə 4631.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 60 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə heç bir ödəniş etməmiş, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 50 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 40 manat ödəniş etmiş və beş müqavilə üzrə cəmi qalıq qalmış 3057.9 manat borcu qaytarmamışdır.. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər beş müqavilə üzrə 5279 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 527.9 manat İddiaçı MMC-yə ödənilməlidir.. Bununla da cavabdeh Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 523.3 manat əsas, 78.4 manat cərimə, cəmi 601.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 835 manat əsas, 125.2 manat cərimə, cəmi 960.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli(nisyə)alqı-satqı müqaviləsinə əsasən, 1050.9 manat əsas, 157.6 manat cərimə, cəmi 1208.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 649 manat əsas, 97.3 manat cərimə, cəmi 746.3 manat, xx.xx.2021ci il tarixli ********* saylı müddətli(nisyə)alqı-satqı müqaviləsinə əsasən, 463 manat əsas, 69.4 manat cərimə, cəmi 532.4 manat, beş müqavilə üzrə 3521.2 manat əsas, 527.9 manat cərimə,cəmi 4049.1 manat təşkil etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən aldığı “LG” markalı televizor və “Hİ-Fİ WİRELESS BASEUS” markalı qulaqlığa görə 18 aylıq ödəniş cədvəli üzrə sonuncu ay 43.30 manat, hər ay 60 manat olmaqla cəmi 1063.3 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı televizora görə 18 aylıq ödəniş cədvəli üzrə sonuncu ay 70 manat, hər ay 87 manat olmaqla cəmi 1549 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “SAMSUNG” markalı televizora görə 18 aylıq ödəniş cədvəli üzrə sonuncu ay 36 manat, hər ay 39 manat olmaqla cəmi 699 manat, xx.xx.2021ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “SAMSUNG” markalı televizor və “Hİ-Fİ XİAOMİ WİRELESS Mİ True Basic” markalı qulaqlığa görə 18 aylıq ödəniş cədvəli üzrə sonuncu ay 48 manat, hər ay 59 manat olmaqla cəmi 1050.98 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “LOTUS” markalı kondisionerə görə 18 aylıq ödəniş cədvəli üzrə sonuncu ay 49 manat, hər ay 50 manat olmaqla cəmi 899 manat borc yaranmışdır. İş materiallarında olan «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 60.49 (altmış manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış cərimə məbləğləri müqavilələr üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduqlarından xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 80 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 523,30 manat əsas, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 835 manat əsas, 80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1050,90 manat əsas, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 649 manat əsas, 50 manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, 463 manat əsas, 40 manat cərimə olmaqla, cəmi 3841,20 (üç min səkkiz yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş 60,49 (altmış manat qırx doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4301/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4301/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver