Məhkəmə qərarları › İş №e-2(004)-4344/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4344/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4344/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, cavabdeh İmei kod **********61902 Xiaomi Redmi 10C markalı telefon, X4, Pıko Glass, X5 3 qulaqlıq, İmei kod **********65890 Nokıa2660 markalı telefon, Fen Beurer, X3 13 kompüter almış və nəticədə 5840 (beş min səkkiz yüz qırx) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 608.04 (altı yüz səkkiz manat dörd qəpik) manat olan İmei kod **********61902 Xiaomi Redmi 10C markalı telefon, X4, Pıko Glass üçün 168.85 (yüz altmış səkkiz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 49.15 (qırx doqquz manat on beş qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 218 (iki yüz on səkkiz) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 108.96 (yüz səkkiz manat doxsan altı qəpik) manat olan X5 3 qulaqlıq üçün 14.92 (on dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 5.08 (beş manat səkkiz qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 20 (iyirmi) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 192.96 (yüz doxsan iki manat doxsan altı qəpik) manat olan İmei kod **********65890 Nokıa2660 markalı telefon üçün 52.05 (əlli iki manat beş qəpik) manat ödənilməmiş hissə, 14.95 (on dörd manat doxsan beş qəpik) manat dəbbə borcu olmaqla ümumilikdə, 67 (altmış yeddi) manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 96 (doxsan altı) manat olan Fen Beurer üçün 23.26 (iyirmi üç manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 7.74 (yeddi manat yetmiş dörd qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 31 (otuz bir) manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4888.98 (dörd min səkkiz yüz səksən səkkiz manat doxsan səkkiz qəpik) manat olan X3 13 kompüter üçün 4528.98 (dörd min beş yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 975.02 (doqquz yüz yetmiş beş manat iki qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 5504 (beş min beş yüz dörd) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1106.88 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********61902 Xıaomı Redmı 10C markalı telefon, X4, Pıko Glass üçün 168.85 (yüz altmış səkkiz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 49.15 (qırx doqquz manat on beş qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X5 3 qulaqlıq üçün 14.92 (on dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 5.08 (beş manat səkkiz qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********65890 Nokıa2660 markalı telefon üçün 52.05 (əlli iki manat beş qəpik) manat ödənilməmiş hissə, 14.95 (on dörd manat doxsan beş qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Fen Beurer üçün 23.26 (iyirmi üç manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 7.74 (yeddi manat yetmiş dörd qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, X3 13 kompüter üçün 4528.98 (dörd min beş yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 975.02 (doqquz yüz yetmiş beş manat iki qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 5840 manat borc və 78.40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 03462936 nömrəli müqavilədən görünür ki, X4, Pıko Glass və Xiaomi Redmi 10C markalı telefonu İddiaçı MMC cavabdehə satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 03564088 nömrəli müqavilədən görünür ki X5 3 qulaqlığı İddiaçı MMC cavabdehə satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 03473113 nömrəli müqavilədən görünür ki, İmei kod **********65890 Nokıa2660 markalı telefonu İddiaçı MMC cavabdehə satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 10744493 nömrəli müqavilədən görünür ki, Beurer markalı feni İddiaçı MMC cavabdehə satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 4-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 03915368 nömrəli müqavilədən görünür ki, X3 13 kompüteri İddiaçı MMC cavabdehə satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 5-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********61902 Xıaomı Redmı 10C markalı telefon, X4, Pıko Glass üçün 168.85 (yüz altmış səkkiz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 49.15 (qırx doqquz manat on beş qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X5 3 qulaqlıq üçün 14.92 (on dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 5.08 (beş manat səkkiz qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********65890 Nokıa2660 markalı telefon üçün 52.05 (əlli iki manat beş qəpik) manat ödənilməmiş hissə, 14.95 (on dörd manat doxsan beş qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Fen Beurer üçün 23.26 (iyirmi üç manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 7.74 (yeddi manat yetmiş dörd qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, X3 13 kompüter üçün 4528.98 (dörd min beş yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 975.02 (doqquz yüz yetmiş beş manat iki qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 5840 manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə), 467 (cərimənin azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixli 03462936 nömrəli müqavilə üzrə dəbbə pulunu 49.15 manat məbləğində deyil, 16,15 (on altı manat on beş qəpik) manat məbləğində, xx.xx.2022-ci il tarixli 03564088 nömrəli müqavilə üzrə dəbbə pulunu 5.08 manat məbləğində deyil, 1.08 (bir manat səkkiz qəpik) manat məbləğində, xx.xx.2022-ci il tarixli 03473113 nömrəli müqavilə üzrə dəbbə pulunu 14.95 manat məbləğində deyil, 4.95 (dörd manat doxsan beş qəpik) manat məbləğində, xx.xx.2023-cü il tarixli 10744493 nömrəli müqavilə üzrə dəbbə pulunu 7.74 manat məbləğində deyil, 1.74 (bir manat yetmiş dörd qəpik) manat məbləğində, xx.xx.2023-cü il tarixli 03915368 nömrəli müqavilə üzrə dəbbə pulunu 975.02 manat məbləğində deyil, 452.02 (dörd yüz əlli iki manat iki qəpik) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********61902 Xiaomi Redmi 10C markalı telefon, X4, Pıko Glass, X5 3 qulaqlıq, İmei kod **********65890 Nokıa2660 markalı telefon, Fen Beurer, X3 13 kompüter almış və nəticədə 5840 (beş min səkkiz yüz qırx) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 608.04 (altı yüz səkkiz manat dörd qəpik) manat olan İmei kod **********61902 Xiaomi Redmi 10C markalı telefon, X4, Pıko Glass üçün 168.85 (yüz altmış səkkiz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 16,15 (on altı manat on beş qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 185 (yüz səksən beş) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 108.96 (yüz səkkiz manat doxsan altı qəpik) manat olan X5 3 qulaqlıq üçün 14.92 (on dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 1.08 (bir manat səkkiz qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 16 (on altı) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 192.96 (yüz doxsan iki manat doxsan altı qəpik) manat olan İmei kod **********65890 Nokıa2660 markalı telefon üçün 52.05 (əlli iki manat beş qəpik) manat ödənilməmiş hissə, 4.95 (dörd manat doxsan beş qəpik) manat dəbbə borcu olmaqla ümumilikdə, 57 (əlli yeddi) manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 96 (doxsan altı) manat olan Fen Beurer üçün 23.26 (iyirmi üç manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 1.74 (bir manat yetmiş dörd qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 25 (iyirmi beş) manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4888.98 (dörd min səkkiz yüz səksən səkkiz manat doxsan səkkiz qəpik) manat olan X3 13 kompüter üçün 4528.98 (dörd min beş yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 452.02 (dörd yüz əlli iki manat iki qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 4981 (dörd min doqquz yüz səksən bir) manat borcu yaranmışdır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 78.40 (yetmiş səkkiz manat qırx qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 168.85 (yüz altmış səkkiz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 16,15 (on altı manat on beş qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 185 (yüz səksən beş) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 14.92 (on dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 1.08 (bir manat səkkiz qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 16 (on altı) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 52.05 (əlli iki manat beş qəpik) manat ödənilməmiş hissə, 4.95 (dörd manat doxsan beş qəpik) manat dəbbə borcu olmaqla ümumilikdə, 57 (əlli yeddi) manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 23.26 (iyirmi üç manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 1.74 (bir manat yetmiş dörd qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 25 (iyirmi beş) manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 4528.98 (dörd min beş yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 452.02 (dörd yüz əlli iki manat iki qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 4981 (dörd min doqquz yüz səksən bir) manat , yekun olaraq 5264 ( beş min iki yüz altmış dörd) manat məbləğində borc və 78.40 (yetmiş səkkiz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230-cu maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 168.85 (yüz altmış səkkiz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 16,15 (on altı manat on beş qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 185 (yüz səksən beş) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 14.92 (on dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 1.08 (bir manat səkkiz qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 16 (on altı) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 52.05 (əlli iki manat beş qəpik) manat ödənilməmiş hissə, 4.95 (dörd manat doxsan beş qəpik) manat dəbbə borcu olmaqla ümumilikdə, 57 (əlli yeddi) manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 23.26 (iyirmi üç manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 1.74 (bir manat yetmiş dörd qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 25 (iyirmi beş) manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 4528.98 (dörd min beş yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 452.02 (dörd yüz əlli iki manat iki qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 4981 (dörd min doqquz yüz səksən bir) manat, yekun olaraq 5264 ( beş min iki yüz altmış dörd) manat məbləğində borc və 78.40 (yetmiş səkkiz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar