Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4352/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr bağlamaqla, Hoffman markalı soyuducu, İmei kod **********18548 Huaweı Nova Y61 markalı telefon, İmei kod **********70272 Realme C21Y markalı telefon, İMEİ KOD SKKH9GTCX69 İPAD AİR 5 markalı tablet almış və nəticədə 2539 (iki min beş yüz otuz doqquz) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 950.4 (doqquz yüz əlli manat qırx qəpik) manat olan Hoffmann markalı soyuducu üçün 192.8 (yüz doxsan iki manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 212 (iki yüz on iki) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 450 (dörd yüz əlli) manat olan İmei kod **********18548 Huaweı NovaY61 markalı telefon üçün 171.5 (yüz yetmiş bir manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.5 (on yeddi manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 189 (yüz səksən doqquz) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 419.04 (dörd yüz on doqquz manat dörd qəpik) manat olan İmei kod **********70272 Realme C21Y markalı telefon üçün 139.16 (yüz otuz doqquz manat on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.84 (on üç manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 153 (yüz əlli üç) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1884.06 (min səkkiz yüz səksən dörd manat altı qəpik) manat olan İMEİ KOD SKKH9GTCX69 İPAD AİR 5 markalı tablet üçün 1804.06 (bir min səkkiz yüz dörd manat altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 180.94 (yüz səksən manat doxsan dörd qəpik) manat cərimə cərimə borcu olmaqla, ümumilikdə 1985 (min doqquz yüz səksən beş) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2023-cü il tarixdə Paket Apple xidmətindən imtina etmiş və məhsul 60 manat qiymətləndirilərək borcundan silinmiş və geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 20 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 60 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1395.98 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Hoffman markalı soyuducu üçün 192.8 (yüz doxsan iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********18548 Huaweı Nova Y61 markalı telefon üçün 171.5 (yüz yetmiş bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 17.5 (on yeddi manat əlli qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********70272 Realme C21Y markalı telefon üçün 139.16 (yüz otuz doqquz manat on altı qəpik) manat ödənilməmiş hissə, 13.84 (on üç manat səksən dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD SKKH9GTCX69 İPAD AİR 5 markalı tablet üçün 1804.06 (min səkkiz yüz dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 180.94 (yüz səksən manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2539 (iki min beş yüz otuz doqquz manat) manat borcun və 45.39 (qırx beş manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 02002136 nömrəli müqavilədən görünür ki, Hoffmann markalı soyuducunu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 15962144 nömrəli müqavilədən görünür ki, İmei kod **********18548 Huaweı Nova Y61 markalı telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 15522197 nömrəli müqavilədən görünür ki, İmei kod **********70272 Realme C21Y markalı telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 04253032 nömrəli müqavilədən görünür ki, İMEİ KOD SKKH9GTCX69 İPAD AİR 5 markalı tableti İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 4-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, 02002136 nömrəli müqavilə üzrə 192.8 (yüz doxsan iki manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 212 (iki yüz on iki) manat , xx.xx.2022-ci il tarixli, 15962144 nömrəli müqaviləyə əsasən, 171.5 (yüz yetmiş bir manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.5 (on yeddi manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 189 (yüz səksən doqquz) manat, xx.xx.2023-cü il tarixli, 15522197 nömrəli müqaviləyə əsasən, 139.16 (yüz otuz doqquz manat on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.84 (on üç manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 153 (yüz əlli üç) manat, xx.xx.2023-cü il tarixli, 04253032 nömrəli müqaviləyə əsasən, 1804.06 (bir min səkkiz yüz dörd manat altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 180.94 (yüz səksən manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1985 (min doqquz yüz səksən beş) manat borcu vardır. Həmin maliyyə cədvəlindən məlum olur ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2023-cü il tarixdə Paket Apple xidmətindən imtina etmiş və məhsul 60 manat qiymətləndirilərək borcundan silinmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən yazılı bildiriş göndərilməklə cavabdehə müqavilələr üzrə əldə etdiyi məhsulların tam və korlanmamış vəziyyətdə geri qaytarılması təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli, 02002136 nömrəli, xx.xx.2022-ci il tarixli, 15962144 nömrəli, xx.xx.2023-cü il tarixli, 15522197 nömrəli, xx.xx.2023-cü il tarixli, 04253032 nömrəli müqavilələr bağlamaqla, Hoffman markalı soyuducu, İmei kod **********18548 Huaweı Nova Y61 markalı telefon, İmei kod **********70272 Realme C21Y markalı telefon, İMEİ KOD SKKH9GTCX69 İPAD AİR 5 markalı tablet almış, lakin müqavilə öhdəliklərinə əməl etməyərək ümumilikdə 2539 (iki min beş yüz otuz doqquz) manat öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli, 02002136 nömrəli, xx.xx.2022-ci il tarixli, 15962144 nömrəli, xx.xx.2023-cü il tarixli, 15522197 nömrəli, xx.xx.2023-cü il tarixli, 04253032 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 45.39 (qırx beş manat otuz doqquz qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 02002136 nömrəli müqavilə üzrə 192.8 (yüz doxsan iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 15962144 nömrəli müqavilə üzrə, 171.5 (yüz yetmiş bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 17.5 (on yeddi manat əlli qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 15522197 nömrəli müqavilə üzrə, 139.16 (yüz otuz doqquz manat on altı qəpik) manat ödənilməmiş hissə, 13.84 (on üç manat səksən dörd qəpik) manat cərimə , xx.xx.2023-cü il tarixli, 04253032 nömrəli müqavilə üzrə, 1804.06 (bir min səkkiz yüz dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 180.94 (yüz səksən manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2539 (iki min beş yüz otuz doqquz manat) manat pul və 45.39 (qırx beş manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02002136 nömrəli müqavilə üzrə 192.8 (yüz doxsan iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 15962144 nömrəli müqavilə üzrə, 171.5 (yüz yetmiş bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 17.5 (on yeddi manat əlli qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 15522197 nömrəli müqavilə üzrə, 139.16 (yüz otuz doqquz manat on altı qəpik) manat ödənilməmiş hissə, 13.84 (on üç manat səksən dörd qəpik) manat cərimə , xx.xx.2023-cü il tarixli, 04253032 nömrəli müqavilə üzrə, 1804.06 (bir min səkkiz yüz dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 180.94 (yüz səksən manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2539 (iki min beş yüz otuz doqquz manat) manat pul və 45.39 (qırx beş manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4352/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4352/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver