Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4429/2023 07.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kommunal xidmətlərə görə hesablanmış borcun yeni mülkiyyətçidən tələb edilməməsi və müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kommunal xidmətlərə görə hesablanmış borcun yeni mülkiyyətçidən tələb edilməməsi və müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə aid **********300 nömrəli abonent kodu üzrə keçmiş abonent Xətayi Ağayeva hesablanmış 2757,94 (iki min yeddi yüz əlli yeddi manat 94 qəpik) manat borcun ondan tələb edilməməsi, cavabdehlə aralarında yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 avqust 2021-ci il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111.2 kv.m olan yaşayış sahəsi “Satıcı” X2 tərəfindən “Alıcı” İddiaçı satılmışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış və reyesterdə 4Ə-1745 nömrə ilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********77-05301-093148 olan çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh tərəfindən təqdim edilmiş Abonent Kartı çıxarışından bəlli olmuşdur ki, abonent kodu **********300, müqavilə nömrəsi 12586249 olan, abonentin ad və soyadı Xətayi Ağayeva olan və ünvan 3 ünvanında yerləşən mənzilin 2757,94 (iki min yeddi yüz əlli yeddi manat 94 qəpik) manat borcu mövucddur. Qeyd edilməlidir ki, İddiaçı tərəfindən mənzil xüsusi mülkiyyət hüququ ilə əldə edilən zaman həmin mənzilin kommunal borclarının olması müəyyən edilməmiş, mənzil əldə edildikdən sonra iddiaçı tərəfindən cavabdehə müraciət edilərək su sayğacının onun adına quraşdırılması xahiş edilsə də, əvvəlcə heç bir borcunun olmaması bildirilmiş, lakin sonradan 2757,94 (iki min yeddi yüz əlli yeddi manat 94 qəpik) manat borcun olduğu bildirilmişdir. Faktiki olaraq iddiaçı tərəfindən ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixində rəsmi reyesterdə qeydiyyata alınmaqla adına rəsmiləşdirilsə də, iddiaçı həmin mənzili əldə etdikdən sonra orda yaşamamış, əldə edikdən 4 ay sonra təmirbərpa işləri apararaq yaşamağa başlamış və bundan sonra mövcud sayğaca hər hansı formada müdaxilə etmədən cavabdeh orqanın təqdim etmiş olduğu bildirişlərə uyğun olaraq onun tərəfindən isitfadə etmiş olduğu suyun dəyərini ödəmişdir. Buna daim qəbzlər iş materiallarına əlavə ediləcəkdir. İddiaçı məhz mənzilin onun xüsusi mülkiyyətində olmasına əsasən sudan istifadəyə dair onunla müqavilə imzalanmasını xahiş etsə də, cavabdeh qurum tərəfindən şifahi formada bildirilmişdir ki, yalnız əvvəlki dövrlər üzrə mövcud olmuş borc məbləği ödənildikdən sonra və ya həmin məbləğin hissə-hissə ödənilməsinə razılıq verildikdən sonra müqavilənin bağlanmasına razılıq veriləcəkdir. İddiaçı tərəfindən hazırki borc məbləğinin ondan tələb edilməməsi və müqavilənin bağlanması üçün aidiyyəti üzrə cavabdeh orqana müraciət edilmiş və müqavilənin 5 gün ərzində bağlanması xahiş edilsə də, cavabdeh orqan həmin ərizəyə hər-hansı formada münasibət bildirməmiş və müqavilənin bağlanmasına razılıq verilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı heç bir halda istifadə etmədiyi suyun dəyərini ödəməklə mükəlləf edilə bilməz və əvvəlki dövrlər üzrə borcun mövcud olması halında belə, həmin borc məbləğinin olması əsas gətirilməklə və əsassız olaraq iddiaçıdan tələb edilməklə müqavilənin imzalanmasına imtina edilməsi yolverilməzdir. Faktiki olaraq həmin borcun tərəfindən ödənilməsini tələb etmək, eləcə də müqavilənin bağlanmasını və su təchizarını başqa şəxsin borcunun ödənilməsindən aslı etmək əsassızdır. Digər tərəfdən yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X2 olduğu halda, abonentçi qismində Xətayi Ağayeva çıxış etmişdir ki, həmin şəxsin kim olması bəlli deyildir. Bu hal isə bəhs edilən borc məbləğinin daşınmaz əmlakın keçmiş mülkiyyətçisinə aid olmadığını da sübut edir. “Su təchizatı və tullantı suları haqqında” AzərbaycanRespublikası Qanununun 62-ci maddəsinin tələblərindən də göründüyü kimi, iddia ərizəsi üzrə cavabdeh təşkilatın, göstərmiş olduğu borc məbləğini borclu Xətayi Ağayevdən məhkəmə qaydasında tələb etmək hüququndan istifadə etmək əvəzinə, nə üçünsə, borc məbləğinin ondan tutulmasını su təchizatı haqda müqavilə bağlanması üçün şərt olaraq irəli sürülməsi, suyun verilməsini dayandırımasını həyata keçirilməsi qanunauyğun və ədalətli deyil. Cavabdeh ASC məhkəməyə etirazla müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, ünvan 4 ünvanı üzrə əvvəlki abonent Xatayi Agayeva ilə "xxxx" ASC arasında xx.xx.2005-ci il tarixində "sudan və kanalizasiya xidmətlərindan istifadəyə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya suya va axıdılmış tullantrı sularına görə ödənilən vəsaitin həcmi su saygacına uyğun olaraq hesablanmışdır. Mənzildə hal-hazırda SSS-15 ve SKV- 15 markalı iki aktiv su saylacları mövcuddur. Sözugedən mənzil xx.xx.2021-ci il tarixdan etibarən iş üzrə lddiaçı X1 mülkiyyətindədir. Lakin, iddiaçı 2015-ci il tarixindən 2021-ci il tarixinədək olan müddət ərzində hesablanmış borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən iddiaçının hal-hazırda "xxxx" ASC-yə 1631,10 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, əvvəlki dövrə aid borc müəyyən edilmişdir, Cavabdeh ASC-yə müraciət edərək yeni sayğacın quraşdırılmasını tələb etmiş, lakin əvvəlcə köhnə mülkiyyətçiyə aid borcun ödənilməli olduğunu bildirmişlər. Odur ki, hesablanmış borcun ondan tələb edilməməsi və yeni müqavilənin bağlanmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 etirazla eyni məzmunlu izahat verərək bildirmişdir ki, 2015-ci ildə müqavilə bağlanmışdır. 2 sayğac qurraşdırılmışdır. 2015-2021-ci il tarixlərində olan borcu ödəməmişdir. Yeni tariflərə uyğun olaraq 1634 manat borc hesablanmışdır. İddiaçı evi alarkən köhnə mülkiyyətçidən mənzildə borcun olmamasını tələb etməli idi, yəni borclarla bağlı haqq-hesab aparılmalı idi. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27 avqust 2021-ci il tarixli X2 ilə İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 ünvan 5 ünvanında yerləşən mənzili İddiaçı 180000 manata satmağı öhdəsinə götürmüşdür. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət kadastı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən Xətayi Ağayeva göndərilmiş xəbədarlıqdan görünür ki, **********300 abonent kodu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 2757,94 manat borc yaranmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 6.4-cü bəndinə əsasən yaşayış binasının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına o cümlədən üzərindəki plombların toxunulmazlığına isə cavabdehlik daşıyır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanına 2757,94 manat borc yazılmış və sonradan 27 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X2 tərəfindən ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı 180000 manata satılmışdır. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət kadastı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə sayğacın quraşdırılmasını Cavabdeh ASCdən xahiş etmişdir, lakin şifahi olaraq ona bildirilmişdir ki, borclar ödənildikdən sonra yeni müqavilə bağlana və sayğac quraşdırıla bilər. Hazırda isə iddiaçı ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə aid **********300 nömrəli abonent kodu üzrə keçmiş abonent Xətayi Ağayeva hesablanmış 2757,94 (iki min yeddi yüz əlli yeddi manat 94 qəpik) manat borcun ondan tələb edilməməsi, cavabdehlə aralarında yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılmasını xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc əvvəlki mülkiyyətçidən tələb edilməli olduğundan hazırki iddia tələbi əsaslı olaraq təmin edilməli, ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə aid **********300 nömrəli abonent kodu üzrə keçmiş abonent Xətayi Ağayeva hesablanmış 2757,94 (iki min yeddi yüz əlli yeddi manat 94 qəpik) manat borcun ondan tələb edilməməli, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilə bağlanmalı və su sayğacı quraşdırılmalıdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız hesablanmış 396 manat borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə aid **********300 nömrəli abonent kodu üzrə keçmiş abonent Xətayi Ağayeva hesablanmış 2757,94 (iki min yeddi yüz əlli yeddi manat 94 qəpik) manat borc İddiaçı tələb edilməsin. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ünvan 5 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilə bağlansın və su sayğacı quraşdırılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-4429/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4429/2023
07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver