Məhkəmə qərarları › İş №e-2(004)-4460/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4460/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4460/2025 08.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqavilələri) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Battaniye Seti – Tekstil üçün 31.2 (otuz bir manat, 20 qəpik ) manat ödənilməmiş hissə, 3.8 (üç manat, 80 qəpik ) cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İmei kod **********26633 X1 8t markalı telefon üçün 551.9 (beş yüz əlli bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, 55.19 (əlli beş manat, 19 qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İmei kod **********54643 X1 8 markalı telefon üçün 491.79 (dörd yüz doxsan bir manat, 79 qəpik ) manat ödənilməmiş hissə, 49.21 (qırx doqquz manat, 21 qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Lima-Dehliz Dolab, Alyans-Dolab Verona üçün , 1958.62 (bir min doqquz yüz əlli səkkiz manat, 62 qəpik ) manat ödənilməmiş hissə, 196.38 (yüz doxsan altı manat. 38 qəpik) manat cərimə, ümumilikdə, 3338 manat borc, 53.38 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Battaniye Seti – Tekstil, İmei kod **********26633 X1 8t, İmei kod **********54643 X1 8, Lima-Dehliz Dolab, Alyans-Dolab Verona almış və nəticədə 3338 (üç min üç yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 132 (yüz otuz iki) manat (12 ay x 11 manat + 0 manat ilkin ödəniş) olan Battaniye Seti – Tekstil üçün ümumilikdə, 35 (otuz beş) manat olmaqla ondan, 31.2 (otuz bir manat, 20 qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.8 (üç manat, 80 qəpik ) cərimə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 630.3 (altı yüz otuz manat 30 qəpik) manat (32 ay x 19.1 manat + 19.1 manat ilkin ödəniş) olan İmei kod **********26633 X1 8t markalı telefon üçün ümumilikdə, 607 (altı yüz yeddi) manat olmaqla ondan, 551.9 (beş yüz əlli bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55.19 (əlli beş manat, 19 qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 567.3 (beş yüz altmış yeddi manat, 30 qəpik) manat (30 ay x 18.3 manat + 18.3 manat ilkin ödəniş) olan İmei kod **********54643 X1 8 markalı telefon üçün ümumilikdə, 541 (beş yüz qırx bir) manat olmaqla ondan, 491.79 (dörd yüz doxsan bir manat, 79 qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49.21 (qırx doqquz manat, 21 qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 2278.5 (iki min iki yüz yetmiş səkkiz manat, 50 qəpik) manat (34 ay x 65.1 manat + 65.1 manat ilkin ödəniş) olan Lima-Dehliz Dolab, Alyans-Dolab Verona üçün ümumilikdə, 2155 (iki min yüz əlli beş) manat olmaqla ondan, 1958.62 (bir min doqquz yüz əlli səkkiz manat, 62 qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 196.38 (yüz doxsan altı manat. 38 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci tarixli müqavilələr üzrə son ödəniş tarixləri xx.xx.2023-cü il olmaqla cəmi ödədiyi məbləğ 574.59 manat təşkil edir İddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı və cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20011918 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə battaniye seti nisyə satılmışdır.

5. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.

6. xx.xx.2020-ci il tarixli, 20011918 saylı alqı-satqı müqaviləyə əlavəyə əsasən cavabdeh tərəfindən alınan əşyanın dəyərinin hər ay 11 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 14 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

7. xx.xx.2020-ci il tarixli bildirişdə göstərilən təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə mal tam qüsursuz halda təqdim edilmişdir.

8. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20011790 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə alyans-dolab Verona və limadehliz dolab nisyə satılmışdır.

9. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.

10. xx.xx.2020-ci il tarixli, 20011790 saylı alqı-satqı müqaviləyə əlavəyə əsasən cavabdeh tərəfindən alınan əşyanın dəyərinin hər ay 98,4 manat olmaqla 20 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

11. xx.xx.2020-ci il tarixli bildirişdə göstərilən təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə mallar tam qüsursuz halda təqdim edilmişdir.

12. xx.xx.2020-ci il tarixli, 20011790 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən ödənilməli olan məbləğ xx.xx.2021-ci il tarixli, 22340507 saylı müqaviləyə əsasən restrukturizasiya edilmiş və cavabdeh tərəfindən alınan əşyalarınn dəyərinin hər ay 65,1 manat olmaqla 34 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

13. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20021319 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Xiaomi Note 8 markalı telefon nisyə satılmışdır.

14. xx.xx.2020-ci il tarixli, 20021319 saylı alqı-satqı müqaviləyə əlavəyə əsasən cavabdeh tərəfindən alınan əşyanın dəyərinin hər ay 31,5 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 57 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

15. xx.xx.2020-ci il tarixli bildirişdə göstərilən təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə mallar tam qüsursuz halda təqdim edilmişdir.

16. xx.xx.2020-ci il tarixli, 20021319 saylı alqı-satqı müqaviləsinə 01 saylı əlavə sazişə əsasən cavabdeh tərəfindən ödənilməli olan məbləğ xx.xx.2021-ci il tarixli, 22345640 saylı müqaviləyə əsasən restrukturizasiya edilmiş və cavabdeh tərəfindən alınan əşyalarınn dəyərinin hər ay 18,3 manat olmaqla 31 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

17. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20048426 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Xiaomi Note 8T markalı telefon nisyə satılmışdır.

18. xx.xx.2020-ci il tarixli, 20048426 saylı alqı-satqı müqaviləyə əlavəyə əsasən cavabdeh tərəfindən alınan əşyanın dəyərinin hər ay 32,7 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 59 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

19. xx.xx.2020-ci il tarixli bildirişdə göstərilən təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə mallar tam qüsursuz halda təqdim edilmişdir.

20. xx.xx.2020-ci il tarixli, 20048426 saylı alqı-satqı müqaviləsinə 01 saylı əlavə sazişə əsasən cavabdeh tərəfindən ödənilməli olan məbləğ xx.xx.2021-ci il tarixli, 22345738 saylı müqaviləyə əsasən restrukturizasiya edilmiş və cavabdeh tərəfindən alınan əşyalarınn dəyərinin hər ay 19,1 manat olmaqla 32 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

21. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilələr əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

22. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 31,2 manat ödənilməmiş əsas borcu, 3,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021ci il tarixli 01 saylı əlavə üzrə 551,9 manat ödənilməmiş əsas borcu, 55,1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 491,79 manat ödənilməmiş əsas borcu, 49,21 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 1958,62 manat ödənilməmiş əsas borcu, 196,38 manat cərimə olmaqla, cəmi 3033,51 manat əsas borc, 304,49 manat cərimə, ümumilikdə isə 3338 manat borcu vardır

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 3033,51 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən hesablanmış 304,58 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 212 manat müəyyən edilməlidir.

32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə və xx.xx.2020ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 3033,51 manat əsas, 212 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 53,38 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 3033,51 manat əsas, 212 manat cərimə borcu, ödənilmiş 53,38 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3298,89 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar