Məhkəmə qərarları › İş №e-2(004)-4507/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4507/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4507/2022 09.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Milan çarpayı, Milan sürgülü dolab, Milan termo, Milan tumba, Uretan döşək üçün 2226 (iki min iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED Tv üçün 1666 (min altı yüz altmış altı) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********63873 Xiaomi Redmi 7 markalı telefon üçün 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********74073 Huawei P Smart 2019 markalı telefon üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat borc və 66,43 (altmış altı manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Milan çarpayı, Milan sürgülü dolab, Milan termo, Milan tumba, Uretan döşək, Samsung LED Tv, İmei kodu **********63873 Xiaomi Redmi 7 markalı telefon və İmei Kodu **********74073 Huawei P Smart 2019 markalı telefon almış və nəticədə 4643 (dörd min altı yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3196 (üç min yüz doxsan altı) manat (20 ay x 159 manat + 16 manat ilkin ödəniş) olan Milan çarpayı, Milan sürgülü dolab, Milan termo, Milan tumba, Uretan döşəküçün 2448 (iki min dörd yüz qırx səkkiz) manat olmaqla ondan, 2226 (iki min iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1764 (min yeddi yüz altmış dörd) manat (18 ay x 98 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED Tv üçün 1832 (min səkkiz yüz otuz iki) manat olmaqla ondan, 1666 (min altı yüz altmış altı) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********63873 Xiaomi Redmi 7 markalı telefon üçün 165 (yüz altmış beş) manat olmaqla ondan 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 633 (altı yüz otuz üç) manat (18 ay x 30 manat + 93 manat ilkin ödəniş) olan İmei Kodu **********74073 Huawei P Smart 2019 markalı telefon üçün 198 (yüz doxsan səkkiz) manat olmaqla ondan 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1827 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları ədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 00814419 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Milan çarpayı, Milan sürgülü dolab, Milan termo, Milan tumba, Uretan döşək, xx.xx.2020-ci il tarixli 20195802 nömrəli müqavilə əsasında Samsung LED TV, xx.xx.2019-cu il tarixli 00950498 nömrəli müqavilə əsasında İmei kodu **********63873 Xiaomi Redmi 7 markalı telefon və xx.xx.2019-cu il tarixli 00580274 nömrəli müqavilə əsasında İmei Kodu **********74073 Huawei P Smart 2019 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3196 (üç min yüz doxsan altı) manat (20 ay x 159 manat + 16 manat ilkin ödəniş) olan Milan çarpayı, Milan sürgülü dolab, Milan termo, Milan tumba, Uretan döşək üçün 2448 (iki min dörd yüz qırx səkkiz) manat olmaqla ondan, 2226 (iki min iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat cərimə pulu, alqısatqı qiyməti 1764 (min yeddi yüz altmış dörd) manat (18 ay x 98 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED Tv üçün 1832 (min səkkiz yüz otuz iki) manat olmaqla ondan, 1666 (min altı yüz altmış altı) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat cərimə pulu, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********63873 Xiaomi Redmi 7 markalı telefon üçün 165 (yüz altmış beş) manat olmaqla ondan 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, alqı-satqı qiyməti 633 (altı yüz otuz üç) manat (18 ay x 30 manat + 93 manat ilkin ödəniş) olan İmei Kodu **********74073 Huawei P Smart 2019 markalı telefonüçün 198 (yüz doxsn səkkiz) manat olmaqla ondan 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 2226 (iki min iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1666 (min altı yüz altmış altı) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat borcu vardır. Beləliklə, müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli 00814419 nömrəli üzrə Cavabdeh 2226 (iki min iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat cərimə, xx.xx.2020-ci il tarixli 20195802 nömrəli müqavilə üzrə 1666 (min altı yüz altmış altı) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat cərimə, xx.xx.2019-cu il tarixli 00950498 nömrəli müqavilə üzrə 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli 00580274 nömrəli müqavilə üzrə 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, cəmi 4643 (dörd min altı yüz qırx üç) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00814419 nömrəli müqavilə üzrə 2226 (iki min iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat cərimə, xx.xx.2020ci il tarixli 20195802 nömrəli müqavilə üzrə 1666 (min altı yüz altmış altı) manat ödənilməmiş hissə, 166 (yüz altmış altı) manat cərimə, xx.xx.2019-cu il tarixli 00950498 nömrəli müqavilə üzrə 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli 00580274 nömrəli müqavilə üzrə 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, cəmi 4643 (dörd min altı yüz qırx üç) manat borc, ödənilmiş 66,43 (altmış altı manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar