Məhkəmə qərarları › İş №e-2(004)-451/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-451/2023

13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-451/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Ərizəçi İddiaçı sənədin şəxsə aid olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X6 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 27 mart 1990-cı il tarixli № 1\44 saylı qərarının və onun əsasında yazılmış 18 may 1990-cı il tarixli 8 saylı orderin ASAN 3 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X6 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında” 27 mart 1990-cı il tarixli № 1\44 saylı qərarına əsasən İddiaçı Ləhiş massivində 0,12 ha bağ sahəsi ayrılmışdır. Həmin qərarda ata adında səhvə yol verilərək “Sultanağa oğlu” əvəzinə “Sultan oğlu” yazılmışdır. Buna baxmayaraq, qeyd olunan qərar əsasında hazırlanmış 18 may 1990-cı il tarixli 8 saylı orderdə ata adı doğru qeyd edilib – “Sultanağa oğlu” kimi. Halhazırda qərarda və onun əsasında hazırlanmış orderdə ata adının yazılışında uyğunsuzluq olduğuna görə, ƏMDX Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Xidməti torpaq sahəsinin özəlləşdirilməsi və çıxarışın alınması üçün sənədləri qəbul etmirlər və onlara uyğunsuzluğa aydınlıq gətirilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdülər. Məhkəmədən əvvəl məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, lakin bu heç bir nəticə verməmişdir. Hal-hazırda ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün həmin qərarın həqiqətən ona məxsus olması faktının müəyyən edilməsinə zərurət vardır. Şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnəmasinin surətindən görünür ki, ərizəçinin əsl ata adı – Sultanağadır. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Xidməti məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-cı maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş: xx.xx.1978-ci il tarixli V-ЖГ № 417037 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.1948-ci il tarixdə Masallı rayonu Ərçivan kəndində doğulmuşdur. Ata qrafasında X1, ana qrafasında X2 qeyd edilmişdir. Bakı şəhəri X8 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlar üçün bağ sahələrinin ayrılması haqqında (Komissiya yığıncağının Bakı şəhər Sovetinin İcraiyyə Komitəsi nəzdində Bağ Təsərrüfatı məsələlərinə baxılması üzrə 16 saylı xx.xx.1990-cı il protokol)” 1/44 nömrəli xx.xx.1990-cu il tarixli qərarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 195 saylı xx.xx.1988-ci il tarixli Sərəncamına və Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 6/333 saylı xx.xx.1988-ci il tarixli qərarına müvafiq olaraq Bakı şəhəri X8 İcraiyyə Komitəsi qüvvədə olan bağ tikinti kooperativləri tərkibində 0.12 ha sahəli bağ sahələrinin ayrılması, o cümlədən qərarın 2.3.41.-ci bəndinə əsasən İddiaçı Sultan oğluna – 113 saylı BTK tərkibində olan Ləiş massivində bağ sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Ləiş massivindəki 113 saylı Kooperativinin Bağ təsərrüfatının inkişafı və istismarı Birliyi xx.xx.1990-cı il tarixli 8 nömrəli order vermişdir. Orderdə göstərilir: “Verilir vətəndaş İddiaçı ondan ötrü ki, Bakı şəhəri Sovetinin İcraiyyə Komitəsinin 1/44 saylı xx.xx.1990-cı il tarixli qərarına uyğun olaraq ona 113 saylı BTK tərkibində Ləiş massivində 0.12 ha torpaq sahəsinə malik 25/7 saylı bağ sahəsi ayrılmışdır. Beləliklə, tədqiq olunmuş sübutlarla Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 1/44 nömrəli xx.xx.1990-cu il tarixli qərarının 2.3.41.-ci bəndində göstərilmiş İddiaçı Sultan oğlunun ərizəçi İddiaçı olması müəyyən edilmişdir. Lakin Bakı şəhəri X8 İcraiyyə Komitəsi 1/44 nömrəli xx.xx.1990-cu il tarixli qərarında “İddiaçı” əvəzinə texniki səhvə yol verilərək “İddiaçı Sultan oğlu” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin olunaraq Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 27 mart 1990-ci il tarixli № 1\44 saylı qərarının və onun əsasında verilmiş 18 may 1990-cı il tarixli 8 saylı orderinin ASAN 3 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Bakı şəhəri X8 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlar üçün bağ sahələrinin ayrılması haqqında 1/44 nömrəli xx.xx.1990-cu il tarixli qərarının və onun əsasında yazılmış 18 may 1990-cı il tarixli 8 saylı orderinin “ASAN 3” Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində `Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar