Məhkəmə qərarları › İş №e-2(004)-453/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-453/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-453/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə Y20K5703517 saylı müqavilə üzrə 1330 (bir min üç yüz otuz) manat əsas borc, 398 (üç yüz doxsan səkkiz) manat dəbbə pulu, Y20K5758042 saylı müqavilə üzrə 2500 (iki min beş yüz) manat əsas borc, 749 (yeddi yüz qırx doqquz) manat dəbbə pulu və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 5047 (beş min qırx yeddi) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 22 mart 2019-cu il və 26 avqust 2019-cu il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 22 mart 2019-cu il tarixli Y20K5703517 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2909 (iki min doqquz yüz doqquz) manat 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 209(iki yüz doqquz) manat ödəniş etmiş, nəticədə 2700 (iki min yeddi yüz) manat borc yaranmış və 26 avqust 2019cu il tarixli Y20K5758042 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3060 (üç min altmış) manat olan 1 ədəd “Samsung” markalı televizor 1 ədəd “Riffel” markalı tozsoran almış, ilkin ödəniş olaraq 180 (bir yüz səksən) manat ödəniş etmiş, nəticədə 2880 (iki min səkkiz yüz səksən) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 22 mart 2019-cu il tarixli Y20K5703517 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 10 (on) manat ödəniş edilmiş və 26 avqust 2019-cu il tarixli Y20K5758042 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 20 (iyirmi) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyi yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti Y20K5703517 saylı müqavilə üzrə ümumi 2909 (iki min doqquz yüz doqquz) manat olan 1 ədəd “Samsung” markalı televizor 1330 (bir min üç yüz otuz) manat ödənilməmiş hissə, 398 (üçyüz doqsan səkkiz) manat dəbbə pulu və Y20K5758042 saylı müqavilə üzrə ümumi 3060 (üç min altmış) manat olan 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Riffel” markalı tozsoran üçün ümumilikdə 2500 (iki min beş yüz) manat ödənilməmiş hissə, 749 (yeddi yüz qırx doqquz) manat dəbbə pulu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci, 385.1, 386.1-ci, 1096.1-1096.2-ci, 1097.1-ci maddələrinin tələblərini rəhbər tutataraq, müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 mart 2019-cu il tarixli Y20K5703517 saylı müqaviləyə əsasən ümumi dəyəri 2909 manat 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 209 manat ödəniş etmiş, nəticədə 2700 manat borc yaranmışdır. 26 avqust 2019-cu il tarixli Y20K5758042 saylı müqaviləyə əsasən ümumi dəyəri 3060 manat olan 1 ədəd “Samsung” markalı televizor 1 ədəd “Riffel” markalı tozsoran almış, ilkin ödəniş olaraq 180 manat ödəniş etmiş, nəticədə 2880 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh 22 mart 2019-cu il tarixli Y20K5703517 saylı müqaviləyə əsasən 1330 manat əsas borc, 398 manat dəbbə pulu və 26 avqust 2019-cu il tarixli Y20K5758042 saylı müqaviləyə əsasən 2500 (iki min beş yüz) manat əsas borc, 749 (yeddi yüz qırx doqquz) manat dəbbə borcu vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Y20K5703517 saylı müqavilə üzrə 1330 (bir min üç yüz otuz) manat əsas borc, 100 (bir yüz) manat dəbbə pulu, Y20K5758042 saylı müqavilə üzrə 2500 (iki min beş yüz) manat əsas borc, 200 (iki yüz) manat dəbbə pulu və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Y20K5703517 saylı müqavilə üzrə 1330 (bir min üç yüz otuz) manat əsas borc, 100 (bir yüz) manat dəbbə pulu, Y20K5758042 saylı müqavilə üzrə 2500 (iki min beş yüz) manat əsas borc, 200 (iki yüz) manat dəbbə pulu və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar