Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4567/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələbin həcminin 5000 manatdan yuxarı, yəni 6456 manat olması əsası ilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2024-cü il tarixli KSK6400503 nömrəli, xx.xx.2024-cü il tarixli KSK6400509 və 27 noyabr 2024-cü il tarixli KSK6400671 nömrəli müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumilikdə dəyəri 7754 manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdehin müqavilələr üzrə 6456 (altı min dörd yüz əlli altı) manat əsas borcu mövcuddur. Göstərilənlərə əsasən, 22 sentyabr 2024-cü il tarixli KSK6400503 nömrəli, xx.xx.2024-cü il tarixli KSK6400509 və 27 noyabr 2024-cü il tarixli KSK6400671 nömrəli müqavilələrə əsasən 6456 (altı min dörd yüz əlli altı) manat pul və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2024cü il tarixli KSK6400503 nömrəli, xx.xx.2024-cü il tarixli KSK6400509 və 27 noyabr 2024cü il tarixli KSK6400671 nömrəli müqavilələrə əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıdan ümumilikdə dəyəri 7754 manat olan məişət avadanlıqları əldə etmiş və həmin müqavilələrlə müəyyən edilmiş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçınə 22 sentyabr 2024-cü il tarixli KSK6400503 nömrəli, xx.xx.2024-cü il tarixli KSK6400509 və 27 noyabr 2024-cü il tarixli KSK6400671 nömrəli müqavilələrə əsasən 6456 (altı min dörd yüz əlli altı) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddəsi çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı ilə bağladığı yuxarıda qeyd olunan müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 600.4-cü (əsas borca münasibətdə) maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2024-cü il tarixli KSK6400503 nömrəli, xx.xx.2024-cü il tarixli KSK6400509 və 27 noyabr 2024-cü il tarixli KSK6400671 nömrəli müqavilələrə əsasən, cavabdeh iddiaçıdan ümumilikdə dəyəri 7754 manat olan məişət avadanlıqları əldə etmiş və müqavilələrlə müəyyən edilmiş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən müqavilə öhdəliklərinə əməl etməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə, Cavabdeh İddiaçınə 22 sentyabr 2024-cü il tarixli KSK6400503 nömrəli, xx.xx.2024-cü il tarixli KSK6400509 və 27 noyabr 2024-cü il tarixli KSK6400671 nömrəli müqavilələrə əsasən ümumilikdə 6456 (altı min dörd yüz əlli altı) manat borcu vardır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə funksiyası təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22 sentyabr 2024-cü il tarixli KSK6400503 nömrəli, xx.xx.2024-cü il tarixli KSK6400509 və 27 noyabr 2024-cü il tarixli KSK6400671 nömrəli müqavilələrə əsasən 6456 (altı min dörd yüz əlli altı) manat pul və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 216-230-cu maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 22 sentyabr 2024-cü il tarixli KSK6400503 nömrəli, xx.xx.2024-cü il tarixli KSK6400509 və 27 noyabr 2024-cü il tarixli KSK6400671 nömrəli müqavilələrə əsasən ümumilikdə 6456 (altı min dörd yüz əlli altı) manat pul və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4567/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4567/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver