Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4580/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X7 oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 (abonent kodu **********A1042) ünvana dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 109,63 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC bazasında **********A1042 abonent kodu X3 adınadır. Məsələ burasındadır ki, Həsən ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı tərəfindən 2021-ci ilin avqust ayınnda alınmışdır. Həmin tarixdən etibarən 4 dəfə ötən ilin sentybr, oktyabr, noyabr və dekabr aylarında təqdim edilmiş bildirişlər üzrə sərfiyyat tərəfindən tam olaraq ödənilmiş və həmin bildirişlərdə hər hansı qalıq borc məbləğinin olması əksini tapmamışdır. Lakin xx.xx.2022-ci il tarixli bildirişdə isə ötən dövr üzrə sərfiyatın 189 kvt.s, ödənilməli məbləğin isə 15,12 manat olması qeyd edilsə də, haradansa bildirişdə onun 109,633 manat qalıq borcunun olması göstərilmişdir. Daha sonra ona bildirmişlər ki, əsassız hesab etdiyi məbləğ sərfiyata görədir. Məsələ ilə əlaqədar iki dəfə "xxxx" ASC-nin mailto:info@azerishiq.azElektron ünvan 1 elektron poçt ünvanına müraciət edərək, borcun yaranma əsasları və hesablama metodikası barədə məlumat verilməsini xahiş etmişdir. Daxil olmuş cavab məktublarında "xxxx" ASC tərəfindən elektrik sayğacının ekranı oxunmadığından onlar tərəfindən xx.xx.2022-ci il tarixində 053115 № akt tərtib edildiyi və sayğacın yenisilə əvəz edildiyi qeyd edilsə də, birbaşa suallarına cavab verilməmiş, borcun hansı səbəbdən və hansı qaydada hesablandığı əsaslandırılmamışdır. Belə ki, cavab məktublarında istinad edilən aktdan da məlumatsızdır, belə bir akt ona təqdim edilməmiş, ümumiyyətlə sayğacda hər hansı "problemin" olmasından xəbərsizdir. Göründüyü kimi "xxxx" ASC-yə ünvanlanmış sualları konkret cavablandırılmasa da, borcun yaranma səbəbinin sayğacın dəyişdirilməsi ilə əlaqəli olduğunu güman etmək mümkündür. Əgər belədirsə, onda hesablanmış borc əsassız və qanunsuzdur. Daha sonra cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunmuş **********A1042 koodun abunəçisi X2. "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmamışdır. "xxxx" ASC tərəfindən hesablanmış borc abunəçi X4 aiddir. Hər ay üzrə istifadə olunmuş elektrik enerjisinin hesabı abonentə təqdim edilir. Həmin qəbzdə abunə kodu (**********A1042), abunəçinin adı (Ələsgər Hidayət oğlu), ay ərzində istifadə olunmuş elektrik enerjisinin hesabı və ümumi borc qeyd edilir. "xxxx" ASC tərəfindən İddiaçı heç bir hüququ pozulmamışdır. İddiaçı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi deyil. Belə ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, qarşı tərəf ərizə təqdim edib. Ərizədə qeyd olunur ki, onlarla İddiaçı arasında müqavilə bağlanılmayıb, ona görə də İddiaçı iddia qaldırmağa subyektiv hüququ yoxdur. İki əsasla hesab edir ki, təqdim olunmuş ərizə əsassızdır. Birincisi, əgər borc varsa, abonent mənzildəki elektrik sayğacının abonent kodunu öz adına keçirə bilmir. İkincisi, hansı qanunda qeyd olunub ki, "xxxx"a qarşı iddianı yalnız abonent qaldırmalıdır. O, vətəndaşdır, hər hansı orqanın, hüquqi şəxsin hərəkətləri onun hüquqlarına, mənafelərinə toxunursa, onun məhkəmə müdafiəsi hüququ var. Məhkəməyə də mənzilin onun mülkiyyətində olması ilə bağlı təsdiqedici sənədlər vermişdir. Bildiriş xəbərdarlıqlarında da, Nazirlər Kabinetinin qərarında da yazılıb ki, əgər abonentin elektrik sayğacında göstərilən məbləği 1 ay ərzində ödənilmədikdə mənzilə eletrik enerjisinin verilməsi dayandırılır. Əgər o həmin mənzilin mülkiyyətçisidirsə, o və onun ailəsi həmin mənzildə yaşayırsa, xəbərdarlıqda göstərilən müddətdən sonra onun hüquqları pozulacaqsa, təbii ki, o, məhkəməyə müraciət etməlidir. Burada subyektiv hüquqların olmamasından söhbət gedə bilməz. Əgər bildirirlərsə ki, İddiaçı hüququ yoxdur iddia qaldırmağa, onda işığın kəsilməməsinə dair təminat versinlər, Məmmədzadə Ələsgərə qarşı iddia qaldırsınlar, 109 manatı ondan istəsinlər. Lakin o belə hesab edir ki, Məmmədzadə Ələsgərin bu məsələdə heç bir təqsiri yoxdur. O, 2021-ci ilin avqust ayından mənzilə dair mülkiyyət hüquqlarını itirib, həmin mənzildə yaşamır, o elektrik sayğacını o istifadə edir, həmin mənzildə o yaşayır, elektrik enerjisinin istehlakçısı da odur. Əgər "xxxx" Məmmədzadə Ələsgərə qarşı iddia qaldırırdısa, onda bu günə kimi qaldırmalı idi. Ona görə də hesab edir ki, onun subyektiv hüquqlarının olmaması qəbuledilməzdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Birincisi, iddiaçı 25 avqust 2021-ci ildə mənzilin mülkiyyətçisi olmasına dair çıxarış təqdim edib. 2021-ci ildə həmin mənzildə borc olmamışdır. Əgər 2021-ci ildə iddiaçı Asan Kommunala "xxxx"la müqavilə bağlamaq və abonent kodunu öz adına keçirməklə bağlı müraciət etsə idi, onda heç bir problem olmazdı. Akt da həmin ünvan üzrə vaxtilə bonunla müqavilə bağlayan şəxsin adına tərtib olunub. Onda invoysda 2011-ci il göstərilir, lakin ola bilər ondan əvvəl bağlanılıb. Onlarda İddiaçı abonent kimi qeydiyyatda deyil. Ona görə də onlar hesab edirlər ki, İddiaçı subyekt kimi həmin iddianı qaldıra bilməz. Onlar akt tərtib etmişlər, bütün sənədlər Məmmədzadə Ələsgərin adınadır. Belə ki, iddiaçı həmin mənzildən istifadə edə bilər. Lakin o onların abonenti deyil. Belə ki, protokol, akt hamısı Məmmədzadə Ələsgərin adına tərtib olunub İddiaçı deyə bilər ki, borc Məmmədzadə Ələsgərin adınadır, ona görə də o bu borcu müzakirə etmək istəmir. Lakin borc 2021-ci ildə deyil, 2022-ci ildə yaranıb. 2021-ci ildə iddiaçı çıxarışı alandan sonra mütləq Asan Kommunala müraciət edib su, qaz və işığı öz adına keçirməli idi. Onda heç bir problem olmazdı, akt da onun adına tərtib olunardı və aktın əsasında laboratoriya rəyindən həmin sərfiyyatı müzakirə edə bilərdilər. Lakin indi borc olduğu üçün abonent kodunu adına keçirmək istəsə, ona imtina gələcək. Borc olan zaman abonent kodu addan-ada keçirilmir. Borc ödənilməlidir, çünki indi o addan-ada keçirsə, bu günki günə o müqavilə əldə etmiş olacaq, həmin borc isə Məmmədzadə Ələsgərin adına qalacaqdır. Əməkdaşlar yaxınlaşıblar sayğaca və görüblər ki, həmin sayğacın üzərində göstərici yoxdur. Onlar laboratoriya işçilərini çağırıblar və laboratoriya işçiləri həmin protokolun əsasında yeni sayğac quraşdırıb. Üzərində göstərici olmayan sayğac göndərilib laboratoriyaya və xüsusi proqramla sərfiyyat oxunulub. Cərimə qeyd olunmayıb. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 fevral 2022-ci il və 23 fevral 2022-ci il tarixli Elektron ünvan 2 email adresindən mailto:nasib.nabiyev@gmail.comElektron ünvan 3 email adresinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, qalıq borc kimi 109.633 manatın haradan yarandığının araşdırılması barədə elektron şikayətə cavab olaraq bildirilir ki, elektrik sayğacının ekranı oxunmadığından tərəflərindən xx.xx.2022-ci il tarixində 053115 nömrəli akt tərtib edilmiş və sayğac yenisi ilə əvəz edilmişdir. Bu məlumat D/YƏ-20282 saylı xx.xx.2022-ci il tarixli xidməti məlumatla təsdiqlənmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 ,(yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 153, M9, m6) xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 053115 nömrəli, xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, 14555405 nömrəli sayğacın tablosu oxunmadığından 240009 nömrəli akta əsasən sayğac yeni sayğac ilə (1913253 nömrəli) əvəz edilmişdir. Sayğacın göstəricisi xüsusi proqram əlavəsi ilə oxunmuş və göstərici 42940,558 müəyyən olunmuşdur. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, 240009 saylı Aktdan görünür ki, 14555405 nömrəli sayğacın göstəricisi oxunmur. Bu səbəbdən sayğacın yenisi ilə əvəz edilməsi və laboratoriya şəraitində yoxlanılması müəyyən edilmişdir. Aktda istehlakçı kimi Məmmədzadə Ələsgərin adı qeyd edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005ci il tarixli, 18 saylı qərarın 7.6-cı maddəsinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması , enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qərarın 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qərarın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qərarın 8.17-2-ci bəndinə əsasən 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, 1042 saylı mənzillə bağlı "xxxx" ASC tərəfindən quraşdırılmış 14555405 nömrəli sayğacın tablosu oxunmadığından 240009 nömrəli akta əsasən sayğac yeni sayğac ilə (1913253 nömrəli) əvəz edilmişdir. Sayğacın göstəricisi xüsusi proqram əlavəsi ilə oxunmuş və göstərici 42940,558 müəyyən olunmuşdur. 17 yanvar 2022-ci il tarixli, 240009 saylı Aktdan görünür ki, 14555405 nömrəli sayğacın göstəricisi oxunmamış və bu səbəbdən sayğacın yenisi ilə əvəz edilməsi və laboratoriya şəraitində yoxlanılması müəyyən edilmişdir. Aktda istehlakçı kimi Məmmədzadə Ələsgərin adı qeyd edilmişdir. Lakin müəyyən olunur ki, "xxxx" ASC ilə bütün sənədləşmələrdə abonent kimi X3 adı qeyd edilmiş, **********A1042 saylı abunə kodu X3 adına olmuşdur. Belə ki, 17 yanvar 2022-ci il tarixli, 240009 saylı Akt tərtib edilərkən sözügedən mənzilin mülkiyyətçisi İddiaçı olmuş və elektrik enerjisinin istehlakı da o və ailə üzvləri tərəfindən olmuşdur. Daha sonra İddiaçı **********A1042 saylı abunə kodu üzrə özünün mənzilin mülkiyyətçisi olduğu dövrə təsadüf edən 109,633 manat borcu olduğunu öyrənmiş və "xxxx" ASC-yə borcun yaranma əsasları barədə məlumat verilməsini nəzərdə tutan elektron müraciət ünvanlamışdır. Cavab olaraq 21 fevral 2022-ci il və 23 fevral 2022-ci il tarixli Elektron ünvan 2 email adresindən mailto:nasib.nabiyev@gmail.comElektron ünvan 3 email adresinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, qalıq borc kimi 109.633 manatın haradan yarandığının araşdırılması barədə elektron şikayətə cavab olaraq bildirilir ki, elektrik sayğacının ekranı oxunmadığından tərəflərindən xx.xx.2022-ci il tarixində 053115 nömrəli akt tərtib edilmiş və sayğac yenisi ilə əvəz edilmişdir. Bu məlumat D/YƏ- 20282 saylı xx.xx.2022-ci il tarixli xidməti məlumatla təsdiqlənmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 (abonent kodu **********A1042) ünvana dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 109,63 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan xüsusatlardan da görünür ki, müvafiq sayğacın dəyişdirilməsi və akt tərtib edilməsi zamanı mənzilin mülkiyyətçisinə və bilavasitə elektrik enerjisini istiehlak edənə məlumat verilməmişdir və sayğacın korlanması da mülkiyyətçinin təqsiri səbəbindən olmamışdır. Belə ki, cavabdeh tərəf bunun əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarın tələblərinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Odur ki, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 109,63 manat məbləğində borcun silinməsini tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 ünvanına dair (abonent kodu **********A1042) elektrik enerjisinin istehlak edilməsinə görə 109,63 (yüz doqquz manat altmış üç qəpik) manat dəyərində hesablanmış borc silinməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizədə və verdiyi izahatda qeyd etdiyi İddiaçı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququnun olmaması fikrinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin dəlil tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 ,(yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 153, M9, m6) xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Baxmayaraq ki, hər ay üzrə istifadə olunmuş elektrik enerjisinin hesabını göstərən qəbzdə və digər sənədlərdə abunəçinin adı X1 qeyd edilmişdir, xx.xx.2021-ci il tarixdən həmin mənzildə İddiaçı öz ailəsi ilə birgə yaşayış və elektri enerjisi də onlar tərəfindən istehlak olunmuş, müvafiq borc yaranmış, həmin tarixdən də borca görə ödənişlər məhz İddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən də İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Belə ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, 1042 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzil onun qanuni sahibliyində və istifadəsindədir. Buna görə də həmin mənzildə sayğac dəyişdirilərkən, müvafiq akt tərtib edilərkən mülkiyyətçiyə, elektrik enerjisini bilavasitə istehlak edən şəxsə məlumat verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənəda hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə qanunla müəyyən edilmiş qaydaya riayyət edildikdə yaranır. Belə qaydaya riayyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 ünvanına dair (abonent kodu **********A1042) elektrik enerjisinin istehlak edilməsinə görə 109,63 (yüz doqquz manat altmış üç qəpik) manat dəyərində hesablanmış borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4580/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4580/2022
27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver